Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:55

Korrupsiya qohumluğu


Natiq Cəfərli öz bloqunda sual edir ki, “Siz elə bilirsiz ki, hakimiyyət «analoqu olmayan» ölkə deyəndə zarafat eləyir?
Ay-hay…Bu rejimin doğurdan da analoqu yoxdur, büdcə pullarının ən çox mənimsənildiyi nazirliklərdən birinin rəhbərinin oğlu, bu oğurluqların qanunla qarşısını almalı olan bir qurumun rəhbərinin qızını alır…”

Saxta avropalı və saxta seçki və yaxud Avropalılara seçki rüşvəti


Elnur Məcildi 7 noyabrda keçirilən parlament seçkilərinin nəticələrinin Konstitusiya Məhkəməsində baxıldığı bir vaxtda seçkilərə bir müddət qalmış, etibarlı qaynaqlardan aldığı şok informasiyalardan yazır.
Yazdığına görə, bu informasiyalar seçkilərin saxtalaşdırılacağı və buna göz yummaları üçün AŞPA-nın seçki missiyasının üzvlərinə rüşvət təklif edildiyi ilə bağlı olub.
Xeyli maraqlı məlumatların ortaya çıxdığını yazan Elnur Məcildli öz bloqunda həmin məlumatların birinci mərhələsini açıqlayır.
“İyunun 22, 23 və 26-da Azərbaycandan olan bir QHT rəhbərinin Strasburqda AŞPA Monitorinq qrupunun üzvləri ilə qapalı görüşü olub. Görüşdə aparılan müzakirələr seçkilər də daxil olmaqla Azərbaycan üzrə hesabatların “yumşaq” tezislərlə hazırlanması ətrafında olub. Bunun üçün Monitorinq Qrupunun hər bir üzvünə 50 min avro təklif olunub və 11 üzvündən 9-u ilə bu əməkdaşlıq baş tutub”
Elnur Məcildli ikinci mərhələni gözləyin deyib, həm də onda bu məsələlərlə bağlı iki fotoşəkil, bir səs yazısı olduğunu bildirir.

PANTOMİMA

Müşfiq Məmmədov öz bloqpostunda Azərbaycanda keçirilən seçkilərin təşkilinə necə heyran olduğundan yazır.

“2005-ci ildə ATƏT-in qısa müddətli müşahidə missiyası üçün 4 günlük tərcüməçi kimi işə götürüldüm. Ədalət naminə demək lazımdır ki, parlament seçkisi normal təşkil olunmuşdu. Bütün məntəqlərdə ana müxalifətdən olan müşahidəçilər və komissiya üzvləri var idi. İnsanlar məntəqələrdə çox aktiv idi, qeyri-adi bir canlanma var idi. İnsanların simasında ümüd və sevinc açıq aydın görünürdü”.
Müşfiq daha sonra 2008-ci ildə keçirilən prezident seçkiləri zanamı kənd məntəqələrinin birində gördüklərindən yazlır.

“Məntəqə sədri yerində yox idi. Bir azdan üzərindən soğan iyi gələn pinti geyimli bir qadın gəldi. Özünü təqdim edərək bildirdi ki, bəs bu məktəbin direktorudur və eyni zamanda da məntəqə sədridir. Yanında isə Brejnevin dövründən qalmış qalstuku taxan bir kişi durmuşdu. Ona işarə edərək, bildirdi ki bu da komissiya üzvüdür və mənim həyat yoldaşımdır. Əsl ailə ticarəti idi. Müşahidəçilər başladılar özlərinin təlimatında olan suallarından verməyə.

“Sizin kənddə seçkiyə hazırlıq prosesi necə gedib” sualına qadın çox maraqlı cavab verdi.

“Necə gedəcək, çox yaxşı. Bütün kəndin camaatına demişik ki, İlham Əliyofa səs versinlər”.

Müşfiq yazır ki, sonuncu seçki isə onun xatirimdə ölü seçki kimi qaldı.
“Hətta 1500 nəfərlik seçicisi olan məntəqələrdə dəfələrlə xronometraj keçirdik, bir saat ərzində 2 seçici gücnən gəldi. Bu dəfə heç polis də bizi qarşılamadı. Seçki qünün sonunda isə seçki dairəsinin sədri demək olar bizi otağından qovdu”.
XS
SM
MD
LG