Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:53

Şəfəq Sahibli. Bu dünya, Bu nə sirdir, Zaman içində...


Bu dünya


Yenə göz yaşımla
Ətirlənmişəm
Yenə dərdim qucaq
acıbdır mənə.
Bu dünya!
həsrətlə dolu
Çəkdikcəə–çəkir insanı,
bu dünya!
həsrətdən geyib donun
sərhədləri yıxıb keçər
bu həsrət sənə doğma
içində bəsləyib becər
bu…
ömrə.,
sonda qoyar
bu bir ömurə-ömur
verər
yaşa yaşıya bilsən
bu dünya…
oyunla dolu.


Bu nə sirdir

Damarımdan axan qan
Eşqimdən xəbər verir.
Məndə də <<sən>> yaşayır-
Bu nə sehir,bu nə sirr?

Bir sözünə bənd olub
Sənə səcdə qılaram.
Sənin ruhuna hopub
Orda məskən salaram.

Qollarını aç mənə,
Sənə pənah gətirim.
Mən səni gözlərimin
Qarasında itirdim.


Nə yaxşı

Ürəkdən ağlasam da
Ürəkdən gülməmişəm,
Son tikəmi heç zaman
Dostlarsız bölməmişəm.

Sən mənim arzuma tən,
Mən sənin səmanda çən,
Sən məni sevirmişsən
Mən bunu bilməmişəm.

Yaşayırıq röyada,
Sən- atlı, mən- piyada,
Mən sənsiz bu dünyada
Nə yaxşı ölməmişəm.


Zaman içində

Odun içində sönür,
Həyat tufan içində.
Çırpınıram nə vaxtdır, -
Könlüm güman içində.

Bəzini gizləyirsən,
Dərdini izləyirsən.
Sən zərbə gözləyirsən-
Mənsə zindan içində.

Hanı könlün inamı?
Hanı məhəbbət hanı?
İtirmişəm zamanı
Mən bu zaman içində.

"Körpü" jurnalı
XS
SM
MD
LG