Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:21

Nuridə Atəşi: Dağılsın belə ailələr!..


Almaniyada yaşayan azərbaycanlı şairə Nuridə Atəşi öz həyat hekayətini anladır. Onun "Gəl günaha bataq" kitabından parçalar...

Əvvəli burda

ÖZÜMLƏ SAVAŞ

Artıq özümlə savaşmalıydım. Ürəyimlə, hisslərimlə. Amma içimdəki mən o qədər güclü idi ki...

O gecə uzaq qohumum Solmazgildə qalmışdım. O Solmaz ki, mənə tələbəlik illərində analıq etmişdi.

Bizim bəlalı sevgi tarixçəmizin yeganə şahidi idi. Elçini bütün varlığımla sevdiyimi, bircə sözüylə Almaniyanın o zəngin, dəbdəbəli həyatından əl çəkib burada qalmaq arzumu hiss edirdi.

Elçinin nə üçün belə namərdlik etdiyini ondan soruşanda göz yaşları içində hər şeyi mənə anlatdı.

Anam ağır xəstələnib yatağa düşür (və bir daha qalxa bilməyəcəkmİş). Artıq Ayxana baxa bilmədiyi üçün Elçinə xəbər göndərir və gəlib onu aparmasını xahiş edir.

Elçin Ayxanı gətirib Solmazın yanına qoyur ki, bir-iki günə anam yola gətirib Ayxanı aparacam.

Anası daş atıb başını tutur. Ayxanı evə buraxmır. Elçin nə anasından, nə də balasından keçə bilir.

Solmaz onun necə əzablar çəkdiyini, necə çarəsiz göz yaşları axıtdığını ürək ağrısı ilə söylədikcə ürəyim parça-parça olurdu.

Anası Elçinin qarşısına şərt qoyur. Yalnız bir şərtlə uşağı evə buraxacaq: - Əgər Elçin evlənərsə! Balam aylarla qapılarda qalır. (Və mənim bundan xəbərim olmur).

Elçinin anasının əmrinə tabe olmaqdan başqa heç bir çarəsi qalmır. Qurbanı olur cəhalət dünyasının.

- Elçindən incimə, onu anlamağa çalış. Onu səndən başqa heç bir kəs, heç bir zaman anlamayıb, - deyə Solmaz goz yaşlan ilə mənə yalvardı. Amma o artıq səni qəbul edə bilməzdi.

Elçini bu əzablardan qurtarmalıydım. Onun evinə, ailəsinə, ocağına əlimi uzatmamalıydım.

Mənim ocağıma su çiləyənlərin ocağı qoy gurhagurla yansın, - dedim. Həyat yoldaşı hamilə idi.

Mən hələ dünyaya gəlməmiş o körpənin atasız qalmasına yol verə bilməzdim. Öz günahsız balalarımı isə ömrü boyu ata sevgisinə, ata nəvazişinə həsrət qoymalıydım.

Dünyada ən güclü pəhləvan öz-özünü yıxmağı bacarandır, - deyirlər. Yıxdım içimdəki Nuridəni - yıxdım. O güclü, iradəli Nuridəni! O qısqanc qadını! O mətin ananı! Yıxdım!

Üç gün Elçinlə görüşdən qaçdım. Dördüncü gün barmaqlarım titrəyə-titrəyə məktəbə zəng vurdum.

- Elçin müəllimi olarmı?-deyə soruşdum. Mehriban bir səs cavab verdi:

-Ah... sizsinizmi, Nuridə xanım?

Təəccübləndim:

- Məni hardan tanıyırsınız?

- Sizi kim tanımır ki... Mahnılarınızı çox sevirik...

Elçinin "Alo" səsi yenə dizlərimi titrətdi.

- Biz sabah Almaniyaya qayıdırıq. Uşaqlarınla vidalaşmaq istəyirsənmi?

Səsi tutuldu. Qəfıl qərarım onu çaşdırmışdı. Haçandan-haçana:

- Mən sən... sizsiz (tez sözünü dəyişdi) onlarsız necə qalacağam, İlahi...

Susdum.

- Mən sənin həyatından çəkilməliyəm, Elçin. Çəkilirəm. Bizim başqa yolumuz yoxdur.

Son gün, son ayrılıq. Yenə Bakı Soveti metrosunun önü. Metronun arxasındakı parkda oturub çay içdik.

Hamı kədərli idi. Yalnız Ayxan bu aynlığa sevinirdi. Qaladan, zalım nənəsindən, analığından qurtulmasma uşaq necə də sevinirdi!..

Sonralar bu, onun tərbiyəsində mənim ən boyük silahım oldu: - Bax, ağıllı olmasan səni göndərəcəm Qalaya - Tahirə nənənin yanına.

İri qara gözlərindən yaşlar tökülür, yalvarır, daha ağıllı olacağına söz verir və qorxusundan əməl də edirdi.

Çayımızı içib dinməz-söyləməz, küsülü kimi bizi gözləyən taksİyə yaxınlaşdıq. Elçin uşaqları bağrına basıb sakit-sakit içini çəkirdi.

Sonra uşaqları taksiyə oturdaraq göz yaşlarını dəsmalı ilə silib mənə sarı döndü. Başım firlanır, gözlərim qaralır, dizlərim bükülürdü.

