Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:46

Liviyada vətəndaş müharibəsi


Fransa Liviya üsyançılarının qurduğu hökuməti tanıdı

Bu gün Fransa Liviyanın şərqində - Benqazidə qurulan müvəqqəti hökuməti – Milli Şuranı Liviyanın yeganə qanuni hakimiyyət orqanı kimi tanıyıb.

Fransa Prezidenti Nikola Sarkozinin ofisindən bildiiblər ki, onlar bu yaxınlarda Benqaziyə səfir də göndərəcəklər. Və Liviya Milli Şurasının səfirini də Parisdə qəbul etməyə hazırdırlar.

Fransa ALmaniya və Britaniyanı da eyni cür hərəkət etməyə çağırıb.

Qırmızı xaç Liviyada vətəndaş müharibəsindən danışır

Liviyanın özündə isə döyüşlər davam edir. Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Jakob Kellenberger Cenevrədə bildirib ki, Liviya rəsmiləri onlara nə humanitar, nə də tibbi yardımlara ehtiyacı olmadığını desələr də, əmindirlər ki, orda əsl vətəndaş müharibəsi gedir və döyüşlərin daha da intensivləşəcəyinə hazır olmalıdırlar.

Qaddafi qurudan, havadan, sudan əks-hücuma keçir

Dünən gecədən başlayaraq Qaddafinin qüvvələri üsyançıların əlində olan Ras Lanuf şəhərinə tanklarla əks-hücuma keçiblər. Şəhəri həm də artilleriya atəşinə tuturlar, və havadan təyyarələrlə bombalayırlar. Bu gündən başlayaraq Liviyanın hərbi gəmiləri üsynaçılara dənizdən də hücum etməyə başlayıb.

Cümə axşamı neft limanındakı çənlərdən biri də vurulub, yanğın davam edir. Qaddafi təyyarələri şərqdəki digər neft mərkəzlərinə də hücumlar edir.

Müxalif yaraqlılar isə əllərindıəki raket qurğuları, qumbaratanlar və hava hücumundan müdafiə qurğuları ilə hücum edən orduya cavab verməyə çalışırlar.

Dövlət Televiziyasının yalanları və neft ixracı dayandı

Ölkənin Qərbindən də qarışıq xəbərlər gəlir. Qaddafi rejimi dövlət televiziyasından Zawiyah şəhərini ələ aldıqlarını bildirsələr də, şəhərə keçə bilən Sky News reportyorlarının göndərdiyi videolarda şəhərin müxalifətin əlində olduğu görünür. Bu arada CNN canlı efirdə Qadafi rejiminin başqa bir yalanını da üzə çıxarıb. Qaddafi beynəlxalq jurnalistlərin istənilən yerə getməsinə şərait yaratdıqlarını bildirsə də, Tripolidəki beynəlxalq telekanlların jurnalistləri qaldıqları otellərdən çölə buraxılmır, qadağaya baxayaraq çəkiliş aparan BBC-nin reporyorları da ağır şəkildə döyülüb, edam edilməkdən son anda canlarını qurtara biliblər.

Liviyada döyüşlər üzündən artıq neftin limanlara çatdırılması dayanıb. Və Liviya hökuməti sahillərinə yanaşan tankerlərə qayıtmalarını bildirib.

AB və NATO Liviyayla bağlı qərar verir

Brüsseldə isə AVropa Birliyi xarici işlər nazirləri və NATO ölkələri müdafiə nazirləri Liviyayla bağlı fəaliyyət planını müzakirə etmək üçün yığışıblar.

Görüşdən əvvəl Avropa Şurasının Prezidenti Herman Van Rompuy deyib ki, "Liviya iqtidarı öz vətəndaşlarına qaşrı gücdən istifadəni dərhal dayandırmalıdır. Baş verənlərə məsuliyyət daşıyanlar bunun çox ağır nəticələrini görəcəklər. Ölkənin indiki rəhbərliyi dərhal hakimiyyətdən əl çəkməlidir”.

NATO Liviyaya müdaxilə üçün 3 şərt qoyur

NATO Baş Katibi Anders Fogh Rasmussen isə görüşdən sonra deyib ki, öz xalqını bombalayan Qaddafi hökumətinə istənilən müdaxilə nərəzdən keçirilən bilər, o cümlədən Liviya hava sahəsinin qapadılması. Amma bundan ötrü NATO-nun 3 şərti var.

“Bizim başlayacağımız istənilən əməliyyat 3 prinsip əsasında olmalıdır. Birincisi, NATO-nun işə qarışması üçün bariz ehtiyac olmalıdır. İkincisi, hüquqi əsas olmalıdır. Və üçünsüsü də, regional səviyyədə də buna möhkəm dəstək verilməlidir”.

Avropa Birliyi Ərəb Liqası ölkələrinin özünü hərəkətə çağırır

Avropa Birliyinin Xarici Siyasət idarəsinin rəmisi Catherine Ashton da deyib ki, onlar Liviyada baş verənlərə beynəlxalq cabaın “qanuni” olması üçün Ərəb Liqası Ölkələri ilə məsləhətləşirlər. və öz xalqlarının gələcəyi üçün onların dəstəyi çox vacibdir.

Liviyada müxalif qüvvələr beynəlxalq aləmin həl ədə Qaddafi təyyarələrinin uçuşlarına mane olmamasına görə qınadığı vaxt Rusiya bu ölkəyə silah satışına qadağa qoyub. Almaniya isə Liviyaya rejiminə aidiyyatı olan bütün hesabları dondurub.

Martın10-da ərəb dünyasındakı Yəməndə etirazlar davam edir. Bəhreyn, Qatar və Mərakeşdə də vəziyyət gəgindir. Səudiyyə Ərəbistanında da cümıə günü qəzəb günü élan edilib.
XS
SM
MD
LG