Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:16

BMT Liviya ilə bağlı qərar qəbul etdi


Üsyançılar ələ keçirdikləri şəhərlərdən çıxarılır
Üsyançılar ələ keçirdikləri şəhərlərdən çıxarılır
Bakı vaxtı ilə gecə saat 3-ə yaxın BMT-də Liviya ilə bağlı səsvermə başa çatıb. Tarixi sayıla biləcək bu qərarda Beynəlxalq ictimaiyyətin Liviyada dinc əhalinin qorunması üçün bütün tədbirlərə açıq olduğu deyilir. Qərarın detalları haqda məlumatlar daxil olan kimi saytda yerləşdiriləcək. Xəbər agentlikləri Liviya müxalifətinin BMT-nin qərarı haqda məlumatı atəşfəşangliqla qarşıladığını yazırlar.

BMT qətnaməsinin lehinə 10 ölkə səs verib. Əleyhinə səs verən ölkə olmayıb. 5 ölkə, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya və Çin səs verməyib. Lakin sonuncu 2 dövlət veto hüququndan da istifadə etməyib, ona görə də qərar qəbul edilmiş sayılır.

İndi Beynəlxalq Qüvvələrin Qaddafi qoşunlarının qarşısını almaq üçün hüquqi əsası var. Gözlənilir ki, əsas təsir vasitəsi kimi Liviya üzərində uçuşların qadağan olunması rejimindən istifadə olunacaq.

Qaddafi ordusu indiyə qədər müxalifət üzərindəki hərbi üstünlüyü əsasən hava hücumları sayəsində əldə edirdi. Bundan sonra hadisələrin necə inkişaf edəcəyi Beynəlxalq qüvvələrin və NATO-nun tədbir planlarından asılı olacaq.

(Aşağıdakı yazı BMT-nin qərarından əvvəl hazırlanıb).

Birləşmiş Ştatlar deyir ki, BMT-nin Təhlükəsizlik Şurası təkcə Liviya üzərindən uçuşların qadağan olunmasını müzakirə etməməlidir. Başqa addımları da nəzərdən keçirməlidir.

ABŞ-ın BMT-dəki səfiri Süzan Raysın (Susan Rice) bu bəyanatı səsləndirməsiylə eyni vaxtda Şura uçuşları qadağan edən qətnaməni səsə qoymağa hazırlaşır.

Vaşinqtonun mövqeyində əhəmiyyətli dəyişiklik müşahidə olunur. İndiyədək Fransa, Böyük Britaniya, Ərəb Liqası dövlətlərinin bu çağırışlarına ABŞ bir qədər ehtiyatla yanaşırdı.

Şura yığışandan sonra S.Rays jurnalistlərə deyib:

«Biz çox ciddi müzakirə aparırıq və Şurada əsas səylər atılacaq addımların daha çoxistiqamətli olması ətrafındadır.
Nəzər yetir:
Biz həmin addımların vətəndaşları effektli müdafiə edəcəyinə əmin olmaq istəyirik. Bu müzakirələrə uçuşların qadağan edilməsi də daxildir. Ancaq Birləşmiş Ştatların baxışı budur ki, biz atılacaq addımları diqqətlə hazırlamalı və nəzərdən keçirməliyik, bura bəlkə də uçuşsuz zona yaradılması da daxil ola bilər».

RUSİYANIN TƏKLİFİ

Hərçənd, qətnamənin qəbuluna qarşı çıxanlar da qalır.

Rusiyanın daimi nümayəndəsi Vitali Çurkin deyib ki, onun ölkəsi barışıq qətnaməsi təklif edir. Bu da atəşkəsə gətirə - tərəfləri hərbi əməliyyatları dayandırmağa vadar edər. Amma Çurkin təəssüf edir ki, bu təklif yetərincə dəstək almayıb.

BMT Təhlükəsizlik Şurası
Rusiya layihəsinin önəmi barədə soruşanda, səfir S.Rays bildirib ki, o, BMT-nin layihəsindəki təkliflərə və ruhuna zidd deyil. Bu təklif yekun mətnə salına bilər.

LİVİYADA VƏZİYYƏT PİSLƏŞİR


Üsyançılar ələ keçirdikləri şəhərlərdən çıxarılır və Qəddafi tərəfdarları müxalifətin əsas istehkamı olan Benqaziyə yaxınlaşıblar.

Şəhər sakinlərinə deyilir ki, ordu yaxınlaşır. Hərçənd Qəddafi televiziya müsahibəsində bildirib ki, o, Benqazidə döyüş olacağını gözləmir, çünki insanlar orada «əl-Qaidə» ünsürlərindən xilas olmaq üçün orduya kömək ediblər.

GEC OLMAYACAQ Kİ

Hətta BMT Təhlükəsizlik Şurası uçuşsuz ərazi qətnaməsini qəbul etsə belə, sual açıq qalır – bu gec olmayacaqmı?

İndi anti-Qəddafi qüvvələrini təmsil edən, Livaviyanın BMT-dəki daimi nümayəndəsi İbrahim Debbaşi:

«Biz öz gücümüzə inanırıq, amma qurbanların az olması üçün beynəlxalq güclərə də ümid edirik».

ABŞ NƏYİN ƏLEYHDARIDIR

Birləşmiş Ştatlar hələ də quruda əməliyyat aparmaq ideyasının əleyhdarı olaraq qalır. Vaşinqton üsyançıların əsas qalası Benqaziyə hücuma keçən Qəddafi ordusuna yalnız havadan zərbələr endirməyin tərəfdarıdır.
XS
SM
MD
LG