Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:31

Xanəmir. İtin yuxusu















DAĞDA QIZILINI GİZLƏDİB
QÜRBƏTƏ SÜRGÜN EDİLƏNƏ


sabah tutulub qürbətə yollanacaqdı
qızıllarını qarşı dağın bir yerində aparıb
gizlətdi. uşaqlarına yerini söylədi

ey dili qafil fil fail fanilər fanisi

sabah günəş doğarkən dağ başından
sabah günəş doğarkən dağ başından
dağın damarına nəyinsə ilişdiyini sandı
ışıq yanılmamışdı ışıq bu qədər heç dağda alınmamışdı
dağda aldanmamışdı heç allanmamışdı

gün dağ başındaydı gün dağ
dağa kömək gəlmışdi altundan
ışıq bu köməyə alışacaqdı
altun dağ toprağında ışıqla ötələrə yol alacaqdı –
ötələrə yollanacaqdı ışıqla

qış gəldi qar yağdı dağa qar yağdı
altun gizlədilən yerdən buz bağladı qar soyudu
dağ öyləsinə yanmışdı bu sərt soyuqdan doydu

bir dağ var əriməz yıllardır əriməz qarı bəyazı
inzivaya gələn dərviş altun üstə oturar
nədən güldüyünü günahlarına bağlar dönməz geri
dağı duyar dağ doyar dağ doyar
enərkən buraxdığı at da birdən xoflanıb duruxar
dərviş enər atsa dağla çullandığın zannedər

ilahi bir dağın ucalığının qalığını
budur qəribin bir ovuc qızılında saxlar
uzaqlara gedən geri dönmədi qafil dönmədi
altunları qaldı dağdakı soyuqda soyunda
dağın ucalığında ışığa qaldı qara qaldı

göyün ışığı öz tərkibini görüb diksindi
bu uca uca dağın bir ovucluq toprağında
dağ başından bir gün dönən dərviş də
nəfsinin dağdakı ölüsünə altun qoyub gəldi

dağ qaldı altun qaldı ışıq qaldı
qərib nerdə qəribin yeri zülmət zindan qafil
o da ölər günəş bildiyini göyün altına ışıqla əkir
dağ qalar altun qalar günəş qalar qafil
qərib gedər bu dünyadan
varı halal olduğundan uçmaz dağ. dağ uçmaz


BİR AYAĞINI QARABAĞDA QOYMUŞ QAZİYƏ


ey dili qafil-fil fail məchul fani f

yağışlı gündü iyuldu – zaman duldu
iki dirsəyindən qolçağını geyinib çəliyinə bəzənib
iki ağaca qan verib tək ayağıyla vurnuxur
ora qaçır bura qaçır bir yerdə qərar tutmadan

yağış səpir hamı qaçır o gəzinir
bu yağışda yerə baxır göyə dirənir
savaşda itirdiyi sağ ayağını arayır
yağış tapıb verəcəkmi ayağını bəlkə buna inanır
damcılarda yerə enəcək güllə kəsmış ayağını

yağış səpır o dayanmır o sağ sənin bu sol mənim
ıslanıb. belə bir gündəmi ayağından uzaqlaşıb
on il ötüb topraqlamış ayağından beş sədəfli dırnaq qalıb
beş sədəfli bəyaz dırnaq balıq qulaqları kimi
o balıqqulaqları bu yağışda balıq olacaq
hansı yamacda ot basıb damlalar dəydikcə oynadır

itkın ayağının toprağı burdan neçə dağ uzaqda
yağış damcıları dəyır. susayıb udur təşnəylə.
osa dayanmadan gəzir yağışın son altında
damcılar ona yer göstərir. o hərlənir.
ayağının kəsik yerindən yağış aşağıya süzür
qəfil yağışlı ayağın yerə basır hə! diksinir

savaşı yağışda qalıbdır. ayağı yağışda gəlib
çıxıb çölə köhnə dost tək ayağını qarşılayır
əziz o mərd dostunu sağ ayağına salıb
topraqda xurd-xəşıl edir. dostunu faniliyə-yox yerinə salır
yox yerində dostu var eyləyir. o niyə var-gəl eyləyir
bütün buludlar onun bir ayağını gətirir

allahın rəhmətində bir ayaq varmış
doldurammır bitirəmmir bir ayağın yerini
səhərdən göylər boşalır göylər
bir qurşunun kəsiyini bir yurdun uğrunu

yağış yağır. itirdiyin tapır ayağı axır
itirdiyi aradığı qədər yoxam. yoxam. İtirdiyi yox yerindən axır
axır axır axır axır ey yox