Bir-birimizə sarılıb yerə-göyə, bu yazılmamış çirkin qanunlara, bu haqsız, ədalətsiz dünyaya, bu məcburi ayrılığa hönkürürdük.

Bircə kəlmə "Qal" sözü ilə hər şeyi onun ayaqları altına atmağa hazır idim. Demədi... Deyə bilmədi...

Göz yaşlarımı titrəyən barmaqları ilə silib son kərə gözlərimdən öpdü. Dodaqları titrəyə-titrəyə:

- Berlin böyükdür, Nuridə... Mən neyləyəcəyəm? - dedi.

Berlinə döndüm. Deyirlər, kim kİ, həyatda uğur qazanmaq istəyir, hisslərini, duyğularını ağılla idarə etməyi öyrənməlidir. Asan olmadı butün bunları öyrənmək... özümü ələ ala biImirdim.

Evdə, işdə, sükan arxasında qeyri-ixtiyari göz yaşlarım süzülürdü... Elçinimi unuda bilmirdim.

Amma unutmalıydım. Balalarım məni gözüyaşlı görməməliydi. Güclənməliydim. Onlar üçün yaşamalıydım. Elçin haqlı imiş. Berlin böyük idi...

Amma yenə də Elçini unutmaq mənə ağaran saçlarımın, alnımın vaxtsız qınşlarının bahasına başa gəldi.

Yaram yavaş-yavaş köz bağlayırdı. Deyirlər bir kişinin sənin ürəyində açdığı yaraları ondan daha güclü bir kişi tez sağaldar.

Bir almanla tanış olur, onu dərindən sevirəm. Qarşımda bir yeni dünya açılır. Artıq yeddi ildir bərabər yaşayınq. Ona çox borcluyam.

Hər şeyi onda tapdım, sevilməyi, əzizlənməyi.

Yaşamağı, hər şeyi.

Həm televiziyada, həm nəşriyyatda, həm də bir neçə dil üzrə tərcüməçi kimi çalışırdım. İndi artıq şeirlərimi almanca yazır, bir-bİrinin ardınca kitablarım çıxır, müxtəlif dillərə tərcümə olunur, Avropa mətbuatı məndən yazmağa başlayır, kitablarım yaxşı satılır, getdİkcə zənginləşir, məşhurlaşırdım. Güclənirdim.


Balalarımın ürəyində isə əsl ata məhəbbətini hər zaman yaşatdım. Hər adamın bir atası olur.

Sizin atanız dünyanın ən gözəl atasıdır, onu hər zaman sevin, - deyirdim. Bakıya hər gəldiyimdə ilk aradığım şəxs məhz o olur.

Gəlir, balalarıyla görüşür, gəzməyə gedirlər, mənəvi ehtiyaclarını ödəyirlər. Əslində bu, belə də olmalıdır. Əgər valideynlər ayrılırsa, bunun zəhərini övladlar içməməlidirlər.

Bir gün növbəti görüşümüzdə mənə dedi: - Səndən tələb edirəm yazılarında mənim adımı çəkmə. Mən sənin həyatından çıxmışam...

Daha doğrusu, çıxartmışam. Amma ki, keçmişimdən çıxmamısan.Hər halda, bu hekayədə onun adını dəyişdim.

Övladlarıma mənim yaşamadığım bir uşaqlıq dünyasının bütün zövqlərini dadızdırmaqdan həzz alıram.

Oğlum yeddinci sinifdə oxuyur. On beş yaşındadır. Bu il gimnaziyaya qəbul olunub. Pianino və skripkada çalır.

İki orkestrdə, məktəbdə isə caz qrupunda çalır. Bütün fənlərdən əla qiymətlər alır. Qızım doqquzuncu sinifdədir. On altı yaşın içərisindədir. Yavaş-yavaş "qızlar bulağından su içir", saatlarla güzgünün qabağından çəkilmir:

- Ana, mən də böyüyəndə sənin kİmi gözəl olacağam? - deyə qürurla boynuma sarılır. Ozümü dünyanın ən xoşbəxt anası sayıram.

...2006-ci ildir. Artıq savaşların bitdiyini, xoşbəxt bir həyata başladığımı sanıram.

Sən demə, savaşın növbəti mərhələsi, həm də ən ağır mərhələsi marığa yatıb məni gözləyirmiş.

Bir həftə sonu... Mətbəxdə səhər yeməyi hazırlayırdım. (Həftə sonlan xidmətçi qadını çağırmıram və balalarımla baş-başa qalmaq zövqünü doya-doya yaşamaq, duymaq istəyirəm). Birdən Ayxan rəngi qaçmış halda yanıma qaçır:

- Ana, Ayan...

Təlaşla Ayanın otağına qaçıram. Sən demə, Ayanı şahmat oynadığı yerdə qıcolma tutub.

Bütün bədəni titrəyir. Qucağıma alıb yatağa uzadıram. Körpəm başı kəsilmiş toyuq kimi qucağımda çırpınır, çırpınır, nəhayət, yavaş-yavaş sakitləşib taqətsiz halda hərəkətdən düşür.

Epilepsiya... Həkimlər belə bir xəstəliyin yarana biləcəyini qabaqcadan demişdilər.

Cərrahiyyə əməliyyatları zamanı zədələnən, zərər çəkən damarlar getdikcə funksiyasını itirib, ildən-ilə fəaliyyətdən düşübmüş...

