Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:59

Yəmən prezidenti üsyanlara görə İsrail və ABŞ-ın ittiham edir


Yəmən prezidenti Ali Abdullah Saleh İsraili ölkəsində və ərəb dünyasında baş verən üsyanları maliyyələdirməkdə və təşkil eləməkdə ittiham edib.

Yəmən prezidenti ABŞ prezidenti Barack Obamanı da etirazlara dəstək verdiyi üçün tənqid edib.

Sanaa Universeitetində professor və tələbılər qarşısında çıxış edən Yəmən prezidenti deyib ki, Obama Ərəb ğölkələrinin işlərinə qarışır.

Yəməndə hər gün nümayiş keçirən etirazçılar ABŞ-ın terrorla mübarizə sahəsində müttəfiqi olan Salehin istefası tələbiylə aksiyaları adavam etdirir. BMT-nin İnsan haqları Komissarı Navi Pillay martın 1-də Yəmən rəhbərliyinə etirazçılara qarşı zor tətbiq etməməklər bağlı xəbərdarlıq edib.

Yəmən prezidenti Ali Abdullah Saleh artı1 32 ildir ki, ölkəyə rəhbərlik edir.
XS
SM
MD
LG