KOR

ey dili qafil fil fəsad fanicik f…

ışığın özünü göstərdiyi
ışığın özünü göstərdiyi
cana aşq oxuduğu bir may səhəridir təhəridir
yol gedən yola gedən bir kor kişinin keçmişin
tutub əlindən gözünün arxı keçirirəm onu köçürürəm.

o görmür. kordur. bu ışığı görmür. o hər şeyi gömür
o ışığı mən görürəm koru arxdan keçirirəm. ışığı ona xərcləyirəm
ətim ürpəşir kor mənə güvənir deyəsən kövrəlir
oysa məni arşın altından keçirir

faniliyim qabarır sakitləşirəm asiləşirəm
kor-un görmədiyi yerlərinən yüyürürəm yayılıram
onu ötürüb qayıdıram sanasan ayılıram doyuram
o görmədiyi yerlərə varır görmədiyi yerlərdə sirlərdə
insanlar deyir gülür it-pişik ulayır
günəşin ışığı onun gözlərinin görməyən vaxtıyla zülmətə boyanır
ışıq azalır gözlərinin yeri ışıqdadır ışıq dadır ışıq a-dır
ışıq da əminlik qokuyur. qaranlığı korun gözündə duyur ışıq

geri vermir gözlərinin korun ışıq karın
korun gözlərinin ağırlığın daşıyır arxayın düşür ışıq
bəbəklərin bir ağaca bir yarpağa bir çılpağa dağa
su üzünə topraq sinəsinə sıxır onun ışıq…

geridə qalan arx suyunun duruluğunu oğurluğunu
ayaq basdığı topraq gülünü ölünü otunu verərdi dərdi
quş səsini pişik miyoltusunu külək uğultusunu
verərdi bu kora gözünün ışığı geri dönsün… özünü gömsün … gömərdi


İTİN YUXUSU

ey dili qafil fil faili məchul fani f…

qaranlıqda
ışığın düşdüyü yerdə bir it uzanıb yatır
it ışıq üstə yatıb bu nə qədimlik
bu nə çərxi fələk tərki dünyalıqdır

itin yatdığı yerdə
topraq üstəki ışıq iti bətninə alıb.
tanrı naxışı vurub ışığa iti. ışığı itə salıb

it uyuyur ışıq oyaq ışığın da yuxusu itin yatmasıyladır
ışığı uyuyan görmədim.
it uyuduqca ışıq yumşalır ışıq piləyə dönüşür
belə getsə ışıq su tək axıb gedəcək
min illərdən uzaqlardan çöllü-biyabandan
qədim bir mağaranın ehtiyatından
gəlib itin röyasının əzabın cəkən
iti hifz eyləyən ışıq
axıb axıb axıb uçacaq
gedib peyğəmbərin ayaq izlərini öpəcək
belə getsə demək istəyirəm it oyanıb ışıq uyuyacaq

ışıq getsə it qalar ışığın dibi it
bu ışığa yetişə bilmərəm
mən itlə qalaram
bəlkə əsabı-kəhfin saatıdır durduğum yer
gör harda əqrəb oldum
ışıq getsə it qalar
bəlkə itin yuxusunu çəkib apara it qurtula…
ışıq aldatmasın itin röyasın
özündən yatışından hürüşündən ağırdır
itin əzabı hürüşündan çox röyasındadır
əgər əzabını aparsa bu torpağın üzərindən
mənə nə qalacaq bizə şahidlik edən tapılmayacaq.
ışıq həmən alar röyasını aparar
onun əzabına başına bir ad da qoyar
ışıq getdiyi yerdə düşdüyü yerini bildiyi yerdə
yuxusuyla bu torpağa bərəkət
mənə əzab ışığa röya böyüdən itin
ışığın gedib düşdüyü yerdə tanıdığı
tanrım təcallasın qoru

ışığın bətnində uyan it
məncə röyasında
il öncə sahil boyu enərkən
vurularaq öldürülən anasını görür
bu əzablı yatışda analıq var itdir yatışda
bax anası necə zingildəyir ölüm qabağı
bala itin röyasında röyasında yasında

bu uyuyan yavru itsə qaçarkən
anasının ölümündən uzaqlaşarkən
bir uşaq sinəsinə sıxıb qorudu
anasının son ulartısından dönən doyan
ölümü anasına bağışlayan
xəzərin sahilini geridə qoyan iti
üzərində uyuduğu bir parça ışıq
onu qoruyan uşağın sinəsidir. nəfsi
o ışıq sinəsi hansı saatsa məqam üstədir
tanrı birdir tanrı birdir…

bütün bunları düşündüyümdə
it sadəcə uyuyub qafil
mən düşündüklərim çəkdiklərim
ışıq üstəki itə keçir iti köçürür
onun boş röyasını doldurur du
əzablarım yatan itə röya verir di
səbrlə gözləyən ışıq buna görə var dı…
bu da bir azuqəy di…
ışıq görər it getməz
mən itə röyasına
it də ışığa rəhm eylədi iti keçirdi

tanrıyı təsdiqlədik tanrıya təsdiqləndik
zamanı təmizlədık əqrəblərin önünə dolaşan olmaz
yerimizi yurdumuzu bənlədik – bellədik
məhsulumuz bol ruhumuzda yol olsun ya rəbb
bəlkə zəmanəmi bu sırr qoruya… hifz edə


