Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:45

Elçin Hüseynbəyli "Yolayrıcında qaçış" (2)


əvvəli

Zü­ley­xa da­nış­dıq­ca keç­mi­şin xif­fə­ti mə­ni bü­rü­yür­dü. Bu xif­fə­ti Bo­ğa­zi­çin­dən qo­pan kü­lək də da­ğı­da bil­mir­di. Və in­di­nin özün­də də ət­ra­fa qə­ri­bə ətir sa­çan bu xa­nı­mın ca­zi­bə­si­ni hər an hiss edir­dim. O, hə­ya­tı bü­töv­lük­də ya­şa­ma­ğa alış­mış ada­mıy­dı. Bu cür qa­dın­lar haq­qın­da ən xo­şa­gəl­məz fi­kir­lə­ri söy­lə­mək­dən çə­kin­mir­lər. Bə­zi­lə­ri onu ki­şi­lə­ri bəd­bəxt edən ca­du­gə­rə, bə­zi­lə­ri­sə göz qa­maş­dı­ran və tez xərc­lə­nən var-döv­lə­tə bən­zə­dir­lər. Mən­sə onu xə­zi­nə­yə ox­şa­dır­dım. Çün­ki mə­nim­çün ye­nə də cəl­be­di­ci və sir­liy­di.

­O, boş-boş şey­lər­dən da­nı­şır­dı, is­tan­bul­lu­la­rın qə­ri­bə məx­luq ol­ma­la­rın­dan, ad­dım­ba­şı pa­ra güd­mə­lə­rin­dən, xə­sis­lik­lə­rin­dən söz açır­dı. Dil qə­fə­sə qoy­mur­du. Elə ürək­dən gü­lür­dü ki, ağ­zın­da ağap­paq diş­lə­ri­ni say­maq olar­dı. Köv­rə­lən­də göz­lə­ri qə­ri­bə və sir­li gö­rü­nür­dü, sek­sual­lı­ğı bi­rə-beş ar­tır­dı... Am­ma nə­dən­sə o, sö­zü­nün ca­nı­nı de­mə­yə, söh­bə­ti­nin məğ­zi­ni an­lat­ma­ğa tə­ləs­mir­di. Bi­zə gə­ti­ri­lən ye­mə­yə də əl vur­ma­mış­dıq. Onun fik­ri öz ma­cə­ra­la­rı ilə mə­ni va­leh elə­mə­yin ya­nın­da, mə­nim dü­şün­cə­lə­rim isə Zü­ley­xa­nın ağ­zın­da, bur­nun­da, do­daq­la­rın­da, jest­lə­rin­də, əl­çat­maz, gün­dəy­məz yer­lə­rin­dəy­di. O çox gö­zəl idi. Qı­na­ma­sa­lar, de­yər­dim ki, İs­tan­bul onun gö­zəl­li­yi­nin ya­nın­da sol­ğun gö­rü­nür­dü. Mən Zü­ley­xa­nın ba­la­ca, yup­yum­ru döş­lə­ri­nin ara­sı­nı, ağap­paq bud­la­rı­nı xa­tır­la­yır­dım və hə­lə də özü­mü na­kam bir növ­ca­van ki­mi hiss edir­dim. Biz, yə­ni mən və uşaq­lıq dost­la­rım də­fə­lər­lə onu xə­yal­la­rı­mız­da so­yun­dur­muş­duq, çəh­ra­yı mə­mə­lə­ri­ni öp­müş­dük, am­ma sir­li "zo­na­ya" əl vur­ma­mış­dıq, onu in­tim an­lar üçün sax­la­mış­dıq. Çün­ki mü­səl­man­çı­lıq bi­zim qa­nı­mız­day­dı və ən in­tim səh­nə­ni zi­faf ge­cə­si üçün sax­la­yır­dıq.

Zü­ley­xa mə­nim ba­xış­la­rı­mı göy­də tut­du. Da­nış­ma­ğı­na ara ver­di və:
- Ni­yə ye­mir­sən, ye­sə­nə? - so­ruş­du.
- Bəs, sən ni­yə ye­mir­sən? - de­yə sua­la sual­la ca­vab ver­dim.
- Sə­ni gör­düm, ye­mək yad­dan çıx­dı, - de­di və gül­dü, əli­ni ye­mə­yə at­dı, - öz ara­mız­dır, er­kək­lər mə­ni gö­rən­də iş­ta­ha gə­lir­lər...
O, özü də bil­mə­dən doğ­ma­laş­mış­dı, hə­min­ki şıl­taq Zü­ley­xa ol­muş­du və san­ki Yu­sif­dən bir xə­bər gə­tir­mək üçün in­di­cə mə­nim­lə şərt kə­sə­cək­di.
Ye­mə­yə hə­və­sim ol­ma­sa da, ət döy­mə­sin­dən bir ti­kə­ni gö­tü­rüb gə­və­lə­mə­yə baş­la­dım. O, mə­nim hə­vəs­siz ye­di­yi­mi gö­rüb:

