Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:12

Matçdan əvvəlki söhbət...


Azərbaycan millisi
Azərbaycan millisi
“Biz nəinki Türkiyəni, heç Qazaxıstanı da uda bilmərik”.

Bunu AzadlıqRadiosunun “İşdən sonra” verilişində AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Türkiyə yığmalarının matçından öncə UEFA-nın Azərbaycan üzrə media nümayəndəsi Erkin İbrahimov deyib.

PRİNSİPİALLIQ BÜTÜN DƏYƏRLƏRİ ÜSTƏLƏYƏ BİLƏR

Verilişdə iştirak edən futbol şərhçisi Doktor Ziya bildirib ki, rəqiblər prinsipial olduğundan maraqlı oyun gözləmək olar. Və bu prinsipiallıq qardaş ölkələr arasında bütün dəyərləri üstələyə bilər:

“Bu rəqiblər prinsipial rəqiblərdir. Baxmayaraq ki, məşhur ifadə var: bir millət iki dövlət məsələsi. Futbol bu məsələni parçalayır. Futbol prinsipial məsələdir”.

BİZƏ YUXARIDAN AŞAĞI BAXIRLAR

İdman jurnalisti Elçin Cəlilov isə deyib ki, türk yığması bura iddialı və qeyzli gəlib:

“Onlar bura gələn gündən yuxarıdan aşağı baxırlar. Birinci Bakının bazasındakı ot örtüyünə xeyli lağ-lağa elədilər. Sonra baş məşqçiləri azyaşlılarla çox pis formada danışmağa başladı. Sanki Almaniyadakı 3:0 məğlubiyyət bunlara çox pis təsir etmişdi”.

UEFA-nın Azərbaycan üzrə media nümayəndəsi Erkin İbrahimov isə Azərbaycan yığmasının bu qarşılaşmada ümid vermədiyini deyir:

QABAQ BİR SENSASİYA OLURDU, İNDİ O DA YOXDUR

“Optimizm üçün heç bir səbəb görmürəm. Yəni bizim heç bir şansımız yoxdur ki, (mən milli komandanın bugünki durumundan danışıram), biz Türkiyədən heç olmasa bir xal alaq. Həm səviyyə fərqi var, həm də bu üç il ərzində Azərbaycan milli komandası Azərbaycana, Azərbaycan vətəndaşına yadlaşıb. Qabaq bilirdik ki, heç olmasa dairə ərzində biz heç olmasa bir sensasiya yarada bilərik. İndi bu da yoxdur, belə görünür ki, nəinki biz Türkiyəni, heç Qazaxıstanı da uda bimərik”.

Azərbaycan milli komandasına qarşı bu tənqidlərin səbəbini bilmək istəyirsinizsə verilişi tam olaraq dinləyin.

XS
SM
MD
LG