AZƏRBAYCAN

ey dili qafil fil faili məchul fani fərsiz

hava çizgiləriylə çəkilmiş
hər ağızdan tulum kibi asılmış yurd görürəm
baxsan gözükməz alma var
kəsilib atılmış heyvan gönüdür dersən.
bax bu gələn itin ağzına dikil əyil
gör neçə azərbaycan sallanır ordan

incəvara hürmür sağa-sola mırıldamır
keçənlərə gözünün ucuyla yan-yan baxır
ağzının içində ləhləyir
çöldə dilinin yerindən asılıb azərbaycan
azərbaycan

demək mən də içindəyəm o şanlı yurdun
mənə baxan bax bu it ağzından asıldığımı bilirmi
bilmirsə öz arxayınlığında saxlayır məni – ax mən sərsəm ehtiyat
bilirsə ölüyəm demək hər şey keçib gedər
bu yerdə hürməyi qəlsə hürmür mırıldayır
məni düşürüb başqasına qapdıracağından ehtiyat edir
onunçun də yurd asılıb qısılıb ağzından itin

hava xətləriylə çızılmış
görünməyən gön parçası tək asılıb ağzından
ay aman itin ağzında yurd var yurd
harda yerə qoysa üzərinə milçəklər qonar

axırda əyib başını dişlərinin arasından açdım
yurd iyləyib-iyləyib gəvələmədən üstündən keçər
bir it yurdu iyləyirsə bilər vaxtını
nə qanlı ət nə ağ sümükdür görünən yurd
baxar bərəkətdir dadın bilməyir – ancaq gendir it!
onu burunlayıb iylədikcə
yurdun sərhədləri çəkilir
günəş bilir şəfəqləyir buralara nə vaxt gələcəyini
sulara dirənən ışıq nə açıb-solacağını gecələyir

otmu ağacmı topraqmı adammı olacağından üşənir


NEFT

ey dili qafil fil fanicik f...

ayağımın altındakı topraqdan
axıb gedir qara su gedir avropaya
mən bir sünbülün dənin arayıram
bəlkə namə qaralayım vatikanli papaya

neft deyil ol su gedir
bir etnosun min yıllıq əriyən sümüyüdür gedir
kiminin əlidir kiminin ayağı
birinin başı birinin üzü gedir
bir sözlə gedən gedir topraq suya dönüşüb gedir
bir etnos qara suya bürünüb gedir

gedir üç rəngli bayraq
gedir hilal gedir
nə qədər hilalım var daralar gök
haram olub gedir ey dad haram olub gedir

gedir məscidlər minarələr
azan gedir hər şey azıb gedir sızıb gedir
gedir sirlər xəlvətlər təriqətlər itlər
hiradan əshabi kəhfə bir hüzün qalır o da gedir o da gedir
oda geeeeeeeeeeeeeeeeeeedir


MƏNIM SATDIĞIM RƏSIMLƏR

Ey ey ey ey eye ey
Ey dili dili dili dili
Qafil qafil dili qafil
Bilirsən uşaqlarım var
Ağzını açıb çörək istər anlamaz varın yoxun sirrin
Indi bağdadda çəkdiyim rəsimləri
Satıram xarici jurnalistlərə pis deyil
Onlar şəhrə girməkdən qorxurlar ölümdən çəkinirlər
Öldürülmüş insanları uçurulmuş evləri makinama köçürürəm
Uşaqlarımın mədəsini o şəkillərlə doldururam
Bir gün öldürülmüş bir yavrunun rəsmini satarkən ingilisə
Nədənsə anladım o uşağı da satdım
Satdım bağdadın daş-divarını topraq üzərinə dağılmış qan gölməçəsini
O cocuğun ruhunu satdığıma elə utandım
Öldürdü məni bu hal mənim ölümümü almadı o ingilis
Xatırlayıram o cacuğun qanlı cəsədini çəkərkən
Üzərinə düşən gün ışığı sanki qoymurdu
Sanasan cocuğun cəsədini qoruyurdu - çəkə bilmirdim
Hankı yönə əyilsəm də makinam götürmürdü
Işıq cəsəd üzərinə şaxıdıqca şaxıyırdı həm də ağrıyırdı
Işıq deyirdi get tarla göstər sənə taxıl bitirim yetirim
Don vurmuş su göstər açım yanğına ötürüm
Üşüsən bədənini ısıdım ağac göstər bar gətirim dalına
Qanlı cəsədiylə bu cocuq uyuyur onu çəkmə satma
Məni cocuq üzərində bu halnan yakalama
Çəkdiyim şəkil solğundu o qədər də alınmamışdı
O cocuğun parlaq görüntüsü qəlbimdə qalmışdı
Az sonra yandırılmış bağdad kitabxanasını gördüm
Qədim əlyazmaların kitabların külünü köçürdüm
Bu külə qarışmış insan cəsədinin külü necə qokuyurdu
Indi yanmış kitabələri adamlar külüylə oxuyurdu

