Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:33

Mübarək yeni daxili işlər naziri təyin etdi, amma müxalifət qane olmur


Qahirədə etiraz askiyası, 30 yanvar 2011
Qahirədə etiraz askiyası, 30 yanvar 2011
Avropa Birliyi yanvarın 31-də Misir rəhbərliyini müxalifət qrupları ilə danışıqlara və son günlər mitinqlərdə tutulanları dərhal azad etməyə və demokratiyaya keçid istiqamətində konkret addımlar atmağa çağırır.

Birliyin Xarici Siyasət idarəsinin rəhbəri Catherine Ashton bildirib ki, mitinqlərdə insan tələfatından narahatdır, bütün tərəflər, o cümlədən də polis qan tökülməsinə yol verməmək üçün zorakılıqdan çəkinməlidirlər.

Avropa Komissiyasının rəhbəri Jose Manuel Barroso da Misirdə dilaoqun zəruri olduğunu vurğulayır:

Avropa Birliyi Xarici İşlər nazirlərinin bu gün Brüsseldə keçirilən görüşündə əsas müzakirə mövzularından biri də Misirdə prezidentin istefası tələbilə bir həftədir davam edən etiraz aksiyasıdır.

***

Avropa Birliyi və Yaxın Şərq üzrə xüsusi beynəlxalq elçi Tony Blair Misir rəhbərliyini ölkədə demokratiyaya dinc keçidə çağırırlar.

İtaliyanın Xarici İşlər naziri Franco Frattini yanvarın 31-də bildirib ki, “Misir xalqının radikalizm, ya da ekstremizm deyil, demokratiya və mülki hüquqlar istədiklərinə əmindir.”

Yaxın Şərq üzrə xüsusi beynəlxalq elçi Tony Blair isə deyib ki, Misirn hazırkı rəhbərliyinin dəyişməsi artıq qaçılmazdır. Amma Blair konkret olaraq “Hosni Mubarak istefa verməlidir” ifadəsini işlətməyib.

***

Prezident Hosni Mobarak yanvarın 31-də yeni hökumətin tərkibini elan edib. Müxalifətin mitinqçilərə divan tutumaqda ittiham etdikləri Daxili İşlər naziri Habib el-Adly hökumətdən kənarlaşdırlıb. Onun yerinə təqaüddə olan polis generalı Mahmoud Wagdi təyin edilib.

Mubarak uzun müddətdir Müdafiə naziri kimi çalışan marşal Hussein
Tantawi və Xarici İşlər naziri Ahmed Aboul Gheiti öz vəzifələrində saxlayıb.

Amma müxalifət bununla razılaşmır, 30 ildir Misirə rəhbərlik edən Mobarakin özünün istefasını tələb edir.

Onlar ölkədə ümummilli tətilə çağırıblar. Suveysh şəhərində tətillər artıq dünəndən başlayıb.

***

Komendant saatına baxmayaraq, bir dəstə aksiya iştirakçısı ötən gecəni Tahrir meydanında keçirib. Səhər tezdən isə meydana adamlar axışmağa başlayıb.
Fevralın 1-də isə Qahirədə “milyonların marşı”nın keçirilməsi planlaşdırılır. Bunun
Tahirir meydanında aksiya iştirakçıları yerə uzanıb etirazı davam etdirirlər, 31 yanvar 2011
artıq 7-ci gündür davam edən etiraz aksiyalarının ən kütləvisi olacağı gözlənilir.
Hosni Mobarakin istefası tələbi ilə bir həftədir davam edən etiraz aksiyalarında 150 adamın öldüyü bildirilir.

Misirdəki demokratik hərəkatın əsas liderlərindən biri Mohamed ElBaradei ölkədə yeni dövrün başlandığını bəyan edib.

Baradei ötən gecə Qahirədə kütləvi etiraz aksiyalarının mərkəzi olan Təhrir meydanında nümayişçilər qarşısında çıxışında bildirib ki,
Mohamed ElBaradei ötən gecə Tahirir meydanında mitinqdə çıxış edir, 30 yanvar 2011
müxalifət qrupları, o cümlədən də Müsəlman Qardaşlığı ordu və Mübarək rejimi ilə danışıqlar aparmaq üçün ona mandat verib.

ElBaradei hesab edir ki, Mubarak dərhal hakimiyyətdən getməli, Misirdə keçid dövrü üçün milli etimad hökuməti formalaşdırılmalıdır.

Son iki gündə iğtişaş polisi küçələrdən çəkilsə də bu gün bəzi yerlərdə polis əməkdaşları görünməyə başlayıb.

ABŞ prezidenti Barak Obama və Dövlət Katibi Hillari Klinton, həmçinin Avropa Birliyi liderləri Misirdə “nizamlı keçid”in zəruri olduğunu bildirirlər.
XS
SM
MD
LG