Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:39

Irandakı nümayişlərdə bir adam ölüb


Fevralın 14-də Tehranda İran polisi hökumət əleyhinə nümayişlərin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib. Yarı rəsmi agentliklər xəbər verir ki, bir adam atəş nəticəsində ölüb.

Yüzlərlə iranlı Tehranda küçələrə çıxıb. Müxalifət liderləri Tunis və Misir xalqına dəstək nümayişinə çağırıb. Hökumət nümayişi qadağan edib.

İran Fars xəbər agentliyi məlumat verir ki, bir şahid ölüb, digərləri yaralanıb. Agentlik bu olayda fəaliyyəti qadağan olunmuş "Müjaddeinin adamları" qiyamçı qrup məsuliyyət daşıyır. Bəzi müxalifyönlü saytlar yazır ki, atəş etirazçılara motosikletlərdə olan adamlar tərəfindən açılıb. Saytların yazdığına görə, bəzi etirazçılar həbs olunub.
Nümayişlər İsfahan, Şiraz və Kərmanşahda da keçirilib
XS
SM
MD
LG