İndi yetkinlik çağına girdikdə bədən formalaşmağa başlayır, hormonlar yaranır, beyin sürətlə inkişaf edir. Və artıq ölü damarlar beyinin funksiyasına mane olur. Görəcəkli günlərim varmış, İlahi...

Qəfıl zərbədən özümü itirmədim. O qədər güclü olmuşam ki, artıq həyatda məni sarsıdacaq heç bir şey yoxdur. Qarşıma çıxa biləcək hər bir zərbəyə hazıram.

Qızım yenidən xəstəxanaya düşür. Amma həkimlər tez müalicəsinə başlayır və qarşısını alırlar. Almaniya Azərbaycan deyil ki!..

ƏBƏDİ AYRILIQLAR

Anamı itirdim. Ağır xəstə idi. Yaşamaqdan bezdi. Kimsəyə möhtac olmaq İstəmədi. Ölüm arzuladı özünə. Təslim oldu.

Bu mənə çox ağır təsir etdi. "Anam kimi yaşamayacağam və anam kimi ölməyəcəyəm", - deyə bir hekayə yazdım.

Üstündən bir il keçmiş atamın qəfıl ölüm xəbəri Berlində məni yaxaladı, dünyamı yerlə-yeksan etdi.

Evdə təkcə oğlum idi. Xeyli vaxt oturduğum yerdən tərpənmədiyimi görüb "Nə olub?"-deyə soruşdu.

"Bir il öncə nənə rəhmətə gedib", - deyəndə gözünü döyə-döyə üzümə baxmış, heç nə anlamamışdı. Ona görə öz-özümə danışırmış kimi dedim:

-Opa ist tod... (Baban öldü, oğlum)
Gözləri bərəldi:

-Vas? Mein Opa ist... (Nə? Mənim babam...)

Dodaqları titrədi. Gözləri bir anda doldu. Otağına keçib qapını bağladı. Hönkürtüsü divarlan titrədirdi.

Ayxanı atamgil böyütmüşdü.

Atam da anam kimi evin ortasındaca hərəkətsiz uzanıb məni gözləyirdi. Nə salamımı aldı, nə durub üzümdən öpdü, nə gəlişimə sevindi. Buz kimi idi, əlləri də, ayaqlan da, bütün vücudu da.

Uzaqdakı bacı-qardaşlarım gəlincə onu dəfn etməyib saxlamağa söz vermişdim. Düz üç gün saxladıq. Mən, onun sevimli qızı, oğlum deyib öyündüyü mübariz qızı. Üç gün, üç gecə atamla vidalaşdım.

Onu doyunca öpdüm, bumbuz vücuduna sarıldım, qoxladım, ağlayıb ürəyimi boşaltdım. Düz üç gün, üç gecə. Son gecə atamın yanında uzanıb səhərəcən onun soyuq bədənini qucaqlayaraq göz yaşlarımı sakit-sakit axıtdım. Nə gözəl ayrılıqdı bu! Tək ikimiz idik otaqda. Atam tək mənim idi. Son gecə. Tək mənim.

Hazır deyildim bu qəfıl itkiyə. Həyatımın ən böyük ıtkisinə... Atam mənim hər şeyim idi. Hər şeyim. Onunla nəfəs alırdım demə.

Ən yaxın dostum. Həyatda ən yaxın həmdəmimdi. Yerini heç nə ilə doldura bilməyəcəyim ən böyük itkim.

Anam qarabağlı qızı idi. İlk ərindən Eldar adlı bir oğlu var idi. Onu özümə həmişə ögey qardaş bilirdim. Hər bir sözü xətrimə dəyər, iradlarını qəbul etməzdim.

Ögey qardaş! O məni sevə bilməzdi, - deyə düşünürdüm. Və anam öldükdən sonra bizi artıq bir-birimizə bağlayan heç bir şeyin qalmadığını düşünür və bir daha görüşməyəcəyimİzi samrdım.

Atam vəfat edərkən o təcili olaraq xaricdəki səfərini yarımçıq qoyub, geri döndü.

Atamı bir neçə gün saxlamaq üçün Bakıdan xüsusi həkim gətizdirdi. Atamı öz çiyinlərində son mənzilə yola salarkən o an içimdə bacı-qardaşhq hissi baş qaldırdı.

Bütün ömrüm boyu ürəyimdə ona gəzdirdiyim ögey münasibət üçün utandım.

Atamın vəfatı mənə bu qədər ağır ola biləcəyini sanmırdım.

Tənha qaldım həyatda, tək-tənha.

Yeddisini verib Bakıya qayıdanda qeyri-ixtiyari maşını Kubinkaya sürdürdüm. Tələbə ikən evində qaldığım, kasıb Solmazın uçuq, sökük, darısqal, kiçik evinə.

Bakıya gələndə çox vaxt onu heç arayıb axtarmazdım. İyirmi il bundan qabaqkı kimi köhnə, rəngi qaçmış divandaca oturub pəncərədən çölü seyr edirdi.

Sanki gələcəyimi bİlirmiş. Heç bir giley-güzar eləmədən məni həmişəki kimsəsiz tələbə tək, həmin kövrək Nuridə kimi sinəsinə sıxdı. (Bütün tanıdıqlarımın içində mənə təkcə o səmimi və sədaqətli qalmışdı).