- Xo­şu­na gəl­mir­sə, baş­qa­sı­nı gə­tir­sin­lər, - de­di.
- Yox, söh­bət ye­mək­də de­yil. Hər şey yax­şı­dır. Am­ma mə­ni bir şey ma­raq­lan­dı­rır. Ne­cə ol­du ki, sən bir­dən-bi­rə yo­xa çıx­dın və məh­lə ki­şi­lə­ri­nin ha­mı­sı­nın yu­xu­su­na ha­ram qat­dın?
- Ki­şi­lə­rin ha?! Har­day­dı o ki­şi­lər?! - Mə­nim du­rux­du­ğu­mu gö­rüb, - bir­cə sən­dən baş­qa, - de­di və gül­dü.
Zü­ley­xa qə­fil gül­dü­yü ki­mi də qə­fil sa­kit­ləş­di. Bir müd­dət din­mə­di, elə­cə ye­mək­də da­vam elə­di. Və son­ra göz­lə­mə­di­yim hal­da:
- Yə­qin ki, heç kim mə­nim Yu­sif­dən uşa­ğa qal­dı­ğı­mı bil­mir­di? - de­yə sual­lı ba­xış­la­rı­nı üzü­mə zil­lə­di.

Mən onun qə­fil eti­ra­fın­dan çaş­dım, da­ha doğ­ru­su, Zü­ley­xa­nın əvə­zi­nə qı­zar­dım. Nə ca­vab ve­rə­cə­yi­mi bil­mə­dim. Han­dan-ha­na:
- Bil­mir­dik, - de­dim, - bu ne­cə ola bi­lər­di?
- Çox asan, - de­yə Zü­ley­xa qəşş elə­di, əli­ni-əli­nə vur­du, - uşaq ki, uşaq. Siz o vaxt uşaq idi­niz.
- Bəs sən ne­cə, uşaq de­yil­din?
- Yox, mən uşaq de­yil­dim, mən şey­tan idim. Ha­mı­nı yol­dan çı­xar­ma­ğa ça­lı­şan şey­tan. Hə­lə in­di də bu bəd əməl­lə­rim­dən əl çək­mə­mi­şəm, - de­di və mə­nə göz vur­du.
Zü­ley­xa gül­mə­yin­də da­vam edir­di. Mən onun üzü­nə ba­xır­dım, onu şey­ta­na ox­şat­ma­ğa ça­lı­şır­dım, am­ma heç nə alın­mır­dı. O, gö­zəl­lik ila­hə­lə­ri­nə bən­zə­yir­di.

- Mən bu­na inan­maq is­tə­mi­rəm, - de­dim, - Yu­sif­lə sən bu­nu ne­cə ba­car­dı­nız?
Zü­ley­xa gül­mə­yi­nə ara ver­di, cid­di­ləş­di.
- Duş­xa­na ya­dın­da­dı? - ba­şım­la təs­diq­lə­dim, - sə­ni ma­raq­lan­dı­ran ha­di­sə or­da baş ver­di. Ye­ri­ni ra­hat­la və qu­laq as... Ey, qu­laq asır­san, - de­yə o, mə­nim qay­ğı­lı ba­xış­la­rı­mı gö­rüb, uzun, ətir­li bar­maq­la­rıy­la bur­nu­ma to­xun­du.
Mə­nim fik­rim doğ­ru­dan da ən­cir ağa­cı­nın ya­nın­da qal­mış­dı. Duş­xa­na­da Yu­si­fi və onun qu­ca­ğı­na sı­ğın­mış Zü­ley­xa­nı tə­səv­vür edir­dim. Dü­şün­cə­lə­rim biə­dəb səh­nə­lər­lə zən­gin idi.
- Qu­la­ğım sən­də­di, - de­dim.

