Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:26

M. Mərdanov: «Məktəbli qızların sinifdə hicab taxması normal deyil»


«Şagirdlərin orta məktəbdə hicab taxması ilə bağlı məsələdə gərginlik yaratmağa ehtiyac yoxdur. Bəziləri hətta deyir ki, guya mən dinsizəm. Azərbaycan dünyəvi dövlətdir. «Təhsil haqqında» qanunda da bu məsələyə birmənalı şəkildə münasibət bildirilib».

«APA»nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov orta məktəb şagirdlərinin hicab geyinməsi məsələsinə münasibət bildirərkən deyib. Nazir orta məktəb yaşlı qızların sinifdə hicab taxmasının normal olmamasını bir daha vurğulayıb: «On altı yaşlı qızın sinifdə başıbağlı oturması nə məna daşıya bilər? Sinifdən kənarda kim hansı formada istəyir, geyinsin. Amma sinfin öz qayda-qanunu var».

M. Mərdanov deyib ki, dərsə məktəbli formasında gəlmək qəbul olunmuş qərardır və ona riayət olunmalıdır: «Burada kənar heç bir şey görmürəm. Bu müsəlmançılıqdan uzaqlaşma deyil. Biz hər birimiz Allahımızı qəbul edirik, «Qurani-Kərim»də stolüstü kitabımızdır. Dinin digər etiqadlarına da əməl etməliyik. Orta məktəbin qayda-qanunlarına əməl etmək müsəlmançılığa qarşı deyil».

M. Mərdanov hələlik ali məktəb tələbələrinin hicab taxması ilə bağlı məsələyə dair heç bir fikir söyləmədiyini də bildirib.
XS
SM
MD
LG