Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:00

Misirdə etiraz askiyalarında dörd nəfər həlak olub


Qahirədə polislə etiraz askiyası iştirakçılarının toqquşması, 25 yanvar 2011
Qahirədə polislə etiraz askiyası iştirakçılarının toqquşması, 25 yanvar 2011
NAZİR BÜTÜN AKSİYALARI QADAĞAN EDİR

Misirin Daxili İşlər Nazirliyi ölkədə kütləvi etiraz aksiyalarını qadağan edib və bildirib ki, buna cəhd edənlər də istintaqa cəlb oluncaqlar. Qahirədə etiraza çıxanlar elan nümayişlərin davam etdirilməsinə çağırıblar.

Yanvarın 26-da Daxili İşlər Nazirliyi yaydığı xəbərdarlıqda bildirir ki, “heç bir təxribata, etiraza, yürüş və ya nümayişə icazə verilməyəcək.”

Hökumət həmçinin misirdə Twitter şəbəkəsinə çıxışı bağlayıb, müxalifət fəallarının mobil telefonları məhdudiyyətlərlə işləyir.

Yanvarın 25-də Qahirədə görünməmiş miqyasda kütləvi etiraz aksiyası təşkil edilib. On minlələr adam küçələrə axışaraq prezident Hüsnü Mübarəkin istefasını tələb tələb edib.

Bu, Hüsnü Mübarəkin hakimiyyətdə olduğu son 30 ildə ən böyük etiraz aksiyası hesab edilir. Polis askiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edib.
Qahirədə aksiya iştirakçıları ilə polisin toqquşması, 25 yanvar 2011
Qəzəbli vətəndaşlar da daşla polisə hücum edib, qaz balonlarını yerdən götürüb polisin özünə atıblar.

REZİN GÜLLƏDƏN 3, DAŞDAN 1 NƏFƏR HƏLAK OLUB


Qahirənin şərqində Suez bölgəsində polisin yaxın məsafədən aksiya iştirakçılarına atdığı rezin güllələrdən iki nəfər həlak olub. Həmin güllələr ilə yaralanmış daha bir nəfər də bu gün xəstəxanada keçinib. Aksiya iştirakçılarının daşla başından vurduqları polis əməkdaşlarından biri də həlak olub.

Yanvarın 26-a keçən gecə gecə Tahirir meydanına toplaşan bir dəstə adam Mübarəkin istefasına qədər oturaq etiraz aksiyası keçirəcəklərini bildiriblər.

Amma gecə yarısı polis göz yaşardan qaz və su şırnaqları ilə onları meydandan qovub. Qahirədə sakitlik səhərə yaxın bərpa edilib.

MİSİRN İLHAM MƏNBƏYİ - TUNİS...

Qahirədəki “Al-Masry Al-Youm” qəzetinin baş redaktoru Ehab el-Zelaky bildirir ki, gəncələr dünənki etiraz aksiyasını təşkil etmək üçün internetdə sosial şəbəkələrdən çox fəal istifadə ediblər:
Misirn prezidenti Hüsnü Mübarək (solda) Tunisin devrilmiş prezidenti Zine El Abidine Ben Ali ilə Ərəb Liqası ölkələrinin sammitində, 10 oktyabr 2010


- Misirdə ənənəvi müxalifət qüvvələrindən fərqli olaraq bir-biri ilə ünsiyyət və başqa tədbirləri üçün sosial şəbəkələrdən çox fəal istifadə edən gənclər var. Məncə, Onlar Tunisdə baş verən hadisələrdən də ruhlanıblar. Onlar bizim regionda – qonşumuzda ən məşhur bir diktatorlardan birinin devrildiyini görüblər. Görünür, buna görə çoxları düşünür ki, bizdə niyə olmasın? Niyə biz də Misirdə öz sülaləmizin sonuna çıxmayaq?

Etirazları təşkil edən “16 Aprel Hərəkatı”, nümayişlərin ikinci günü yenidən Faceebok-da vətəndaşları Qahirənin mərkəzi küçələrinə toplaşmağa çağırıb. Bu gənclər qrupunun çağırışına internetdə 80 mindən çox adam cavab versə də, adamların vurtual məkandan belə kütləvi şəkildə küçələrə çıxacağını çoxları gözləmirdi.

Misirn ən böyük müxalifət təşkilatı olan Müsəlman Qardaşlığı rəsmən etiraz askiyasına qoşulmayıb, amma təşkilat bildirib ki, onun fəalları nümayişlərdə iştirak edəcək.

İndi Misirdə təhlilçilər gənclərin yeni bir müxalifət təşkilatına çevrilib-çevrilməyəcəyini izləyirlər.

MÜBARƏK OĞLUNU PREZİDENT ETMƏK İSTƏYİR?

2011-ci ildə 82 yaşlı Hüsnü Mübarəkin növbəti prezidentlik müddəti başa çatır. Hələlik onun növbəti seçkidə iştirak edib-etməyəcəyi məlum deyil.

Keçən ilin martında Almaniyada cərrahiyyə əməliyyatı keçirəndən sonra Mübarəkin növbəti prezident seçkisində iştirakı sual altındadır. Buna görə Misirdə söhbət gəzir ki, Hüsnü Mübarək hakimiyyəti 47 yaşlı oğlu Gamala ötürmək fikrindədir. Hələlik ata-bala bu planlar haqqında məlumatları inkar edirlər.

47 yaşlı Gamal Hüsnü Mübarəkin iki oğlundan kiçiyidir. Son 10 ildə o, Misirin siyasi həyatında fəallaşıb. Atasının rəhbərlik etdiyi Milli Demokrat Partiyasının siyasi katibliyinə rəhbərlik edir.

Gamalın atası kimi hərbçi keçmişi yoxdur. Bank of Americanın sərmayəçilərindən biri olub. Qahirədəki ABŞ universitetini bitirib.
XS
SM
MD
LG