- On­da yax­şı-yax­şı qu­laq as. Axı sən mə­nim hə­yat ta­rix­çə­mi yaz­ma­ğa gəl­mi­sən, elə de­yil? - Ba­şım­la təs­diq­lə­dim, do­da­ğı­mın al­tın­da mı­zıl­dan­dım və "e­lə­dir" de­dim. - Mən Yu­si­fə vu­rul­muş­dum. Hər ge­cə onun xə­ya­lıy­la ya­tır­dım və qə­ri­bə­dir ki, yu­xu­da onun əza­la­rı­nı gö­rür­düm, an­la­yır­san da nə­yi de­yi­rəm... onu sı­ğal­la­yır­dım. İçim­də, san­ki bir şey­tan var­dı, da­im mə­ni duş­xa­na­ya sa­rı dar­tır­dı. Yu­sif onu iz­lə­mə­yim­dən du­yuq düş­müş­dü və son za­man­lar duş­xa­na­ya ax­şam­lar, qa­ran­lıq­la­şan­da gi­rir­di. Mən ona mək­tub yaz­dım, çat­dır­dım ki, ax­şam duş­xa­na­ya gi­rən­də qa­pı­nı dal­dan bağ­la­ma­sın... Mək­tu­bu Qa­dir apar­dı. Hə, düz­dü. Mən sö­zü­mün üs­tün­də dur­dum və bud­la­rı­mı ona gös­tər­dim ...hə, döş­lə­ri­mi də... Sən o za­man hə­yət­də yox idin, ha­ra get­di­yi­ni də bil­mir­dim. Ona gö­rə də mək­tu­bu sən­dən yox, on­dan gön­dər­dim. Əs­lin­də, sə­nə da­ha çox eti­bar edir­dim. Ni­yə­si­ni bil­mi­rəm...

"Ay sə­ni, şey­tan!" Bu­nu kim de­di? Yə­qin hər iki­miz, ürə­yi­miz­də və ey­ni za­man­da. Bir-bi­ri­mi­zə bax­dıq. Ba­xış­la­rı­mız nü­fu­ze­di­ciy­di. Bir an­lıq pau­za­dan son­ra o da­vam elə­di:

- Yə­qin sə­ni ma­raq­lan­dı­rır ki, mən­də bu şey­ta­ni hiss­lər har­dan idi? Özüm də bil­mi­rəm. Mə­gər dün­ya­da hər şe­yin iza­hı var? Am­ma mən uşaq­lıq­dan özü­mü qa­dın ki­mi hiss edir­dim. Yal­nız bir­cə də­fə ki­şi­nin qa­dı­nı qu­caq­la­ma­sı­nı gör­müş­düm. Düz­dür, atam­la ana­mı. Bə­zi ge­cə­lər­də isə cür­bə­cür səs­lər. Pər­də­nin da­lın­dan gə­lən səs­lə­ri nə­zər­də tu­tu­ram. Mə­nim içim ya­nır­dı, od­la­nır­dı. Mən yor­ğa­nın al­tın­da sə­hə­rə ki­mi qıv­rı­lır­dım, əv­vəl­lər sə­bə­bi­ni bil­mir­dim, am­ma son­ra­dan Yu­si­fi ha­mam­da lüt-ür­yan gö­rən­də bu his­sin nə ol­du­ğu­nu ba­şa düş­düm... Ürə­yim az qa­la aya­ğı­mın al­tı­na düş­dü. Uçu­nur­dum. Ha­va­sız­lıq­day­dım.

- Sən Mar­kiz de Sa­dı oxu­mu­san? - de­yə bu qə­fil sual­la onun sö­zü­nü kəs­dim.
- O kim­di elə?
- Sa­diz­min ya­ra­dı­cı­sı.
- Yox, - ba­şı­nı bu­la­dı.
- Sə­nin bu hiss­lə­ri­ni o ya­zıb. "Eh­ti­ras­lı Te­re­za"­da.

- Te­re­za, Te­re­za, - de­yə o do­da­ğı­nın al­tın­da bir ne­çə də­fə tək­rar elə­di, - yox, xa­tır­la­mı­ram, o da, yə­qin mə­nim ki­mi gö­zəl olub?!
- Gö­zəl, həm də cəl­be­di­ci. On­lar hər iki­si şey­tan olub­lar. Te­re­za da, onun müəl­li­fi də. Müəl­lif və qəh­rə­man due­ti...
Zü­ley­xa mə­nə sı­na­yı­cı nə­zər­lər­lə bax­dı. Son­ra isə:
- Ma­raq­lı de­yil­sə, da­nış­ma­yım.
- Nə da­nı­şır­san, ma­raq­dan ölü­rəm.

- Ələ sa­lır­san mə­ni?
- Əs­təğ­fü­rul­lah. Doğ­ru­dan, ma­raq­lı­dır...
Bo­ğa­zi­çi­nin üs­tün­dən təy­ya­rə keç­di. Zü­ley­xa­nın göz­lə­ri yol çək­di. Son­ra öz-özü­nə da­nı­şır­mış ki­mi da­vam elə­di. Yə­qin keç­mi­şi xır­da­lıq­la­rı­na qə­dər xa­tır­la­maq is­tə­yir­di.

