Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:42

«Mən ziyalıyam»


Ahmet Şafaq
Ahmet Şafaq
«Azadlıq anlayışı Türkiyədə tapdalanmaq durumu ilə qarşı-qarşıyadır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında türkiyəli musiqiçi Ahmet Şafaq deyib. Onun sözlərinə görə, sənətçi yaradıcılığında, düşüncəsində azad olmalı olsa da, son zamanlar bəzi həmkarlarının təzyiqlərə məruz qaldığının şahidi olur:

SƏNƏTÇİ DOSTLARIMA TƏZYİQ EDİRLƏR

«Son zamanlar görürəm ki, Türkiyədə yoldaşlarıma təzyiq edirlər. Sənətçi dostlarıma nazirlər telefon edib «nədən «hayır» deyirsiniz, nədən «evet» demirsiniz» - deyə təzyiq edirlər. Dostlarımdan bir hissəsi çəkindiyi üçün «evet» kampaniyasına qoşulur. Azadlıq anlayışı Türkiyədə tapdalanmaq durumu ilə qarşı-qarşıyadır. Mənim üzüntüm əslində budur. Sənətçilik digər peşələrdən daha çox azadlıq istəyən bir işdir. Sənətçi quşlar qədər müstəqil olmalı, azad olmalıdır. İndi isə təəssüf ki, sənətçilər padşahın himayəsinə girməyə çalışan bir şair kimidirlər. İndiki sənətçilər nə yazıq ki, iqtidarların himayəsinə girib, onların kölgəsində sənət yaradan, dolayısı ilə siyasətin oyuncağı olan duruma gəlirlər. Bu da mənim qəbul edəcəyim bir şey deyildir».

«Kəndimi aydın, ziyalı olaraq hiss edirəm» deyən Ahmet Şafaq bundan xoşbəxt olduğunu da bildirib:

«Ziyalı kəlməsini çox bəyənirəm. Ziyalı işıqlı deməkdir. Mən kəndimi bir ziyalı kimi görürəm, bundan çox xoşbəxt oluram. Son zamanlar Türkiyədə sənətçilik anlayışı tənəzzül etdiyi, ya iqtidara yaltaqlıq edildiyi, ya da şöhrət naminə hərəkət edildiyi üçün özümü sənətçi olaraq görmürəm».

Ahmet Şafak o fikirdədir ki, ziyalının ictimai fikri, siyasəti olmalıdır. O siyasətdə də öz sözünü deməyi bacarmalıdır:

DEMOKRATİYA FƏZİLƏTLİ, ƏRDƏMLİ İNSANLARIN TOPLULUĞUDUR


«Hər kəs siyasət edəcək və etməlidir. Demokratiya da belə şeydir əslində. Demokratiya fəzilətli, ərdəmli insanların topluluğudur. Müasir demokratiya dediyimiz sürəcdə toplumun qırağında, içində bulunan hər kəs mütləq əsildir, şərəflidir və millətin şərəfli bir üzvüdür. Birinci sual budur: sən kimsən? Necə topluma, millətə mənsubsan? Necə idarə olunmaq durumundasan. Demokratiya prosesi budur. Məni necə idarə edilməsinə özüm qərar verirəm. Bu qərarvermə nöqtəsində də özümü ziyalı görmək durumundayam».

Ahmet Şafak Azərbaycan əski yazarlarına heyran olduğunu, Hüseyn Cavid yaradıcılığına pərəstiş etdiyini bildirib. Hazırkı yazarlardan isə Çingiz Abdullayevin detektivlərini sevə-sevə oxuyur. Yazmaqla özünün də arasının yaxşı olduğunu deyən Ahmet Şafak, Azərbaycanda, Türkiyədə baş verən prosesləri yaxından izlədiyini deyir. O cümlədən İran Azərbaycanında baş verənləri:

«Orada ciddi bir mücadilə var. Yəni öz mədəniyyətini, dilini danışa bilməyən insanların əlindən, adi bir futbol komandasının fanatı olmaq haqqını belə alırlar. Dolayısı ilə bu hadisələrə diqqət etmək lazımdır».

XS
SM
MD
LG