Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:55

Milyonçu Şəmsi Əsədullayevin oğlunu kim öldürdü?


Tamam Bayatlı
Tamam Bayatlı
«Əli bəy Nadir Safyurdlunun Vətənə dönüşü Hacı Zeynalabdin Tağıyevin ruhuna hədiyyədir».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına «bp-Azerbaijan» şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı deyir.

Onun sözlərinə görə, Hacı Zeynalabdinin Azərbaycana verdiyi təkcə sərvəti deyil, həm də milli hislərdir: «Tağıyevin bizə verdiyi mənəviyyatdır. İnsan qazandığını necə xərcləyər, insan qazandığını hara xərcləməlidir ki, ondan milyonlar bəhrələnsin - sualına ən yaxşı cavabdır».

HƏR ŞEY HACININ EVİNDƏ KEÇİRİLƏN BİR TƏDBİRDƏN BAŞLADI

Tamam Bayatlı üç il öncə Milli Tarix muzeyində bir tədbir keçirdiklərini və muzeyin rəhbərliyinin onlara Hacı haqqında məlumat verdiyini dedi: «Dedilər ki, muzey bir neft maqnatının, Azərbaycanın neft sərvətindən qazandığı pulları xeyriyyə işlərinə xərcləmiş, xalq üçün son dərəcə dəyərli işlər görmüş bir şəxsin evində yerləşir. Amma təəssüf ki, muzeyin əlində Tağıyev haqqında samballı bir kitab yoxdur ki, bura gələnlərə göstərək».

BİZ HAMIMIZ ONA BORCLUYUQ

Tamam xanımın dediyinə görə, muzeyin işçiləri bir kitab hazırladıqlarını, amma maliyyə ucbatından nəşr etdirə bilmədiklərini onlara çatdırıblar: «Bu, bir layihə kimi bizi çox cəlb elədi. Çünki Tağıyev hamımızın ürəyində işıqlı, nurlu bir sima kimi qalıb. Düşünürəm ki, harada çalışırıqsa, onun etdiklərinə bənzər işlər görməliyik. Biz hamımız ona borcluyuq. O borcu cüzi də olsa qaytarmaq üçün imkan yarandığını hiss etdim».

HANI TAĞIYEVŞÜNASLAR?

Tamam Bayatlı nəşr edəcəkləri əlyazmaya baxdıqda, mövzunun yaxşı araşdırılmadığını anlayıb. «Hanı Tağıyevşünaslar» sualına muzeydən cavab gəlib: «Təəssüf ki, Sovet dövründə Şaumyanşünas olub,
Leyla xanım Parisdə ailəsi ilə birlikdə
Tağıyevşünas yox!. Muzeyin əməkdaşlarıyla birgə işçi qrupu yaratdıq, arxivlərdə iş getdi və maraqlı faktlar üzə çıxdı».

KİTABIN AİLƏ HİSSƏSİNƏ ÇATANDA...

Ailə hissəsinə çatanda, Hacının qızı Leyla xanım haqqında heç nəyin məlum olmadığı üzə çıxıb:

«Hacının 3 qızı olub. Ortancıl Sara xanımın necə həyat yaşadığı bəllidir. Üçüncü qızı Sürəyya xanım Bakıda qaldı. Şükür ki, o hadisələrdən yan ötə bildi. Övladları olub. Nəvəsi bizim şirkətdə çalışır. Amma böyük qızı Leyla xanım haqqında heç nə bilinmirdi».

BİR ŞƏKİLDƏN BAŞQA HEÇ NƏ YOXDUR...

Leyla xanımdan 1924-cü ildə Hacı ilə çəkdirdiyi son şəkildən başqa heç nəyin qalmadığına təəccüblənən qonağımız «Axı, Leyla xanımın buradan gedəndə 3 uşağı vardı - Əli, Nadir və Gülnar. 4-cü - Zeynalabdin xaricdə doğulub. Elə şey olmaz ki, bu uşaqlardan heç biri qalmasın?»- deyə düşünüb.

BİR İSTANBUL ŞƏKLİ TAPILDI

Araşdırmalar bir şəkil də üzə çıxarıb. Şəkildə Leyla xanım İstanbulda uşaqlarıyla birgə imiş. Tamam xanım bundan ruhlanıb xaricdəki Azərbaycan konsulluqlarına müraciət edir. «Amerikanın səsi»nə email göndərir. Heç bir cavab gəlmir...

TƏSADÜF!

Kitabın nəşri gecikir: «Günlərin bir günündə layihə barədə bizim şöbə müdiri Seymur Xəlilova hesabat verəndə, o qayıdıb dedi ki, ABŞ-da dostumuzun qonşusu var, adı Bilqeyis xanımdır. Deyəsən, onun Tağıyevlə qohumluğu var».

TAPILDI!!!


Gülnar xanım Türkiyədə ailəsi ilə birlikdə, 1966
Bilqeyis xanımın qardaşı Əli bəylə ilk telefon bağlantısının təəssüratını elə bu səhifədə Tamam xanımın öz səsiylə dinləməyi sizdən rica edirəm: «Beləliklə, Əli bəyi tapdıq! Vətən üçün, Azərbaycan xalqı üçün kəşf elədik. Əli bəydən xahiş etdim ki, ailəsi barədə nə bilirsə bizim kitaba yazsın. O da sağ olsun, Leyla xanımın Parisdəki son şəklini də göndərdi. (Səhifədəki Paris şəkli) Üç oğlu yanında, əri Əli Əsədullayevlə birgə, hələ xoşbəxt günləridir. Amma sonra onun başına nələr gəldiyini nəvə Əli bəydən öyrəndim».

LEYLA XANIMIN BAŞINA NƏLƏR GƏLDİ?

Əli bəyin dediyinə görə, Nuru Paşa Parisdə 2-ci Dünya müharibəsindən sonra orda qalan azərbaycanlılardan ibarət bir ordu təşkil edib və ikinci dəfə Bakını bolşeviklərdən xilas etmək istəyib:

«O vaxt Leyla xanımın əri Əli Əsədullayev və böyük oğlu Əli-hər iki Əli vuruşmaq üçün bu orduya qoşulublar. Yolda tutub ikisini də öldürüblər. Ondan sonra Gülnar xanımın iki oğlu-Nadir və Zeynalabdin Parisdə müəmmalı şəkildə həlak olublar. Çox güman ki, bu da DTK-nın işi olub. Biri hovuzda batıb, o biri yol qəzasına salınıb».

EVƏ QAPANDI...ÖLMƏKDƏN BAŞQA ÇARƏ YOXDU...

Leyla xanım qızı Gülnarı götürüb Parisdən İstanbula gəlib: «Əli bəyin dediyinə görə, evə girib və bir daha evdən çıxmayıb. Özünə qapanıb. Eyni vaxtda həyatındakı ən önəmli 4 kişini itirib. Yəqin ki, Gülnar xanım da o üzdən anasının ölümündən sonra evdə Azərbaycan haqqında danışmayıb».

«Can Bakı» davam edəcək.

XS
SM
MD
LG