- Mən içə­ri gi­rən­də Yu­sif lüt-ür­yan du­şun al­tın­da da­yan­mış­dı. Heç nə de­mə­dim, din­məz­cə pal­ta­rı­mı so­yu­nub du­şun al­tı­na gir­dim. Mən bu­nu ki­no­da gör­müş­düm. O mən­zə­rə­ni hər gün göz­lə­rim önün­də can­lan­dı­rır­dım. San­ki də­li ol­muş­dum, çıl­dır­mış­dım. Son­ra­dan an­la­yı­ram ki, mə­ni də­li elə­yən eh­ti­ras imiş, şey­ta­ni şəh­və­tiy­miş. Yu­si­fə sı­ğın­dım. Onun bə­də­ni sü­rüş­kən və sı­ca­ğıy­dı. O, mə­ni öp­dü. Mən də ona ca­vab ver­dim. Son­ra mə­ni xa­la­tı­nın üs­tü­nə uzat­dı və mə­ni öp­mə­yə baş­la­dı. On­da ba­şa düş­düm ki, Yu­sif də mə­ni se­vir­miş. O, mə­ni sev­di­yi­ni hər an tək­rar edir­di...

Zü­ley­xa da­nış­dıq­ca mən hə­min ha­di­sə­ni tə­səv­vür edir­dim, da­ha doğ­ru­su, içim­də­ki şey­tan qa­nı­mı coş­du­rur­du. Qıs­qa­nır­dım. "Qan­cıq" - ürə­yim­də fi­kir­ləş­dim. Bi­zə dö­şü­nün ara­sı­nı da gös­tər­mə­yi qıy­mır­dı, am­ma Yu­si­fə bü­tün bə­də­ni­ni təs­lim edib...

- Ey, ni­yə fitk­rə get­din? - Zü­ley­xa­nın sə­si mə­ni şey­ta­ni hiss və dü­şün­cə­lər­dən ayır­dı. - Yu­sif­lə əla­qə­lə­ri­miz üç ay­dan çox da­vam elə­di. Bu­nu Fa­ti­mə bi­lir­di. O, hər gün mə­ni hə­də­lə­yir­di ki, ata­ma de­yə­cək. Mə­nim ve­ci­mə də de­yil­di. Ha­mi­lə ol­ma­ğım­dan bi­rin­ci anam du­yuq düş­dü. Hə­min ax­şam atam mə­ni sə­hə­rə ki­mi döy­dü və sə­hər açıl­ma­mış kən­də - ba­bam­gi­lə apar­dı.
­Am­ma bu­ra­da da mə­ni sa­kit qoy­ma­dı­lar. Anam ma­ma­ça­la­rın bi­ri­nin əliy­lə uşa­ğı­mı sal­dırt­dı. Mən bu­na heyifsilən­mə­dim də. Çün­ki ana­lıq hiss­lə­rim hə­lə oyan­ma­mış­dı. Mən se­vil­mək is­tə­yir­dim, güc­lü er­kək qol­la­rı­na eh­ti­ya­cım var­dı.

Hər­dənbir Yu­sif­lə gö­rü­şür­dük. Bir bə­ha­nəy­lə ev­dən çı­xır­dım. Biz hiss­lə­ri­mi­zi onun əmi­sioğ­lu­nun qa­ra­jın­da sə­rin­lə­dir­dik. Am­ma elə za­man gə­lir ki, hiss­lər də tü­kə­nir. Yu­sif əs­gər­li­yə - Qa­ra­ba­ğa get­di və mən tək qal­dım. Tək­lik mə­ni sı­xır­dı. Mə­ni şə­hə­rə də bu­rax­mır­dı­lar. Ev­də də gün ve­rib-işıq ver­mir­di­lər. Anam mə­ni özüm­dən yaş­lı, dul bir ki­şi­yə ərə ver­mək, bu­nun­la da on­la­rı göz­lə­yən "rüs­vay­çı­lıq­dan" can­la­rı­nı qur­tar­maq is­tə­yir­di.
Mə­ni ömür­lük ana ol­maq şə­rə­fin­dən xi­las eli­yən ma­ma­ça mə­ni di­lə tut­du ki, onun şə­hər­də ya­şa­yan rə­fi­qə­si­lə ta­nış olum. Bu ta­nış­lıq mə­nim ki­mi gö­zəl qı­za gə­rək­li olar­dı.



