Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:49

BP-Azərbaycan Şahdəniz planlarını açıqlayır


ŞAh dəniz yatağının səmadan görünüşü
ŞAh dəniz yatağının səmadan görünüşü


2011-Cİ İL ŞAHDƏNİZ ÜÇÜN HƏLLEDİCİDİR


Bu il Azərbaycanın Şahdəniz qaz yatağının istismarı və “Cənub Qaz Dəhlizi” ilə bağlı həlledici qərarlar qəbul ediləcək. Bu barədə BP-Azərbaycan şirkətinin Şahdənizin istismarı üzrə vitse-prezidenti Alasdair Cook yanvarın 26-da Vaşinqtonda keçirilən təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə ilin sonuna qədər əvvəlcə Avropanın iri istehlakçı dövlətlərinə qaz satılması haqda razılaşma imzalanacaq. Sonra “Cənub Qaz Dəhlizi”nə daxil olan kəmərlər üzrə tranzit müqavilələri bağlanılacaq. Sonra isə yatağın işlənməsi və kəmərlərin çəkilməsi üçün lazım olan 20 milyard dollarlıq büdcənin maliyyələşdirilməsi üzrə razılaşmalar imzalanacaq.

Alasdair Cook bildirib ki, bu il Azərbaycan qazının Avropaya çatdırılmasına dair Azərbaycanla Türkiyə arasında hökumətlərarası saziş, eləcə də Türkiyəyə qaz satılması barədə müqavilə də imzalanacaq.

BAKI İLƏ ANKARANIN DOSTLUĞU VƏ QAZ ƏMƏKDAŞLIĞI

A.Cook deyir ki, BP bu yaxınlarda həm Azərbaycan prezidenti, həm də Türkiyənin enerji və Təbii Sərvətlər naziri ilə ayrı-ayrılıqda görüşüb. Onların hər ikisi layihənin icrası üçün bütün mümkün yardımı edəcəklərini deyiblər:

Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Tener Yıldız və Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev əməkdaşlıq haqqında müqavilələri dəyişirlər, İstanbul, 7 iyun 2010

- Azərbaycanla qardaşlıq münasibətləri demək olar həmişə yüksək səviyyədə olub. Sadəcə Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı diplomatik danışıqların gedişi zamanı narazılalqaır yaranmışdı. Amma ötən ilin iyununda Azərbaycanla Türkiyə arasında qaz alqı-satqısına dair razılaşma imzalanandan sonra münasibətlər yenidən yüksək səviyyəyə qalxdı. Deyə bilərik ki, prezident Əliyevlə Baş nazir Ərdoğan, həmçinin aşağı səviyyədə Türkiyənin enerji naziri Tener Yıldızla Azərbaycanın Sənaye naziri Natiq Əliyev və Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev arasında çox konstruktiv münasibətlər var.

Alasdair Cook hesab edir ki, istər Bakı ilə Ankara arasında münasibətlər, istərsə də başqa amillər layihənin uğurla həyata keçirilməsinə münbit şərait yaradır.

Alasdair Cook bildirir ki, bir tərəfdən Avropanın Rusiya qazından asılılığının azaldılması, bir tərəfdən də Xəzər regionundan Gürcüstan və Türkiyə ərazisi ilə Avropaya qaz çatdırılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” həm kommersiya, həm də siyasi cəhətdən maraq doğurur.

BP-NİN RƏSMİSİ WIKILEAKSIN YAZDIQLARINA ŞƏRH VERMƏDİ


BP-nin vitse-prezidenti WikiLeaks saytında yayılan Azərbaycan prezidenti İlham Əliyevin BP-ni neft oğurluğunda ittiham edən məlumatlar barədə suala şərh verməyib. Yalnız onu bildirib ki, şirkətlərin uzun müddət işlədikləri ölkələrlə münasibətlərində uğurlar və enişlər mümkündür. BP şirkəti də Azərbaycan üçün olduqca mühüm işlər görür və Azərbaycan rəhbərliyi bunu yaxşı bilir.

Yanvarın 13-də Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso Bakıda səfərdə olarkən Azərbaycanın “Cənub Qaz Dəhlizi”nə qaz verməsinə dair prezident İlham Əliyevbirgə bəyannamə imzalayıb.

İRAQ VƏ TÜRKMƏNİSTAN DA QAZ VERƏCƏK


Bu layihəyə ilkin qaz mənbəyi kimi Azərbaycanın Şahdəniz qaz yatağının ikinci mərhələsi üzrə çıxarılacaq qaz nəzərdə tutulur. Alasdair Cook bu gün Vaşinqtonda bildirib ki, layihənin icrasında başlayandan sonra kəmərlərə Azərbaycandan başqa, Türkmənistan və İraqdan da qaz ala biləcəklərinə ümid edirlər.

“Cənub Qaz Dəhlizi”ndə Rusiyadan yan keçməklə Xəzər regionundan Avropaya qaz çatdırılması, beləliklə də Avropa Birliyinin Moskvadan qaz asılılığının aradan qaldırılması nəzərdə tutulur. Bu dəhlizdə üç qaz kəmərinin tikilməsi planlaşdırlır. Onların da ən böyüyü “Nabucco” hesab edilir.
XS
SM
MD
LG