Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:16

Şəfəq Sahibli. Sahil küçəsi, Qaytar, Tənhalıq...


Sahil küçəsi


Alar məni qoynuna
mavi Bakı gecəsi.
Sahildə məni gözlər
tənha sahil kuçəsi.
Bu kuçədə nə qədər,
xatirələr dolaşır.
Bu kuçədə insan tək
boz küləklər dolaşır.
Yağan yağışlar yuyar
cığırımı, izimi.
Bu küçədə gəzirəm
indi özüm–özümü- .


Qaytar

Qaytar baharımı,
qaytar yazımı,
Qaytar kədərimi,
qaytar nazımı.
Həsrətimi qaytar,
qəmimi qaytar,
Sahildən ayrılan
gəmimi qaytar.
Qaytar buludumu,
yağışımı sən,
Arxanca dikilən
baxışımı sən.
Bir dəstə saralan
gülümü qaytar.
Qaytar odumu közümə
qaytar qaytara bilsən
özumu–özumə.


Tənhalıq

Qağayılar
qırçın-qırçın dalğalar kimi
səpələnir dənizə.
Bir qız dayanar sahildə
Qağayılarla göz-gözə.
Bir gəmi ayrılar
uzaq limandan.
Bir urək qopmaq istər
küləkdən, yağışdan, tufandan.
O mənəm sahildə tək,
O gəmi, o yağış, o kulək…
Gələcək…


Bu dünya

Yenə göz yaşımla
Ətirlənmişəm
Yenə dərdim qucaq
acıbdır mənə.
Bu dünya!
həsrətlə dolu
Çəkdikcəə–çəkir insanı,
bu dünya!
həsrətdən geyib donun
sərhədləri yıxıb keçər
bu həsrət sənə doğma
içində bəsləyib becər
bu…
ömrə.,
sonda qoyar
bu bir ömurə-ömur
verər
yaşa yaşıya bilsən
bu dünya…
oyunla dolu.


Bu nə sirdir

Damarımdan axan qan
Eşqimdən xəbər verir.
Məndə də <<sən>> yaşayır-
Bu nə sehir,bu nə sirr?

Bir sözünə bənd olub
Sənə səcdə qılaram.
Sənin ruhuna hopub
Orda məskən salaram.

Qollarını aç mənə,
Sənə pənah gətirim.
Mən səni gözlərimin
Qarasında itirdim.


Nə yaxşı

Ürəkdən ağlasam da
Ürəkdən gülməmişəm,
Son tikəmi heç zaman
Dostlarsız bölməmişəm.

Sən mənim arzuma tən,
Mən sənin səmanda çən,
Sən məni sevirmişsən
Mən bunu bilməmişəm.

Yaşayırıq röyada,
Sən- atlı, mən- piyada,
Mən sənsiz bu dünyada
Nə yaxşı ölməmişəm.


Zaman içində

Odun içində sönür,
Həyat tufan içində.
Çırpınıram nə vaxtdır, -
Könlüm güman içində.

Bəzini gizləyirsən,
Dərdini izləyirsən.
Sən zərbə gözləyirsən-
Mənsə zindan içində.

Hanı könlün inamı?
Hanı məhəbbət hanı?
İtirmişəm zamanı
Mən bu zaman içində.

"Körpü" jurnalı
XS
SM
MD
LG