Başımı sinəsinə sıxıb uzun müddət hərəkətsiz qaldım.

Bakını tərk edərkən isə düşünürdüm ki, artıq bir də Azərbaycana gəlmərəm. Məni sevən, yolumu gözləyən kimim qaldı ki...

Bir neçə aydan sonra özümü ələ almış, atamın yoxluğunu taleyin acı hökmlərindən biri kimi qəbul etmişdim. Və birdən Azərbaycan üçün ürəyim əsməyə başlamışdı.

Kim üçün, nə üçün? Yolumu ki, heç kəs gözləmirdi.

İçimi göynədən Vətən eşqi, torpaq sevgisi idi.

Məni çəkən xalqımın məhəbbəti idi. "Getməyəcəyəm",-deyə-deyə artıq növbəti həftəyə biletimi sifariş etmişdim.

ŞERLƏRİM VƏ MƏN

Deyirlər müdriklik təcrübənin qızıdır. Cavanlıqda elə şeylər öyrən ki, qocalıqda gərəyin olsun.

Unutma ki, qocalığın qidası müdriklikdir. Odur ki, nə qədər cavansan, elə hərəkət et qocalığını ac qoymayasan. Bir də oxumuşdum ki, gənclik ay işığı ilə süslənmiş gecələr kimidir.

Ayan Atəşi
Ağıllı insanlar elə gecələrdə yatmazlar. Ona görə də, bütün tələbəlİk illərimdə gecələr hey oxuyardım.

A.Axmatova deyərdi: "Əgər siz bilsəydiniz ki, mənim şeirlərim necə çör-çöpdən doğdu, ar-namus tanımadan".

A.Blok isə: "İnsanlar bu gün şairə heykəl yapıb sabah ondan üz çevirə bilirlər. Amma bunun o şairlə heç bir əlaqəsi yoxdur. Bu, yalmz o adamların hansı yuvanın quşu olduqlannı göstərir".

Puşkin isə: "Şeir əxlaqdan yüksəkdir. Poetik dəyərlər əbədi, əxlaqi dəyərlər dəyişkəndir. Günəşin istisini adi bir termometrlə ölçmək mümkün olmadığı kimi, əsl şeirin qiymətini də əxlaqi dəyərlərlə ölçmək mümkün deyil".

Elə buna gorə də, hərdən mənə şeirlərimə görə qiymət verənlərə və ya məni şeirlərimlə qiymətləndirənlərə təəccüb edirəm.

Axı, şair yalnız olanı yazmamalıdır. Hətta ola biləcəkləri belə bəzən görür, yazır, canlandırır.

Və bir də, şeir yalnız anın məhsuludur. İnsansa, hər an fərqli şeylər düşünür. Şairin xəyalı yaydan çıxmış ox kimidir. Hər an bir yerdə olur.

Nuridə Atəşinin qızı Ayan şeirlər yazır. Alman, ingilis dillərində yaradıcılıqla məşğuldur. (Aşağıdakı şeirlər Azərbaycan dilinə çevrilib). Hazırda London və Berlin şəhərlərində təhsil alır.

Ayan Atəşi

SƏNİN ƏLLƏRİN


Heç bir əl mənə belə uzanmaz,
Sənin əllərin kimi.

Heç bir əl mənə belə tez çatmaz ehtiyac duyduğumda,
Sənin əllərin kimi.

Heç bir əl saçlarımı belə oxşamaz,
Heç bir əl göz yaşlarımı belə tez qurutmaz,
Heç bir əl məni ovuclarında belə gəzdirməz
Sənin əllərin kimi.

Və mən bilirəm yalnız sənin əllərin
məni heç baxt havada buraxmaz….


SƏN UYUYARKƏN


Sən qollarımda uyuryarkən gecələr,
Mən oyaq qalıram sabaha qədər.

Səni qoruyan mələyə çevrilib
keşiyini çəkirəm sabaha qədər.

Oyanmayasan deyə qımıldanmadan
seyr edirəm yatışını.
Səhəri səninlə açmaq və yeni günə
səninlə başlamaq xöşbəxtliyiylə…

Qollarımda oyanırsan,
Yenidən doğulursan sanki.
Xöşbəxtəm.
Yenə başlayıram saatları, anları saymağa
Gecənin düşməsini həsrətlə gözləyirəm
Səni qollarında uyudan və qoruyan
bir mələyə çevrilmək üçün.


ÖYRƏT


Gecə yarını keçib,
niyə hələ otağımdasan?
Niyə qoymursan yatım?
Niyə son gücümü də alırsan əlimdən?
Anlat, nədir bu zülm?
Ürəyim boğulur əzablarının yükündən.
Əgər sevgi budursa, öyrət,
Bəs nifrət nədir?


İLK SEVGİ İLK NİFRƏT


Sən ilk sevgim, ilk nifrətimsən.
Öncə sevgilim oldun, ilk sevgilim.
Sonra düşmənim,
İlk düşmənim.

Nə qədər əzab versən də,
incitsən də,
qopa bilmirəm səndən.
Sevgim artdıqca,
qəzəbim, kinim, nifrətim də artır sənə.
Nifrətim artdıqca isə
sevgim azalır.

