Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:26

«Facebook»un «zərər»i...


AzadlıqRadiosunun «İşdən sonra» proqramında sabiq deputat Aynur Camalqızı, bloqqer Emin Milli və armenia.az və news.az saytlarının yaradıcısı Elnur Baimov sosial şəbəkələrin mənfi və müsbət keyfiyyətlərini müzakirə ediblər.

Aynur Camalqızı:

««FACEBOOK»DA SƏHİFƏM YOXDUR»

Sosial şəbəkələrin vaxtı almaq, insan enerjisini öldürmək baxımından müəyyən zərərləri var.

Daha çox orada tənqidin bir aşırı formasını gördüyümə görə, daha çox təhqirlərin mövcudluğuna görə müəyyən zərərlər var.

Emin Milli:

««FACEBOOK» AZADLIQSEVƏR İNSANLAR ÜÇÜN MÜASİR DÜNYADA ƏN BÖYÜK SİLAHA ÇEVRİLİB»


«Facebook» avtoritar ölkələrdə insanlara imkanlar verir ki, onlar öz fikirlərini ifadə etsinlər.

«Facebook» özü bir mədəniyyətdir.

Aynur Camalqızı:

O təhqiramiz ifadələri işlədən insanlar öz adları ilə çıxış etmirlər.

Elnur Baimov:

«MƏN HESAB ETMİRƏM Kİ, «FACEBOOK» ZƏRƏRLİDİR VƏ ONU QAPATMAQ LAZIMDIR»


Təhqirləri iqnor etmək lazımdır. Onlara cavab verilməməlidir. Onlar öz dillərində danışır.

Aynur Camalqızı
Aynur Camalqızı:

Ölkənin imicinə ziyan vurmaq istəyənlər bu şəbəklərdən istifadə edirlər fikri ilə razıyam. Burda müəyyən həqiqət var.

Bizim hansı hissəmizin harada yerləşməsini Ermənistanda facebook vasitəsi ilə rahat öyrənə bilərlərsə bu bizim təhlükəsizliyimiz üçün təhdiddir.

Emin Milli:

Sosial şəbəkələr həm dövlətləri, həm insanları daha şəffaf, daha dürüst, daha ədalətli olmağa çağırır.

Əslində orduda baş verənləri göstərməklə onu şəffaflaşdıraraq bu bizim dövlətçiliyimizə kömək edir ki dövlətçiliyin keyfiyyəti yüksəlsin.

Elnur Baimov:

Heç bir sosial şəbəkə bağlanmayacaq. Buna heç bir ehtimal yoxdur.

Belə saytların bağlanması əks effekt verə bilər.

Tək «Facebook»la iri dövlətlərdə hakimiyyəti devirmək qeyri-mümkündür.

Aynur Camalqızı:

«MƏN DÜŞÜNMÜRƏM Kİ, BU SOSİAL ŞƏBƏKƏLƏR SİYASİ REJİMƏ TƏYZİQ ROLUNU OYNAYIR»

Azərbaycanda insanlar o dərəcədə aşağı səviyyədə yaşamırlar. Üstəlikdə ümumiyyətlə
Azərbaycanda hakimiyyətə qarşı kəskin bir aqressiya müşahidə olunmur.

Müxalifət daha acınacaqlı bir durumdadır. Heç narıncı inqilablar barədə düşünməyə taqəti də yoxdur.

Emin Milli:

Həm Azərbaycan hökuməti və bütün cəmiyyətin müxtəlif hissələri Yaxın Şərqdə gedən proseslərdən çox ciddi nəticələr çıxarmalıdırlar. Yəni heç bir korrupsiyaya uğramış sistem uzunmüddətli yaşaya bilməz.

Elnur Baimov:

«KORRUPSİYA İLƏ BAĞLI MÜBARİZƏ ARTIQ BAŞLAYIB»

Əhali artıq hazır deyil rüşvətsiz həyata.

Aynur Camalqızı:

Bundan ötrü insanlarin təfəkkür tərzinin dəyişməsinə böyük ehtiyac var.

Mən bütövlükdə sosial şəbəkələrin əleyhdarı deyiləm.

Emin Milli:

Elnur Baimov
«SOSİAL ŞƏBƏKƏLƏR TELEVİZİYALARLA RƏQABƏTƏ GİRİR VƏ TELEVİZİYALAR SON İLLƏRDƏ AZƏRBAYCANDA AUDİTORİYASINI İTİRİR»


Elnur Baimov:

Hazırda protest elektoratın həcmi facebook daxilində o sayda deyil ki, o, kimi isə narahat etsin.

Emin Milli:

Hökumət təhlükəni daha çox hiss etdikcə daha çox basqılara əl ata bilər. Dünyanın müasir trendlərini heç bir avtoritar ölkə dəyişə bilməz.

Aynur Camalqızı:

Azərbaycanda heç də hər şey qara rəngdə deyil.
.
XS
SM
MD
LG