Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:00

Dünyada baş vermiş ən güclü 10 zəlzələ


Yaponiyada güclü zəlzələ və sunami
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00
Direct-ə keçid

Martın 11-də Yaponiyada baş vermiş 8.9 bal gücündə zəlzədən sonra 10 metr hündürlüyündə dalğalarla sunami maşınları, evləri, hətta binaları yuyub aparıb.

Son 110 ildə dünyada ən güclü zəlzələ - 1960-cı il mayın 22-də Çilidə baş verib – Santiago və Concepcion şəhərlərində baş vermiş zəlzələnin gücü 9,5 bal olub.

Zəlzələ nəticəsi - böyük dalğalar və vulkan püskürməsi olub.

5000 nəfər ölüb, 2 milyon nəfər evsiz qalıb.

Zəlzələlərin davamlı qeydiyyatı və statistikası 20-ci əsrin əvvəlindən aparılmağa başlanıb.

1960-ci ilin Çili zəlzələsi ilə yanaşı - son 110 ildə dünyada baş vermiş digər zəlzələlər:

1964-cü il martın 28-də Alyaskada güclü zəlzələ baş verib – 9,2 bal gücündə.

Zəlzələ, bunun ardınca da sunami 125 nəfəri öldürüb, insanların əmlakına ümumilikdə 310 milyon dollar ziyan dəyib.

1960-cı ilin Çili zəlzələsinin vurduğu ziyan
2004-cü il dekabrın 26-da İndoneziyada – Sumatra adasında 9.1 bal gücündə zəlzələ baş verib.

Bunun ardınca yaranan sunami İndoneziya, Tailand, Hindistan və Şri-Lankada ümumilikdə 226 min insanın həyatına son qoyub.

1952-ci il noyabrın 4-də Rusiyada 9 bal gücündə zəlzələ baş verib və yaranan sunami Havay adalarına çatıb. Xəsarət alan olmayıb.

Bu günlərdə - martın 11-də Yaponiyada 8.9 bal gücündə zəlzələ baş verib. Zəlzələ və ardınca sunami nəticəsində yüzlərlə adamın öldüyü deyilir, atom-elektrik stansiyasında partlayış baş verib.

Filippin, Tayvan, Peru, Kolumbiya və başqa ölkələrdə sunami xəbərdarlığı elan edilib.
2010-cu il fevralın 27-də Çilidə 8.8 bal gücündə zəlzələ və ardınca sunami 500-dən çox insanı öldürüb. Yüz minlərlə ev, çoxlu sayda yol, körpü dağılıb, fəlakətin vurduğu ziyan 30 milyard dollar təşkil edib.

1906-cı il yanvarın 31-də Ekvador və Kolumbiya sahillərində 8.8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin yaratdığı sunami 1000 nəfərin həyatına son qoyub.

2005-ci il yanvarın 2-i. Sumatra sahilləri zəlzələ və sunamidən sonra
Təkanlar Mərkəzi Amerika və Yaponiyada da hiss edilib.

2005-ci il martın 28-də Sumatra adasında 8.7 bal gücündə baş vermiş zəlzələnin qurbanları 1300 nəfər olub.

1957-ci il martın 9-da Alyaskada baş vermiş 8.6 bal gücündə zəlzələ Andreanof adalarını silkələyib. Bunun nəticəsində Umnak adasında Vsevidof dağında vulkan püksürüb (200 ildir yatmış vulkan). 15 metr hündürlüyündə sunami yaranıb və Havay adalarına çatıb.

1950-ci il avqustun 15-də Hindistan və Tibetdə baş vermiş 8.6 bal gücündə zəlzələ 2 min evi, məbəd və məscidi dağıdıb. Azı 1500 adam ölüb.

Mənbə: earthquake.usgs.gov

YAPONİYADA MARTIN 11-DƏ BAŞ VERMİŞ ZƏLZƏLƏDƏN SONRA ATOM-ELEKTRİK STANSİYASINDA PARTLAYIŞ
XS
SM
MD
LG