Ma­ma­ça­nın de­di­yi xa­nım doğ­ru­dan da qə­şəng idi, ki­şi­lər­lə dil tap­ma­ğı ba­ca­rır­dı. Mən onun tək­lif et­di­yi ki­şi­lər­lə yat­ma­lı olur­dum. Bir gün Gül­zar de­di ki, o qa­dı­nın adı be­ləy­di, yax­şı pul qa­zan­maq, həm də xa­ri­ci gəz­mək is­tə­yi­rəm­sə, onun­la bir­gə Du­ba­ya ge­dim. Pul-pa­ra da la­zım de­yil, is­tə­di­yim pal­ta­rı ala və ge­ri qa­yı­dan­da yax­şı pu­la sa­ta bi­lə­rəm. Mən Du­bay adı­nı bir ne­çə də­fə eşit­miş­dim. Bi­lir­dim ki, ora al­ver­çi­lə­rin məs­kə­ni­dir. Gül­zar xa­nım öz ta­nış­la­rı va­si­tə­si­lə mə­nə xa­ri­ci pas­port dü­zəlt­di və Du­bay hə­ya­tım baş­la­dı. Anam­gil bu­na eti­raz et­sə­lər də, ba­bam mə­nim tə­rə­fi­mi tut­du. "On­lar da mü­səl­man­dı­lar. Mü­səl­man­dan bi­zə zə­rər gəl­məz", de­di.

Ki­şi­lər­dən ön­cə göz­lə­ri­mi şə­hər qa­maş­dır­dı. Ki­şi­lə­rin göz qa­maş­dır­ma­sı ya­lan söz­dür. Qa­dın­lar baş­qa. Qa­dın­la­rın qa­nın­da fos­for ar­tıq­dır. Ona gö­rə də bə­yaz qa­dın­lar işıq sa­çır. Ki­şi­lər qa­ran­lıq­dan qorx­duq­la­rı­na gö­rə işıq ax­tar­ma­ğa məc­bur­dur­lar. Qa­ran­lı­ğı isə qa­dın­lar əvəz edir. Be­lə ol­ma­say­dı, ki­şi­lər ge­cə­lər qa­dın­la­rın böy­rün­də yat­maz­dı­lar. Bu, er­kək­lik­dən çox, qor­xu­nun əla­mə­ti­dir...

Du­bay bu ba­xım­dan ki­şi yox, qa­dı­nıy­dı. Bu şə­hər­də bir qa­dın­lıq ca­zi­bə­dar­lı­ğı var­dı. Ha­mı ona sa­hib ol­maq is­tə­yir­di, ya heç ol­ma­sa, on­dan nə­sə qo­part­maq ümi­din­dəy­di...

Zü­ley­xa da­nı­şır­dı və mən onun bu təc­rü­bə­si­nə, mü­la­hi­zə­lə­ri­nə hey­ran olur­dum. O, tək­cə gö­zəl və güc­lü qa­dın yox, həm də fərq­li mü­şa­hi­də his­si olan adam­lar­da­nıy­dı...

- Mən ki­şi­lə­ri hə­mi­şə şə­hər­lə­rə bən­zət­mi­şəm. Am­ma bu şə­hər bam­baş­qay­dı. De­səm ki, les­bi­yan­kay­dı, xət­ri­ni­zə də­yər. Əl­bət­tə, sə­nin yox, sən Du­ba­yı sev­mir­sən, heç ora get­mə­mi­sən də. Bun­la­rı bi­li­rəm. Bi­lir­sən ni­yə? Bil­mir­sən. Mən də de­mə­yə­cəm.

Am­ma boy­nu­ma alım ki, öm­rüm­də be­lə gur işıq­lı şə­hər gör­mə­miş­dim. İn­di­yə bax­ma. İn­di eşit­mi­şəm ki, Ba­kı­nın neft pul­la­rı şə­hə­ri Pa­ri­sə dön­də­rib. Pa­ri­si hə­lə uşaq­lıq­da ki­no­lar­da gör­müş­düm. İn­di ürə­yim is­tə­yən­də ora ge­də bi­li­rəm.

Sə­hər açı­lan­da baş­qa mən­zə­rə­nin şa­hi­di ol­dum. Səh­ra­nın or­ta­sın­da ya­qu­ta bən­zər şə­hər ge­cə­lər fü­sun­kar ol­sa da, gün­düz­lər qur­da rast gəl­miş məz­lum qu­zu­ya bən­zə­yir­di. Am­ma bu­ra­da bir azad­lıq ab-ha­va­sı var­dı. On­da ba­şa düş­düm ki, mə­nim hə­ya­tım bur­dan baş­la­yır...
Bu söz­lər­dən son­ra Zü­ley­xa xa­nım "Vol­ter" si­qa­re­ti­ni çan­ta­sın­dan çı­xa­rıb sto­lun üs­tü­nə qoy­du, ey­ni ad­lı alış­qan­la onu yan­dır­dı və bir qul­lab alan­dan son­ra üzü­mə ba­xıb:

