Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:25

Atom agentliyi: "Vəziyyət çox ciddidir, amma sabitdir"


Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmisi deyib ki, Yaponiyadakı qəzalı AES-də "vəziyyət çox ciddidir, amma sabitdir".

Graham Andrew martın 17-də jurnalistlərə bildirib ki, "axır 24 saatda vəziyyətin kəskin pisləşməsi müşahidə edilməyib".

Agentliyin rəhbəri Yukio Amano isə deyib ki, "vəziyyət dünənlə müqayisə xeyli stabilləşib, amma bu o demək deyil ki, vəziyyət pisləşə bilməz".

Amano vəziyyətlə yerində tanış olmaq üçün Yaponiyaya yollanıb.

QURBANLARIN SAYI ARTIR

Yaponiyada zəlzələ və sunamidən ölənlərin, itkin düşənlərin sayı 15 minə çatıb.

Bu haqda martın 17-də yapon polisi məlumat yayıb.

Təxminən 5 500 nəfərin öldüyü təsdiqlənib, təxminən 9 500 nəfərin isə itkin düşdüyü bildirilir.

Amma rəsmilər zəlzələ və sunami bölgəsindən toplanan məlumatların analizi davam etdikcə bu rəqəmlərin artacağını güman edirlər.

Təbii fəlakət nəticəsində təxminən 2500 nəfər xəsarət alıb.

VERTOLYOTLAR REAKTORLARA SU BOŞALDIR

Yaponiya Fukuşimadakı qəzalı atom elektrik stansiyasında vəziyyəti nəzarətdə saxlamaq üçün vertolyotlardan da istifadə etməyə başlayıb.

Reaktorları soyutmaq üçün vertolyotlardan stansiyaya su tökür. Yerdə isə maşınlardan yüksək təzyiqlə reaktorlara su vurulur.
Vertolyotlar AES-ə su tökür

Amma ABŞ rəsmiləri bildirirlər ki, vəziyyət getdikcə pisləşir.

Amerika həm də stansiyanın 80 kilometrliyinəcən ərazidə yaşayan vətəndaşlarına xəbərdarlıq edib ki, ya oranı tərk etsinlər, ya da evlərindən mümkün qədər az bayıra çıxsınlar.

Yaponiya stansiyanın 20 kilometrliyinəcən yaşayan insanları ərazidən məcburən çıxarıb.
Amma Yaponiya rəsmiləri deyirlər ki, hələ ki məcburi evakuasiya zonasını genişləndirmək fikirləri yoxdur.

Ötən həftə baş verən 8.9 ballıq zəlzələ və daha sonra bundan yaranan sunami nəticəsində 10 mindən çox insan ölüb, on minlərlə insan evsiz-eşiksiz qalıb.

Pul qıtlığı


Yaponiyada atom-elektrik stansiyasında qəzaya görə əhali arasında təlaş güclənir.

Martın 17-də Tokioda və başqa şəhərlərdə bankomatlar elektrik kəsildiyi üçün 2 saat yarım işləməyib.

Bu səbədən milli valyuta – yen rekord həddə ucuzlaşıb.

Böhrana görə hökumət dövriyyəyə daha 6 trilyon yen buraxıb (77 milyon dollar) buraxıb.
Fukuşimadakı AES

Dükanlarda duz qalmadı


Çinin paytaxtı Pekində və başqa şəhərlərdə dükanlarda duz qurtarıb.

Təlaş içində olan insanlar duz tədarükü görürlər. Bəziləri duzu kiloqramlarla alıblar.

Onlar səhvən güman edirlər ki, yodlaşdırılmış duz radiasiyaya qarşı vasitədir.

Baxmayaraq ki, Yaponiyada qəzalı atom-elektrik stansiyasında baş verəcək hər hansı fəlakətin onlara təsiri olacağı güman edilmir.

Duzla bağlı şayiələr mobil telefonlardan tekst mesajlar vasitəsilə yayılıb.
XS
SM
MD
LG