Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:33

Quş alnıma yazılıb...


Sürrealist şair Xaqani Hassın “Gül və Panoptikon” adlı şeirlər kitabı işıq üzü görüb.

Bu kitab “Böyüməyə Prolegomena”dan sonra şairin ikinci kitabıdır.

Kitab Ankarada "Fersa" Nəşriyyatı tərəfindən Azərbaycan oxucuları üçün nəşr olunub.

Xaqani Hassın “Gül vǝ Panoptikon” kitabı tezliklə Bakının bütün kitab mağazalarında satışda olacaq.


“Gül v Panoptikon” şeirindən bir parça


uniformalıdır bir qaranlığın zabitidir

yaxınlaşır xəlvət

əlini soxur cibimə, diri quş axtarır

hadisə üzümdə baş verir

quş alnıma yazılıb çünki

onun gözləriylə baxıram dənizə

onun səsiylə danışıram

uşaq hallarını bilirəm:

“ulu öndər” şeirini oxuyurdu məktəbdə

uşaq hallarını bilirəm

qanadları alnımda sındırılıb

yaxınlaşır xəlvət kölgəsinə söykənir



iflic tərəfinə toxunur gülün;

qaça bilmir danışa bilmirmiş

qocaymış alt paltarı islaq

və qırmızının içində yerə yıxılmış adam

bir tapançanın yorğunluğudur

və tənəffüs orqanını axtarma tapançanın-- lüləsidir

və silahlarımızın nəfəs çatışmazlığında qocalmışıq,

alt paltarımız yaş.

və nəfəs çatışmazlığı gülləsizlikdir

müalicəsi tapılmayıb bizdə

axşam xəbərlərində dövlət başçısı gülümsəyəcək

o məni görəcək televizordan

mən onu evimdən görməyəcəm

sevgiliyə gül verəcəm görəcək

çörəyimi aparacaqlar görəcək

döyəcəklər, döyüb-döyüb güləcəklər görəcək

o məni görəcək mən onu görməyəcəm--

panoptikon!

ona gülləsizlikdən gül verəcəklər
XS
SM
MD
LG