- Mən bi­lən sən si­qa­ret çək­mir­sən, - de­di, mə­na­lı-mə­na­lı gü­lüm­sün­dü və söh­bə­ti­ni da­vam et­dir­di.
O, da­nış­dıq­ca mə­nim ürə­yim sı­xı­lır­dı və in­di bu­ra­da ol­ma­ğı­ma acı­ğım tu­tur­du. Mən san­ki baş­qa bir di­ya­ra düş­müş­düm, se­vim­li Zü­ley­xa doğ­ru­dan da şey­ta­ni­ləş­miş­di.
­O­fi­siant­lar ye­ni­dən bi­zə ya­xın­laş­dı­lar. De­sert üçün nə si­fa­riş edə­cə­yi­miz­lə ma­raq­lan­dı­lar. Zü­ley­xa hər iki­miz üçün şi­rin (biz­lər­də bu­na hal­va de­yir­lər) və çay si­fa­riş elə­di. Ofi­siant­lar uzaq­la­şan­dan son­ra da­nış­ma­ğa baş­la­dı:

- Biz şə­hə­rin Bar-Du­bay his­sə­sin­də, gö­zəl bir ma­li­ka­nə­də qa­lır­dıq. Bu cür ma­li­ka­nə­lə­ri mən heç ki­no­lar­da da gör­mə­miş­dim. Am­ma na­ğıl­lar­da oxu­muş­dum. Ma­li­ka­nə­nin hə­yə­ti bir hek­tar­dan çox olar­dı. Pal­ma ağac­la­rı ha­sar bo­yu əkil­miş­di. Ya­şıl qa­zon­lar, qo­naq­lar üçün qolf mey­dan­ça­sı, üz­gü­çü­lük ho­vu­zu var­dı. Bu­ra səh­ra­nın or­ta­sın­da ya­şıl va­di­yə bən­zə­yir­di.

Hər­dən fi­kir­lə­şir­dim ki, kaş bi­zim də be­lə ma­li­ka­nə­miz olay­dı, mən­sə onun adar-ma­dar bir qı­zı, şah­za­də­si. Ha­mı mə­nə el­çi dü­şəy­di, atam­sa el­çi­lə­ri qo­vay­dı, cən­ga­vər­lər mə­nim üs­tüm­də da­va edəy­di­lər. Am­ma mən hök­mən qa­ya­ya­bən­zər di­va­rı dır­ma­şan oğ­la­nı se­çər­dim, ey­van­da­ca bağ­rı­ma ba­sar­dım. Onun­la ge­cə­dən sə­hə­rə ki­mi eşq ma­cə­ra­sı ya­şa­yay­dım, ne­cə de­yər­lər, bu­sə alıb, bu­sə ve­rəy­dim... Nə­dir, inan­mır­san? İnan­mır­san ki, mən də ki­tab oxu­yur­dum. Siz hə­yət­də top qo­van­da mən ki­tab­lar­la baş-ba­şa qa­lar­dım. Ən çox sev­di­yim də "Don Ki­xot" idi. Onu mən mək­tə­bi­mi­zin ki­tab­xa­na­sın­dan oğur­la­mış­dım. Bi­lir­sən, nə üçün? Oxu­maq üçün yox, üs­tün­də­ki gül­mə­li şək­lə gö­rə. On­dan son­ra "Ro­bin­zon Kru­zo­nu" və adı ya­dım­dan çıx­mış ki­tab­la­rı ki­tab­xa­na­dan alıb evə gə­ti­rir­dim və mək­təb­dən çı­xan­dan son­ra on­la­rı ge­ri qay­tar­ma­dım. Mək­tə­bə də elə ona gö­rə get­mə­dim, sev­di­yim ki­tab­la­rı əlim­dən ala bi­lər­di­lər...

Zü­ley­xa­nın ki­tab­lar ba­rə­də be­lə vur­ğun­luq­la da­nış­ma­sı mə­ni əməl­li-baş­lı çaş­dır­mış­dı. Zü­ley­xa ha­ra, ki­tab ha­ra?

- Be­lə-be­lə iş­lər, ya­zı­çı oğ­lan...

O, mə­ni əməl­li-baş­lı ələ sa­lır­dı. Am­ma mən dö­zür­düm. Əgər uşaq­lıq eş­qim Zü­ley­xa özü­nü qəsr­lər­də ya­şa­yan gö­zəl­lə­rə bən­zə­dir­di­sə və mə­ni yox, baş­qa­sı­nı ağ at­lı oğ­lan sa­yır­dı­sa, on­da mən dö­züm­lü və müd­rik bi­ri­si ol­ma­lıy­dım. Sal­na­mə­çi­lər dö­züm­lü və müd­rik ol­ma­lı­dı­lar axı... Am­ma mən da­rı­xır­dım, ürə­yim sı­xı­lır­dı, onun bu söh­bət­lə­ri inan­dı­rı­cı gö­rün­mür­dü, hər hal­da mən on­la­ra ina­na bil­mir­dim. Ona gö­rə də öz-özü­mə bir rek­lam fa­si­lə­si ver­dim və Bo­ğa­zi­çi­ni seyr elə­mə­yə baş­la­dım. Zü­ley­xa­nın ba­şı özü­nə qa­rış­dı­ğın­dan ona qu­laq asıb-as­ma­ma­ğı­mın fər­qin­də de­yil­di.

