Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:29

Murad Köhnəqala. Şair Qabilin "Nəsimi" poeması, Zoolama, Milli Məclis

















ŞAİR QABİLİN "NƏSİMİ" POEMASI

Şair adamsan
Adam da adamı soyardımı belə?
Atasına rəhmət Hələbdəkilərin
Bakıda niyə soyurdun məni nəyimi soyurdun?
Sov.İKP MK baxırdı – soyurdun
Ali Sovet baxırdı – soyurdun
Baxırdı ustad Nəimi – soyurdun…

Nolaydı
Allah insaf verəydi
İnkişaf verəydi sənə
heç olmasa bircə ay
şəyird işləyəydin sallaqxanada
a xalq şairi…!


ZOOLAMA

Yenə çıxdım şəhərə bir zoohəvəslə.
İnsanlar axışır zooehtirasla
bir-birinin arxasıyla baxışır
zooetirazla, zooehtirasla.
Ax, pulum olsaydı
borcunu qaytarardım o zookafenin
o zooküçədən rahat keçərdim.
Ax, heç çaypulum da yoxdu,
zoocibim boşdu
Bir zoodost çıxsaydı
cibində də pul
gedib çay içərdik zooçayxanada
oturub söyərdik bu zoohökuməti
Ax, zootəhqir olunuram mən hər gün
Ax oğraş olmadan yaşadım bu qədər
Ax, zooməzələndilər mənimlə
yetər yəqin ki,
Ax necə qaçmaq olar bu zooməmləkətdən
Allah insaf versin bu zooğallara!


MİLLİ MƏCLİS

Azəri xalqını əmmamələməlimi
yoxsa əmmamələməməlimi…?
Bəlkə əllaməliyək
Bəlkə əllatliyək
Bəlkə əllabələyək
Bəlkə əmmaşəlləyək
Bəlkə əmmahelləyək
Doxsan faiz lehinə,
buleyli,
On faiz əleyhinə
Buleyli
Ay buleyli, buleyli, buleyli…!
XS
SM
MD
LG