Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:23

TQDK tələbə bileti satır?


Rusiyalı karikaturaçı Mikhail Zlatkovskinin əsəri, 28 oktyabr 2009
Rusiyalı karikaturaçı Mikhail Zlatkovskinin əsəri, 28 oktyabr 2009

150 000 MANATA TƏLƏBƏ BİLETİ?

Martın 15-də Milli Məclisin iclasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ünvanına ağır korrupsiya ittihamları yağdırıb. Ağamalının iddiasına görə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Tibb Universitetinə qəbul olmağın qiyməti 100-150 min manatdır:

«O da heç kimə sirr deyil ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Tibb Universitetinə tələbə qəbulu üçün alınan pulun miqdarı 100-150 min manatdır. İldə 700-800 əlavə tələbə qəbulundan alınan pulların miqdarı milyonlarla hesablanır. Tələbə qəbulunda rüşvətxorluğa son qoymaq üçün TQDK-da ciddi islahatlar aparılmalıdır».

TQDK: «DEPUTAT CƏFƏNGİYYAT DANIŞIR»

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə AzadlıqRadiosuna millət vəkilinin cəfəngiyyat danışdığını deyib:

«Ölkə ictimaiyyəti TQDK-nın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının tam şəffaf şəkildə keçirildiyini, bu prosesdə yeganə meyarın bilik olduğun yaxşı bilir. Buna görə də deyilən həmin fikirlərin heç bir əsası yoxdur, tamamilə cəfəngiyatdır».

ANA VƏTƏNDƏN DAHA BİRİ: «MÜXALİFƏT PARTİYALARI KORRUPSİYA LAYİHƏSİDİR»

Ana Vətən partiyasında sədrin müavini, deputat Zahid Oruc isə müxalifət partiyalarını korrupsiyada ittiham edib. Deputatın parlamentin iclasında dediyinə görə prezident korrupsiya ilə mübarizəni ciddi davam etdirsə, ölkədə müxalifət partiyası qalmayacaq: «Müxalifət partiyalarının hərəsi bir korrupsiya layihəsidir. Korrupsiyaya qarşı mübarizə ciddi davam etdirilsə, onların hərəsinin qapısına bir qıfıl vurular».
XS
SM
MD
LG