Çəh­ra­yı rəng­li bir gə­mi uzun-uza­dı fit ver­di. Üz­bəüz gə­lən tan­ker onu ca­vab­sız qoy­ma­dı. Ata­türk ha­va li­ma­nı­na enib-qal­xan təy­ya­rə­lə­rin zə­if sə­si qu­la­ğı­ma gə­lir­di. As­ma kör­pü­nün üs­tün­dən ke­çən ma­şın­lar o qə­dər uzaq­day­dı­lar ki, qa­rış­qa dəs­tə­si­nə ox­şa­yır­dı­lar, fərq­lə­ri sü­rət­lə şü­tü­mə­lə­rin­dəy­di. Bo­ğa­zi­çi­nin o üzün­də, qa­ya­lar­dan asıl­maş zən­gin ma­li­ka­nə­lər var­lı­lar üçün göz­xoş­lu­ğu, ka­sıb­lar üçün qı­cıq və qı­naq mən­bə­yiy­di. Mə­nim­sə bu gö­zəl­lik­dən zövq al­maq­dan sa­va­yı bir uma­ca­ğım yo­xuy­du. Düz­dü, hər­dən ürə­yim­dən ke­çir­di ki, im­ka­nım ol­say­dı, bur­dan bir ev alar­dım.

Zü­ley­xa xa­nım isə da­nı­şır­dı. Dü­zü, rek­lam fa­si­lə­si za­ma­nı mən onun­çün da­rıx­mış­dım. Və məm­nu­niy­yət­lə onu ye­ni­dən din­lə­mə­yə ha­zır idim.

De­mə­li, be­lə. Zü­ley­xa xa­nım, yə­ni mə­nim uşaq­lıq idea­lım qar­şım­day­dı. Mən bu­nu si­zə də­fə­lər­lə de­di­yi­min fər­qin­də­yəm. Am­ma bu be­ləy­di. İlk sev­gi qə­dər doğ­ma və xoş nə ola bi­lər ki. Zü­ley­xa İs­tan­bul­dan və qar­şı­dan açı­lan mən­zə­rə­dən də gö­zə­liy­di. Gö­zəl­lik də bə­zən ada­mı da­rıx­dı­rır. Ona gö­rə də fik­ri­mi on­dan mü­vəq­qə­ti də ol­sa ya­yın­dır­mış­dım...

Zü­ley­xa xa­nım da­ha bir si­qa­ret yan­dır­dı və fik­ri­min da­ğı­nıq ol­du­ğu­nu du­yub:
- Ye­nə göy­lər­də­dir, şa­ir, xə­ya­lın, - de­yə gü­lüm­sün­dü və si­qa­re­ti çox sev­di­yi Bo­ğa­zi­çi­nə tə­rəf püf­lə­yib da­vam elə­di, da­ha doğ­ru­su, mən ona qu­laq as­maq­da da­vam elə­dim... Ah, məi­şət qay­ğı­la­rı, mən sa­bah özü­mə duş­xa­na al­ma­lı­yam. Son söz­lər heç ki­mə yö­nəl­mə­yib, mə­nim ürə­yi­min səs­lə­ri­dir. Qəhr ol­sun, duş­xa­na­lar...

- Gül­zar xa­nım ilk gün­lər mə­ni bu­ra­da­kı adət-ənə­nə­lər­lə ta­nış et­di, ki­şi­lər­lə dav­ran­ma­ğın yol­la­rı­nı gös­tər­di. Mə­lum ol­du ki, mən ge­cə bar­la­rınd­an bi­rin­də iş­lə­yə­cəm, am­ma ürə­yi mə­ni is­tə­yən müş­tə­ri­lə­ri də ra­zı sal­ma­lı­yam. Müş­tə­ri­lər­lə o, özü da­nı­şa­caq və mə­nə dü­şən fai­zi də vaxt­lı-vax­tın­da ödə­yə­cək.

