Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:33

Ərdoğanın «asarsan, kəsərsən» sözləri məhkəmədə


Bu il aprelin 23-də keçirilən Milli Müstəqillik və Uşaq Bayramı mərasimlərində baş naziri simvolik şəkildə təmsil edən məktəb şagirdinə «Səlahiyyət səndədir. Asarsan, kəsərsən, hər şey səndədir», - deyən Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın əleyhinə məhkəmə iddiası qaldırılıb.

Ərdoğanın bu sözlərinə görə məhkəməyə şikayət edən Türkiyə Cümhuriyyəti vətəndaşı Doğubəy Akıncı hökumət başçısına 5 Türk lirəsi təzminat cəzası verilməsini tələb edib. Məhkəmə şikayətçinin ərizəsini icraata alıb.

Doğubəy Akıncı şikayət ərizəsində Ərdoğanın «Baş nazir vəzifəsini təhqir etdiyini və uşaqlara pis örnək olduğunu» iddia edib.

15 oktyabrda Diyarbakırda qaldırılan məhkəmə iddiasına 21 dekabrda baxılacaq.

23 aprel Milli müstəqillik və uşaq bayramı mərasimində məktəbliləri baş nazirin icra aparatında qəbul edən Tayyip Ərdoğan “Mən çox yoruldum. Ona görə də baş nazir vəzifəsini sevimli baş nazirimizə verirəm”, -deyərək kreslosunu Elgin Koçubaba adlı şagirdə tərk etmişdi.

Baş nazir Ərdoğana müraciət edən məktəblinin «Mən danışamağa başlayımmı?»- sualına Tayyip Ərdoğan «Səlahiyyət sənindir. Asarsan, kəsərsən. Hər şey səndədir», - sözləri ilə cavab vermişdi.

Ergenekon adı verilən prosesdə 30 aydır ki, həbsdə olan vəkil Kamal Kərinçsizin bir neçə il qabaq məhkəməyə şikayətindən sonra terrora qarşı mübarizədə şəhid olanlara «kəllə» deyən baş nazir Ərdoğan 1 Türk lirəsi cəzaya məhkum edilmişdi.

Hər il aprelin 23-də keçirilən Milli hegemonluq və uşaq bayramı mərasimlərində Türkiyə prezidenti, Məclis sədri və baş nazir öz vəzifələrini simvolik şəkildə məktəblilərə verirlər.

2004-cü ildə keçirilən mərasimdə Türkiyə Böyük Millət Məclisinin o vaxtkı sədri Bülənt Arınçın öz kreslosunu 20 yaşlı bığlı-saqqallı litsey şagirdinə verməsi böyük mübahisələrə səbəb olmuşdu.
XS
SM
MD
LG