Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:05

Hökumətin anti-korrupsiya iclasları niyə quru statistikaya bənzədilir?


India -- An employee of telecom operator systems takes part in a silent protest against the telecom corruption scandal in New Delhi, 09Dec2010
India -- An employee of telecom operator systems takes part in a silent protest against the telecom corruption scandal in New Delhi, 09Dec2010
ANTİ-KORRUPSİYA İCLASLARI DALĞASI

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanvarın 27-də keçirdiyi anti-korrupsiya iclasından dərhal sonra nazirliklər dalbadal toplanıb korrupsiyanı pisləyir, rüşvət alanların işdən qovulduğunu deyirlər. Hətta, Bakıda yol polisinin, ayrı-ayrı dövlət idarələrinin əməkdaşlarının son bir həftədə "rüşvətə yaxın durmamaları" haqqında söhbətlər dolaşır.

Bunlara baxmayaraq, hələ də hökumət ekspertləri korrupsiya ilə mübarizənin səmimiliynə inandıra bilmir.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev hesab edir ki, ölkədə ümumi idarəetmə korrupsiya sisteminə köklənib. Ona görə bir iclas, ya da
tapşırıqla Azərbaycanda rüşvətin kəsilməsi ağlabatan deyil, heç buna səmimi istək də müşahidə olunmur:

- Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunların, proqramların qəbul
Azər Mehdiyev
edilməsi, müşavirələrin keçirilməsi beynəlxalq aləmin gözündən pərdə asmaq, görüntü xatirinə keçirilən tədbirlər effekti yaradır. Çünki bütün bu baş verənlərə rəğmən ölkədə korrupsiya mexanizmlərinin daha da dərinləşməsinin şahidi oluruq. Ümumiyyətlə ölkədə korrupsiyadan kənarda idarəetməni görmürük.


MƏMUR GƏLIRLƏRINI GIZLƏDIRSƏ, ZƏRF MAAŞI, INHISAR VARSA...


Azər Mehdiyev hesab edir ki, əgər doğurdan da ölkədə korrupsiyaya qarşı
mübarizə başlayırsa, bu ilk növbədə dövlət vəzifələrinə təyin olunan insanların gəlirləri haqqında məlumatların açıqlanmasından başlamalıdır:

"Əgər hələ də dövlət qurumlarında işçilərə rəsmi maaşdan əlavə zərflərdə pul verilməsi halları qalırsa onların korrupsiyaya qarşı mübarizə aparmasından danışmaq mümkün deyil. Bir yandan korrupsiya ilə mübarizədən danışırlar, o biri yandan iqtisadiyyatında inhisarlaşmanın son dərəcədə dərinləşdiyinin şahidi oluruq. Faktiki olaraq ölkədəki bütün fəaliyyət sahələri bir neçə məmurun nəzarəti altındadır".

“BU, MÜBARIZƏ YOX, STATISTIKADIR”

Ramiz Mehdiyevin keçirdiyi müşavirədən sonra nazirliklər və dövlət komitələrində müşavirələrin keçirməsini, korrupsiyaya görə kimlərinsə işdən çıxarılmasını isə Azər Mehtiyev mübarizə yox, statistika hesab edir.

“İndiki idarəetmə şəraitində bir neçə nəfər korrupsiyaya bulaşmış adamı işdən şıxarmaq olar, amma bu mübarizə deyil statistikadır. Bizdə əslində bu kimi mübarizələrdən sonra korrupsiya daha da dərinləşir”.


HEÇ İCLAS KEÇİRƏNLƏR DƏ SADƏLÖVH DEYİL?

Hakim Yeni Azərbaycan partiyasının üzvü, iqtisadçı Nazim Məmmədov da düşünür ki, bir müşavirə ilə ölkədə korrupsiyanın qarşısını almaq mümkün deyil. Amma dövlət proqram və qanunlarla yanaşı korrupsiyaya qarşı mübarizədə müşavirələrin keçirilməsi də zəruridir:

“Bu uzunmüddətli bir prosesdir. 10 illiklərlə yığılan problemləri bir gündə həll etmək mümkün deyil. Məmurun maaşı yüksək olmalı, vəzifəyə təyin olunanda qohumluq, tanışlıq əlaqələri əsas olmamalı, xalqın və hakimiyyətin tələblərinə uyğun normal məmur ordusu formalaşmalıdır. Bunun üçün də islahatlar dərinləşdirilməlidir”.

KORRUPSIYADAN DANIŞA BİLMƏK DƏ DEMOKRATİYA ƏLAMƏTİDİR?

Nazim Məmmədova görə, bu gün vətəndaşların korrupsiyadan açıq danışması
Nazim Məmmədov
ölkədəki demokratiyadan irəli gəlir.

Onun fikrincə, korrupsiyaya qarşı mübarizənin təkcə yuxarılardan gözlənilməsi də düzgün deyil. Vətəndaşlar öz hüquqlarını daha dəqiq bilməli, onu qorumaq üçün daha çox mübarizə aparmalıdılar.

Nazim Məmmədov yüksək rütbəli məmurların təhsil, uşaq bağçaları kimi müəssisələrdən pul ummaları barədə iddiaları ağlabatan hesab etmir: “Yuxarıların adını çəkirlər, əslində bunlar balaca məmurların öz səviyyəsində etdiyi rüşvətxorluqdur. Mən əminəm ki, yuxarıda duranlar vətəndaşların incidilməsində maraqlı deyillər. Prezident də bütün müşavirələrdə, toplantılarda deyir ki, biz ona görə bu vəzifələrə seçilmişik ki, xalqa xidmət edək”.

İqtisadçı Azər Mehtiyev hesab edir ki, istək, siyasi iradə və real iş planı əsasında qısa bir müddətdə ölkədə korrupsiyanın qarşısını almaq mümkündür.

Mövzunu daha ətraflı burada dinləyin:

XS
SM
MD
LG