Artıq heç nə etmirsən.
Çoxdan ayrılmışıq
Hərəmiz uzaq bir şəhərdə.
Sevgim bitib,
Nifrətim qalır hələ.

Nifrət də bir hissdir amma…


MƏCBURİ AYRILIQ


Gəlirlər,
Əkdiyimiz ağacları kökündən qoparmağa.
Gəlirlər,
Bəslədiyimiz qönçə gülləri yolub qoparmağa.

Birgə qurub – yaratdıqlarımızı acımadan uçurub necə dağıdılar, bax.
Açılmamış tər güllərimizi tapdalayıb əzirlər, ah.
Divardakı qoşa şəkillərimizi sındırıb tökürlər ayaqlar altda.

Min-min arzularımızı, xəyallarımızı uçurub dağıdaraq səni alıb aparırlar.
Gedirsən məni atıb,
Dinmədən
və arxana dönmədən…


GEDİRƏM


Sən onu saxla daha özünə,
Onsuz da çoxdan sınıb, sındırılıb.
Mən gedirəm başqasını axtarmağa.

Özümünkünü istəmirəm artıq,
Onunla yaşaya bilmərəm daha,
Götür apar.

Artıq döyünmür,
gülmür, sevinmir əvvəlki kimi
Sındırdığın ürəyim….

Ayan Atəşi
London, Berlin

Şeirlərim mənim təsəvvürlərimdir, düşüncələrimdir, baxışlarımdır, xəyallarım və fantaziyalarımdır. Amma mənim özüm deyillər.

Çox zaman kişilər qorxur, çəkinir məndən şeirlərimİ oxuduqdan sonra.

(Doğrusu mən kişiləri provakasiya etməyi sevirəm. Elə qadınları da).

Amma elə ki, məni yaxından tanıyırlar, o zaman artıq həmişəlik dosta çevrilirik. Bir kişini aldatmağa və yaxud ondan istifadə etməyə heç ehtiyacım yoxdur ki, mənim.

Yazdığım heç bir şeir üçün də utanmıram, çəkinmirəm. Bir şeyi düşünməkdən utanmıramsa, çəkinmirəmsə, qorxmuramsa, onu yazmaqdan heç bir zaman utanmaram və çəkinmərəm!

Məncə, bir şeyi düşünüb, ürəyindən keçirib əməl etməyənlər, söyləməyənlər, söyləyənlərdən daha təhlükəlidirlər.

Bir də, nə üçün insan duyğularını həbs etməli, gizlətməlidir?

Mən hisslərimi, duyğularımı illər uzunu içimdə həbs etmişəm, yetər. Artıq onlara çoxdan azadlıq vermişəm.

Azaddır mənim ürəyim, azad! Azaddır mənim ruhum, azad!

Bu dünyada nəyim varsa, hər şeyim insanlarındır. Amma mənim olan, tək mənə məxsus olan yeganə şey mənim ürəyimdir. Yalnız oraya heç bir kimsə əl uzada bilməz artıq...

Azaddır mənim ürəyim, azad!

A2ADLIQ VƏ FEMİNİZM

Qadınlar bütün tarix boyu dörd bir tərəfdən sıxılmış, əzilmişlər. Burjuaziya quruluşu, din, dovlət və ailə tərəfindən.

Bu əzilmişliyə qarşı çıxanların, mübarizə aparanların taleyi acınacaqlı, dəhşətli olmuşdur. Onlar ya damğalanmış, ya ləkələnmiş, ya da məhv edilmişlər. Məhz bu dirənişin, bu mübarizənin adı feminizmdir.

Feminizm sözü Fransada 1837-ci ildə işlənməyə başladı.

"Qadınların cəmiyyət içərisindəki rolunu və haqlarını genişləndirməyi qarşısına məqsəd qoyan Flora Tristanın gözəl bir sözü var.

Deyir ki, insan haqları hamı üçündür, yalnız kişilər üçün deyil. Haqq isə azadlıq kimi bir şeydir. O verilmir, alımr.

Zorla, cırmaqlaya-cırmaqlaya alınır. Qazanılır. Miçurin demişkən: "İnsanlar amansızdır. Onlar sənə öz xoşlan ilə bir şey vermədikləri kimi, haqqını da verməzlər".

Mən bu haqqımı aldım, zorla, min bir əzab-əziyyətlə. Və indiki savaşım bütün həmcinslərim olan zavallı qadınlar uğrundadır.

Onların azadlıqları uğrunda savaşıram. Qadınlar azad olmalıdırlar. Azadlığın nə olduğunu anlamalı, doğru dərk etməlidirlər.

Qərb feminİst qadınları deyirlər ki, qadınlar azadlıqlarını qazanana qədər fahişəlik artacaqdır.

Fahişəliksə, dünya nemətlərinin əvəzsiz dağılışının bərabərində gətirdiyi ən iyrənc fəlakətdir. Bu fəlakətə düçar olan qadınlar zavallı, gücsüz, iradəsiz, azadlıqlarını qazana bilməyənlərdir. Və bu fəlakətə onları sürükləyən kişilərdir.

Bizdə isə azadlıq əksinə dərk edilir. Azadlıq səhnəyə yarıçılpaq çıxmaq demək deyil, azadlıq hər gün bir kişinin qucağına atılmaq demək deyil, azadlıq "Mən azadam, istədiyimi edərəm",-deyə bağırmaq deyil.

