Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:55

Prezident Aparatı qarşısında aksiya olub


Şikayətçilər Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında toplaşıblar
Şikayətçilər Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında toplaşıblar
Noyabrın 10-da “Muray” MMC tikinti şirkəti tərəfindən pullarının mənimsənildiyini bildirən bir qrup Bakı sakini ziyanın ödənilməsi tələbi ilə Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Polis aksiyanı dağıdıb.

Bundan sonra şikayətçilər Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında toplaşıblar.

Aksiya iştirakçılarını dinləyən BŞİH hüquqşünası Cəlal Bağırov bildirib ki, bu məsələ ilə hüquq mühafizə orqanları məşğul olmalıdır:

“Bu məsələnin ümumiyyətlə icra hakimiyyətinə aidiyyatı yoxdur. Burada cinayət baş verib. Bir mənzil bir neçə nəfərə satılıb. Bunun da istintaqı daxili işlər orqanlarında aparılmalı, cinayətkarlar məsuliyyətə cəlb olunmalıdır”.

Zərərçəkənlər Daxili İşlər Nazirliyinə müraciət etdiklərini də deyirlər.

DİN mətbuat xidmətindən isə bildirilir ki, “vətəndaşların DİN–in Baş İstintaq və Təhqiqat İdarəsinə müraciətləri əsasında fakt üzrə Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi (178.3.2) ilə cinayət işi başlanıb”.

Məlumatda qeyd olunur ki, Bakıda inşa olunan 414 mənzilli binada bir mənzilin 3 və daha artıq adama satılması nəticəsində vətəndaşlara dəyən külli miqdarda ziyanın ödənilməsi ilə bağlı intensiv tədbirlər görülür.
XS
SM
MD
LG