Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:51

Yasamalda seçkiyə müdaxilə?


«17 saylı Yasamal 3-cü seçki dairəsində hakimiyyət inzibati resurslarını işə salıb. Namizədlərdən biri Ülvi Quliyevin xeyrinə seçkilərə müdaxilə edilir».

Bunu həmin dairədən başqa bir namizəd Qənimət Zahidov deyir. O bildirir ki, bir həftədir bu dairədə qanun pozuntuları qeydə alınır:

«Dünən 150 saylı məktəbin həyətində namizədlərdən biri, hazırkı millət vəkili Ülvi Quliyevin təbliğat-təşviqat mitinqinin təşkil olunmasına göstərilən cəhdlər artıq inzibati səviyyədə idi. Konkret olaraq MİS işçiləri, məktəb rəhbərliyi, icra hakimiyyəti işçiləri Ülvi Quliyevin xeyrinə bu kampaniyaya qoşulmuşdular».

Digər namizəd Bəxtiyar Hacıyev də bildirdi ki, Ülvi Quliyevin təbliğat materiallarının hər yerdə asılmasına icazə verildiyi halda digər namizədlərin təbliğat materiallarına əngəllər yaradılır, seçicilərə hədə-qorxu gəlinir, müxtəlif bəhanələrlə seçicilərə naməlum kağızları imzalatdırırlar.

Dair-seçki komissiyasının sədri Qədir Kərimov isə AzadlıqRadiosuna bildirdi ki, hər hansı namizədin xeyrinə müdaxilə mümkün deyil, qanun pozuntuları haqqında bu günə kimi onlara şikayət daxil olmayıb.
XS
SM
MD
LG