Sənin azadlığın başqalarının narahatlığına səbəb olmamalıdır, başqalarının azadlığını azaltmamalıdır, ona mane olmamalıdır. Azadlıq azad düşünə bilməkdir, azad fıkir söyləyə bilməkdir, azad yaza bilməkdir. Azadlıq...

Azadlıq xüsusilə sənətkar, yaradıcı qadmlar üçün son dərəcə Önəmlidir. Azadlıq yaradıcılığı sərbəst buraxır. Şer, yaradıcılıq zehni azadlığa bağlıdır. Zehni azadlıq isə maddiyyata bağlıdır, nə yazıq ki. Maddi ehtiyaclar isə qadınt hər şeyə məcbur edər. İlk öncə, qadın heç bir kişidən asıh olmamahdır. Asılılıq qadmı hər şeyə məcbur edər. Köləliye də, fahişəliyə də, oğurluğa da, ölümə də, qətlə də!

V.Volfun çox gözəl bir sözü var. Deyir ki, bir qadın azad olmaq istəyirsə, gözəl şeylər yaratmaq istəyirsə, şəxsən özünə aid bir evi və parası olmahdır.

Bu gün Azərbaycan qadının düşüncəsində, təfəkküründə, şüurunda dəyişiklik yaratmaq lazımdır. Yeniliklər gül suyu ilə yapılmaz, amma mütləq qan tökmək də lazım deyil, -deyən feministlər əslində çox haqlı olublar.

Və o zaman artıq yetişmişdir. Və o yeniliyi Azərbaycan qadınının şüuruna mən "Yaşanmamış qadınlıq" kitabımla səpdim.

Və şahə qalxdım o "ilxının" içindən. Boyunduruğumu dişimlə, dırnağımla çeynəyərək. Ayaq izlərimin qızılla, ləl-cəvahiratla doldurulmayacağını bilsəm də.

Bu gün arxamca gələn o qulunlara baxaraq iftixar edirəm. Sevinirəm yalan, riya üzərində qurulan, o viran qalmış ailələri dağılmış görəndə.

Hələ nə qədər ailələr var dağılmalı olan. Nə qədər ər-arvadlar var illərlə bir evdə yaşayıb, amma bir yastığa baş qoymurlar.

Əslində bir-birlərinə nifrət edirlər, aylarla bir evdə küsülü qalırlar, amma cəmiyyət içinə çıxdıqlan zaman özlərini ideal ər-arvad kimi göstərirlər. Kimə lazımdır bu ailələr?

Cəmiyyətə lazımdırmı? Onlann özlərinə lazımdırmı?

Soruşanda da deyirlər övladlarımız üçün birgə yaşamağa borcluyuq. Övladlara da heç belə bir qurban lazım deyil.

Hər kəsin öz həyatı var. Və bir ömrümüz var. Bu ömürdən pay olmaz, qurban olmaz. Hər kəs öz həyatını yaşamalıdır. Özü istədiyi kimi, arzuladığı kimi.

ÜZÜ XOŞBƏXTLİYƏ DOĞRU

Dünyada heç bir şey insana öz bacarığı ilə əldə etdikləri qədər zövq verməz. Mənim də fəxr edə biləcəyim ən böyük şey məhz bacarığım, qabiliyyətimdir.

Özüm bacardım! Heç bir kimsə mənə kömək əlini uzatmadı, əksinə, çox zaman başımdan basmağa, məni məhv etməyə, əzməyə çalışdılar.

Bütün bunlar üçün qətiyyən küsmürəm, incimİrəm insanlardan. Əksinə, çox məmnunam.

Bütün bunlar - mübarizələrim, savaşlarım məni güclü etdi, mətinləşdirdi. Mübarizə! Azərbaycan qadınlan nə qədər mübariz olsalar da, onlann arasında hələ də cəhalətin, zülmün təpikləri altında inləyənləri az deyil.

Bu zavallılar çox zaman zülmə dözməyib intihar edirlər və yaxud ömürləri boyu ərlərinin işgəncəsi altında əzilməyə, sürünməyə məhkum edilirlər.

Çoxlarının dərdini deməyə kimsələri olmur. Almaniyada və bir sıra ölkələrdə belə qadınlar üçün xüsusi Qadın Evləri olur.

Müəyyən müddət qadınlar burada sığınacaq tapa bilirlər, psixoloqlar, həkimlər tərəfindən ya müalicə edilir, ya da onlara doğru yol göstərilir.

Bundan sonra onlar "öz həyatlarını" müstəqil müəyyən edirlər. Bu barədə Almaniyada yüksək səviyyədə danışıqlar apardım.

Azərbaycanda belə bir ev açmaq, xalqımın əzilən zümrəsinə yardım etmək üçün can yanğısı ilə səlahiyyətlİ bir nazirlə görüşüb layihəmi anlatdım.

Matdım-matdım üzümə baxdı: - De ki, qəhbəxana açmaq istəyirəm də, - dedi.

Damarlarımda qanım dondu. Yox, onları sizin kimi natəmiz, şərəfsiz əyyaşlann zülmündən qurtarmaq istəyirəm, - deyə mənə bağışladığı hədiyyəsini masasına çırpıb otağı tərk etdim.

