Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:28

ABŞ hər il köklərə görə 215 milyard dollar ziyana düşür


Ipanema çimərliyi, Braziliya, iyun 2010
Ipanema çimərliyi, Braziliya, iyun 2010
Köklük, artıq çəki ABŞ iqtisadiyyatına ildə 215 milyard dollar ziyan vurur. Birbaşa və ya dolayı yolla. Bruklin İnstitutunun son araşdırmasına görə, dövlət kök insanların təkcə tibbi xərclərinə görə əlavə 149 milyard dollar xərcə düşməli olur.

ARTIQ ÇƏKİNİN İŞƏ ZİYANI


Tibbi xərclərdən əlavə kök, artıq çəkili insanlar həm də əmək məhsuldarlıqlarının aşağı olması, lənglik, tənbəllik və qəfil ölümə meylli olduqlarından əlavə xərclər yaradırlar. Tədqiqatçılar hesablayıblar ki, ümumilikdə artıq çəkisi olanların əmək məhsudarlığının aşağı olması dövlətə ildə 66 milyard dollara başa gəlir.

KÖKLÜYÜN ƏTRAF MÜHİTƏ ZİYANI

Digər bir problem və xərc amili də birbaşa çəkiylə bağlıdır. Köklərin çəkisinin normadan artıq olması onların daşınma, nəqliyyat xərclərini artıq edir. Çünki bu zaman daha çox yanacağa, daha iri maşınlara ehtiyac yaranır. Üstəlik, daha çox yanacağın yandırılması ətraf mühitə də daha çox ziyan vurur.

KÖKLÜYÜN AİLƏYƏ ZİYANI

Bruklin İnstitutunun apardığı araşdırmada köklüyün «insan kapitalına» ziyanından da danışlır. Hesabatda iddia olunur ki, aparılan sorğlara görə, kök qadınlar ortalama digərlərindən 0.3 il daha az məktəbə gedirlər. Digər həmyaşıdlarına görə daha az ailə qururlar, gəlirləri daha az olur, yeməyə çox xərc çəkdilərindən daha kasıb olurlar.

Kök kişilərdə isə əsasən evlilik problemi daha qabarıq olur.

KÖKLÜK EPİDEMİYAYA ÇEVRİLİR

Tədqiqata görə, artıq çəki, köklük artıq qlobal epidemiyaya çevrilir. ABŞ-da yaşayanların 2/3-sinin artıq çəkisi var, 1/3 isə köklükdən əziyyət çəkir. Dünya üzrə isə köklükdən əziyyət çəkənlərin sayı 2002-ci ildə 500 milyonu keçmişdi.
XS
SM
MD
LG