Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:25

Səudiyyə Ərəbistanı Bəhreynə qoşun yeritdi


Səudiyyə əsgərləri Bəheynə girir. 14 mart 2011
Səudiyyə əsgərləri Bəheynə girir. 14 mart 2011
Martın 14-də Səudiyyə Ərəbistanı Bəhreynə qoşun yeridib.

150-ə yaxın zireyli maşında təxminən 1000 əsgərin paytaxt Manamada sultan Hamad bin Isa əl-Xəlifənin sarayına tərəf yönəldiyi deyilir.

Səudiyyə Ərəbistanından əsgəri yardımı sultan özü istəyib.

Bu, Bəhreyndə hökumət əleyhinə etirazların qızışdığı dövrə təsadüf edib.

Ötən bazar günü təhlükəsizlik qüvvələri etirazçılara qarşı döyüş güllələrindən istifadə edib.

Müxalifət ehtiyat edir ki, Səudiyyə ordusu etirazların yatırılmasında istifadə edilə bilər.

Onlar Səudiyyə əsgərlərini "işğalçı" adlandırıblar.

QƏDDAFİ QÜVVƏLƏRİ İRƏLİLƏYİR

Liviyada da vəziyyət gərgindir.

Böyük Səkkizlik ölkələrinin xarici işlər nazirləri Parisdə görüşərək Liviyadakı vəziyyəti müzakirə edir.

Onlar Liviyanın hava məkanını bağlı elan edib-etməməklə bağlı qərar verməlidirlər.

Britaniya və Fransa bunu vacid sayırlar. Onlar deyirlər ki, hava məkanının qapadılması Liviya diktatoru Qəddafinin dinc əhalini bombalamasının qarşısını almaq üçün vacibdir.

Ərəb Liqası da BMT mandatı altında belə bir təşəbbüsün gerçəkləşdirilməsini dəstəkləyir.
Səudiyyə əsgərləri Bəhreynə girir. 14 mart 2011

Amma Rusiya hər hansı hərbi müdaxilənin əleyhinə çıxır. ABŞ və Almaniya da hərbi müdaxilə məsələsində mühafizəkar mövqe tuturlar.

TÜRKİYƏ HƏRBİ MÜDAXİLƏNİN ƏLEYHİNƏDİR

Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan ihərbi müdaxilənin xoşagəlməz nəticələri ola biləcəyi haqda xəbərdarlıq edib.

Türkiyə Böyük Səkkizliyə daxil olmasa da, Liviya üzərində hava məkanının bağlanıb-bağlanmamasına qərar verəcək NATO-nun üzvüdür.

Ölkənin şərqində hakimiyyəti ələ alan üsyançılar xeyli müddətdir ki, Liviyanın hava məkanının bağlanmasına çağırırlar.

Qəddafiyə sadiq qüvvələr üsyançılara qarşı hava zərbələrindən istifadə edirlər. Və havadan dəstəklənən hücumun qarşısında üsyançılar artıq bir neçə mühüm şəhəri tərk etməli olublar.

Qəddafi qüvvələri getdikcə daha çox ərazi üzərində nəzarəti qaytarırlar.

Üsyançılar Əcdəbiyə şəhərinin müdafiəsinə hazırlaşır.
Onlar artıq müxalifəti ölkənin əsas neft terminallarının yerləşdiyi Ras Lanuf şəhərindən, eləcə də Breqa, Əl-Zaviyə şəhərlərindən vurub çıxarıblar.

Tezliklə BMT Təhlükəsizlik Şurasının da toplaşıb Liviya məsələsini müzakirə edəcəyi gözlənilir.

BBC məlumat yayıb ki, Təhlükəsizlik Şurası daha geniş məzmunlu qərar verə bilər, görülən tədbirlər təkcə hava məkanının bağlanması ilə məhdudlaşmaya bilər.

ABŞ dövlət katibi Klinton da Parisə gəlib. Onun Fransa prezidenti Sarkozi və Liviya müxalifətinin liderləri ilə görüşəcəyi gözlənilir.

Həmçinin bax
SAYTIMIZIN "ƏRƏB DOMİNOSU" BÖLÜMÜ
XS
SM
MD
LG