Bax beləcə, təslim olmamağı, maneələrə sinə gərməyi, daha da mətin olmağı öyrəndim.

DÖVLƏT YAZARINA SAHİB ÇIXANDA, QAZANAN XALQ OLUR

Bir dövlətin İki böyük qoruyucusu var. Biri əldə silah tutan əsgərləri, hansı ki, onun sərhədlərini qoruyur, ikincisi isə əli qələm tutan yazarları, hansı ki, onun mədənıyyətinı, ədəbiyyatını, tarixİni qoruyur.

Artıq vətənİmdə sevildiyimİ bilirdim. Əlbəttə ki, yanılmıram. Məni sevən, anlayan minlərlə ziyalı var.

Elə bilirəm ki, artıq dövlətim də mənə sahib çıxacaq, mənim gücümdən, bacarığımdan Azərbaycan üçün istifadə edəcək.

Zaman hər kəsin qiymətini verir! Lakin bəzən hansısa layiqli şəxs sağlığında qiymətini almır... Zatən bir aforizmimdə yazmışam: Məni yüz il sonra oxuyacaqlar, yüz il sonra anlayacaqlar, yüz il sonra sevəcəklər.

Əlbəttə ki, bu gün Vətənimdə yüz il sonranı görən, dərk edən ağıllı insanlar var. Mən də yalnız onlara güvənir, onlardan güc alır, öz işimi görürəm.

Doğrudur, ilk böyük uğurlarımı şeir, poeziya, jurnalistika sahəsində qazansam da, artıq çoxdandır ki, mən şeirə, poeziyaya sığmıram.

Artıq çox ciddi işlər görürəm, ciddi fəaliyyətlə məşğulam. 10 ildir amazonların tarixi ilə bağlı araşdırmalar aparıram və çox böyük tarixi faktlar kəşf etmişəm.
Doğrudur, bizim tarixçilərimiz hələ də bir çox həqiqətlər kimi, bıma da göz yumurlar. Amma tarix tarixdir, ona göz yummaq və yaxud, onu dəyişib modaya, zamana, siyasətə uyğunlaşdırmağa heç kəsin ixtiyarı yoxdur.

Nə qədər bunlara cəhd olunsa da, Herodot, Strabon, Çin kitabələri və s. antik qaynaqlar bütün tarixə güzgü tutur.

Və onların yazdıqlannı kimsə poza bilməz. Bütün bu qaynaqlarda isə amazonlann Xəzərin şimalında, Qafqaz dağlarında yaşadıqlan dəfələrlə söylənilir.

Çagdaş dövrümüziin arxeoloqlarından Kaliforniyalı arxeoloq Dr. Jeannine Davis-Kimball 1994-1995-ci İllərdə Qazaxıstanın sərhədində, Parkovka şəhəri yaxınlığında (Rusiyanın cənubunda) 50 amazon qəbri aşkara çıxarmişdır.

Qadınların sağ döşü yox idi. Qəbirlərdən ox, yay, kəmər və s. əşyalar çıxarılmışdır.

Bu haqda geniş araşdırmalarımı kİtabım formasmda ən qısa zamanda oxucularıma çatdıracağam.

Artıq bir neçə ildir ki, Almaniyada Azərbaycan legİonerlərindən olmuş Fətəli bəy Dudənginski və Qurban Səidin (Məhəmməd Əsəd Bəy) həyat və yaradıcılıqları haqqında araşdırmalar aparıram.

Almaniyada Mədəniyyət İnstitutu açmaqla Nizaminin Azərbaycan şairi olduğunu sübut etməyə çalışıram.

Doğrudur, Höte özünün məşhur "Şərq və Qərb" divanında Nizamini fars şairi (kitabda bir çox yanlışlıqlar var) kimi qələmə verib.

Mən almanca da yazıram. Amma alman yazarı deyiləm və ola da bilmərəm. Mən Azərbaycanm, öz xalqımın yazarıyam.

Bu qədər sadə bir həqiqəti görəsən, niyə hələ də qəbul edə bilmirlər?

CƏMİYYƏTİN BƏLALARl

Əvvəllər hey düşünərdİm: cəmiyyət səni o zaman sevər, qəbul edər ki, onun istədiyi, arzuladığı kİmi olasan, onun bütün yazılmış və yazılmamış qanunlarına tabe olasan.

Illər boyu mən də minlərlə əzilən, haqqı tapdanan qadınlar kimi əzildim, qırıldım, təslim oldum. Çünki mən də onlar kimi sıradan bir qadın idim.

Nə istəyirdim ki?

Aktrisa olmaq, səhnəyə çıxmaq... Dedilər yox, olmaz, ayıbdır, yaraşmaz. Cəmiyyət səni sevməz, qəbul etməz! Baş üstə, - dedim. Arzularımı beşikdəcə boğdum. Qurban verdim ilk arzularımı cəmiyyətə.

Şeirlər yazırdım. Duyduğum kimi, gördüyüm kimi, hiss etdiyim kimi. Maskasız, riyasız, boyasız. ,,Çap etmək olmaz", - dedilər, "ayıbdır, bir qənc müsəlman qızının belə cəsarətlə yazmasına yol verə bilmərik.