Bağdadlı alimin eynəyi bir tərəfdə hələ də közərirdi
Onun üzərinə su tökən başörtülü bir qadın hıcqırır
Deyəsən o eynəyin taxıldığı gözləri arayır
Göz nə gəzir o çoxdan yanıb kitab küllərinə qarışmışdı
Bu mənzərəni çəkib satdım ingilisə o necə də sevinirdi

Şərqin toprağı-taşı şəkillərlə daşınır qərbə
Özü də hər şey yandırılaraq
Ya da qanı axıdılaraq buğlanaraq dağıdılaraq
Yalnız günəşin ışığı dəyişmir o da öz içində yanır
əslində bu küllər də onundur canımız ışıqdandır
heç olmasa şərqin ışığını aparalar
daha söndürüb də qaranlığın daşımayalar qərbə
hər şeyi süpürüb götürüblər bircə ışıq qalmışdı
onu da cəsədimizin kitablarımızın külünə qarışdırıb apardılar
görünür bu şəkildə ehtiyacları var ışığa


TƏBRIZ TƏBRIZ Hu-lamaq

eeeeeyy dili–dilçəyi qafdan qafil bəs sən mərə kafir
görməzsən dan yeliylə yürür bəyaz ordular
əsir təbriz üzərinə bərəkət-bərəkət
dəyirmana baş yırğalayan bir sünbül dibinə yat
türk əsgərinin bağrına ələnər bağırtısını yüksəldər

bir yanda bənd qurar xorasan dərvişi
kurra çəkər urmiyali yenə bir dərdi sirlər
abdəstiylə vidalaşib miyanadan qalkan atli
mərənd yolunda duasina qovuşana qoşular- yol uzar ...yol düzələr

yenə türkün askerinə şəhitlik görünür
yenidən anlaşiriq canlaşiriq göylərinən
inanin qafil bu iş olmur göylərsiz olmur hənirsiz
türk dərvişi hu çəkər toprağini anlar toprağini alar
öz gorgahina sahib çixar məzarda rahat uyur .. ama məzarda uyumaz

yuxularim qarişir türk ozani
uyqu görməsə yurdun işi aşmaz
türkün ozani yurdunu əvvəl-əvvəl bir yuxulamalidi
yuxuyla yuxuyla yoxlamalidir qafil sonra gül qoklamali
uyqu dönəmi ötdü keçdi indi uykun olani yap arkadaş

təbriz adında yanqı bular min ah haray
yeni doğulan türk qədərin alıb da gələr
dağlar türkün ruhunda əridərək qarını
bəyazlığa qana hopar dağ ulusunu bular

dağlar yenidən qar bular bəyazdan bəyaz qara bala
ozanımın röyasın yozunca axar sular qafil akar sular
xorasan dərvişlərim suyun aynasında
suyun surətində təbrizi seyr edər təbrizi görüb bayılar
sonra təbrizin bilinməyən köşələrinə çəkilər

təbriz derkən açilar ağzindan qurd yavrusu
börü sancılar dağ başındaki hilala
akar ırmaklar izlər nəfəsimdəki ritmi
quşlarin oxusu qəlbimin sevdasına türkcə yazılı

sevdalıyam sevdalıyam sevdalı
quşlar səsindən fal qoyar eşqimə eşqimə
yurd çıxar ağzımdan alov-alov təntiyər zaman inlər canım
xəzər unutmaz sevdiyi ulusu varını saxlar türkə ərklə tərkə

dınqır-dınqır bir sazla bir qaragöz ozan
düşüb yollara vəsf eylər yol sahibini
sonra keçər nə keçər yurdun ağrılarına yurdun ağrisi dağların ağ qarlarından
sazın simləri boyunca qövr eylər yaralar...
XS
SM
MD
LG