İstəyirsən bir kişi imzası ilə çap etdirək." (Kişi olmaq gərəkmiş bu lənətə gəlmiş dünyada) Kİşilərə ayıb deyilmiş, yasaq deyilmiş heç bir şey. Baş üstə, - dedim. Yazıb-yaratmağa olan sonsuz eşqimi, ilhamımı beşikdə ikən boğdum.

Yenə də qurban verdim istedadımı, yazıb-yaratmaq eşqimi cəmiyyətə!

Aşiq oldum, sevdim. Sevgi sifarişlə gəlmir! Qadın sevgisini dilə gətirməz, belə olmaz, - dedilər. Günaha batarsan, damğalanarsan. Cəmiyyət belə şeyləri sevməz, qəbul etməz! Baş üstə, - dedim. Və sevgimi - ilk sevgimi də qurban verdim cəmiyyətə.

Cəmiyyətin istədiyi, tələb etdiyi şərtlərlə ,,ailə qurmalısan" dedilər.

Baş üstə, - dedim. Əlbəttə, cəmiyyətə qarşı çıxa bilmərəm ki? Minlərlə, milyonlarla qadınlar necə, mən də elə.

Onlardan artıq deyİləm ki... "Adın-abrın üstündə, namusla, toyla, düyünlə ərə getməlisən!" Baş üstə, -dedim. Əməl etdim!

Cəmiyyət məndən nə istədisə, sözsüz əməl etdim, "baş üstə" - dedim. Hər şeyimi qurban verdim. Ancaq xoşbəxt olmadım.

Dörd divara qapadıldım. Həyat yoldaşımın təpikləri, qayınanamın təhqirləri bütün dünyamı qaraltdı. Yenə dözərdim. Minlərlə, milyonlarla qadın dözmürmü? Onlardan artıqmı, üstünmü idim?

Bütün bu qurbanların sanki mükafatı idi balamın ağır xəstəliyə tutulması!.. Bütün tələblərinə boyun əyib "baş üstə" dediyim əziz cəmiyyətimin o bisavad, şərəfsiz həkimləri, professorları balamı dəfələrlə ağır beyin cərrahiyyəsİnə məruz qoydular, əbədi şikəst etdilər və hətta gözlərimin içinə belə onun "ölüm hökmünü" oxudular.

Bütün gənclİyimi, gözəlliyimi, arzularımı sənətimi - hər şeyimi qurban verdiyim, səcdə etdiyim həyat yoldaşımsa "Ölər, yenisini doğarsan!", - deyə, hələ də məni cəmiyyətin bütün qanunlarına qul kimİ itaət göstərməyə məcbur edir, sürükləyirdi.

Yalnız o an dərk etdim ki, zəiflik göstərərək, məğlub olmaq birbaşa uçuruma sürüklər insanı..

Və o zaman minlərlə həmcinsim olan qadınların içindən sıyrılıb çıxmağı, selin, axının əksinə üzməyi bacardım.

Yenə də qarşı çıxmadım cəmiyyətə, sadəcə təslim olmadım.

Balamı gozüm görə-görə ölümün qucağına ata bilmədim. Ölümlə savaşa, mübarizəyə qalxdım, cəmiyyətlə yox! Balamı ölümün pəncəsindən qurtardım.

Yenə geri döndüm. Könüllü surətdə özümü yenə təslim etmək istəyirdim o məhbəsin qaranlıqlarına, əsarətinə.

Yox! -dedilər. Artıq o evdə sənə yer yoxdur, dedilər. "Həyat yoldaşını, ailəsini qoyub təkbaşına xaricdə qalan qadın artıq o evə, o ailəyə layiq deyil," -dedilər.

O zaman artıq cəmiyyətin yazılmamış mənfur qanunlarına qarşı savaşa qalxdım. Üsyana qalxdım!

Cəmiyyəti dəyİşmək gərək! Cəmİyyəti bütün bu çirkinliklərdən, pisliklərdən qurtarmaq gərək!

O zaman cəmiyyətimiz müasir cəmiyyətlər tərəfindən qəbul ediləcək. Qəbul edilir, deyə, lütfən öz-özünüzü aldatmayın!

Problemlərə, çətinliklərə baş əymək yox, onları həll etmək, yenmək gərək!

Və bu gün mənim, mən Nuridə Atəşinin savaşı budur!

Haqq, ədalət uğrunda. Əzilən, haqqı tapdalanan insanlann, qadınların azadlığı uğrunda!

Müasirlik uğrunda! Söz azadlığı, təfəkkür azadlığı uğrunda! Vətənim uğrunda! Azərbaycan həqiqətləri uğrunda! Xalqım uğrunda!

Mübarizələrə, savaşlara bəlkə də hardasa mane olmaq, qarşı çıxmaq olar, amma əqidələrə qarşı çıxmaq... əsla!

Əziz oxucum, bu hekayə ilə siz 20 il bundan öncəki məğlub Nurİdə və 20 il sonrakı qalib Nuridənİn həyat tarixçəsi ilə tanış oldunuz.

Bu tarixçə məncə, hər bir məğlub qadına güc, qüvvət verər, mübarizə meydanına atılmaq üçün onun qəlbində inam yaradar.

Savaşdan, mübarizədən qorxmaq lazım deyil! Savaşan, əlbəttə, məğlub da ola bİlər, savaşmayan isə zatən məğlubdur...

SON
XS
SM
MD
LG