Mə­nim eh­ti­ra­sım aşıb-daş­sa da, bu­na dər­hal ra­zı ol­ma­dım, de­dim ki, yal­nız ürə­yim is­tə­yən müş­tə­ri­lər­lə ya­ta bi­lə­rəm. O isə ca­va­bın­da de­di ki, mə­nim ge­ri­yə yo­lum yox­dur, əgər o de­yən şərt­lə­rə ra­zı ol­ma­sam, ömür­lük bu­ra­da qa­la­cam. Bu az­mış ki­mi, mə­ni ta­nı­yan dost-ta­nış­la­rı­ma Ba­kı­da uşaq sal­dır­dı­ğı­mı, in­di isə Du­bay­da fa­hi­şə­lik­lə məş­ğul ol­du­ğu­mu de­yə­cək. Dü­zü, mən bu cür lə­kə­lər­dən qorx­mur­dum, dün­ya ve­ci­mə de­yil­di, on­suz da ya­xın­la­rım­dan ya­rı­ma­mış­dım. Am­ma mən şə­hə­ri­miz­də var­lı bir in­san ol­maq, özü­mə gö­zəl­lik sa­lon­la­rı aç­dır­maq, bu­nun­la da hə­yat­da tut­du­ğum yo­lun düz­gün­lü­yü­nü sü­but et­mək is­tə­yir­dim və bu­ra­da ömür­lük qal­maq fik­rim yox idi. Ona gö­rə də Gül­zar xa­nı­mın şər­ti­nə qis­mən ra­zı ol­dum, de­dim ki, mən yal­nız qə­şəng və var­lı ki­şi­lər­lə yat­ma­ğa ra­zı­yam, çün­ki gö­zəl­li­yi və gü­cü se­vi­rəm...

Bu söz­lər­dən son­ra o ye­ni bir si­qa­ret yan­dır­dı, göz­lə­ri­min içi­nə bax­dı, san­ki mə­ni qiy­mət­lən­di­rir­di, yə­ni onun öl­çü və is­tək­lə­ri­nə ca­vab ve­ri­rəm, ya yox. Mən kül­baş da fi­kir­lə­şir­dim ki, Zü­ley­xa ki­mi xa­nım­la­ra sa­hib ol­maq asan­dır, am­ma üst-ba­şı­ma ba­xan­da, qa­zan­cı­mı fi­kir­lə­şən­də bu sar­saq dü­şün­cə­lə­rim­dən vaz keç­dim...

- İlk müş­tə­rim neft maq­na­tıy­dı. Ca­van və qə­şəng idi, axır­da əsas müş­tə­ri­lə­rim­dən ol­du. Am­ma mə­nə ve­ri­lən pul­lar az idi. Son­ra­dan öy­rən­dim ki, bu­ra­da kə­nar­dan gə­lən fa­hi­şə­lə­rə az pul ve­rir­lər, ərəb­lər öz xa­nım­la­rı­nı biz­dən azı on də­fə çox qiy­mət­lən­di­rir­lər.

Üç ay­da bir də­fə Ba­kı­ya gə­lir­dim. Fa­ti­mə doq­qu­zun­cu­nu qur­ta­ran ki­mi ərə get­di. Sən bu­nu mən­dən də yax­şı bi­lir­sən. Çün­ki ma­şı­nın qa­ba­ğı­nı kə­sən mən yox, Qa­dir­lə sən idin. Qa­dir de­dim, ya­dı­ma düş­dü. İn­di o har­da­dır? - Mən ca­vab ver­dim ki, kom­mer­si­ya ilə məş­ğul­dur. Hər­dən bu­ra­la­ra da gə­lir. - Doğ­ru­dan, ne­cə də bil­mə­mi­şəm. Ayıb ol­sun ona. Heç ol­ma­sa, bal­dır­la­rı­ma bax­maq üçün ya­nı­ma gə­ləy­di. - Ürək­dən gül­dü və bu də­fə si­qa­re­tin tüs­tü­sü­nü üzü­mə üfür­dü, elə bil Qa­di­rin hay­fı­nı mən­dən çı­xır­dı. Bir az fik­rə ge­dən­dən son­ra: - Mən o bia­bır­çı­lıq­dan son­ra məh­lə­miz­də gö­rün­mə­dim. Tə­bii ki, uşa­ğa qal­ma­ğı­mı məh­lə­miz­də ai­lə­miz­dən və Yu­sif­dən baş­qa heç kim bil­mir­di. Bu­na bax­ma­ya­raq, mə­həl­lə­miz­də gö­rün­mək is­tə­mir­dim. Da­ha çox Fa­ti­mə­gi­lə ge­dir­dim. Onun mən­dən zəh­lə­si get­di­yi­ni, yə­qin, bil­mir­sən. Əri isə mən­dən öt­rü si­noy ge­dir­di. Bur­da dur­ma, or­da dur, bur­da otur­ma, or­da otur. Fa­ti­mə də­li olur­du. Əla­cı ol­say­dı, mə­ni qa­pı­ya da qoy­maz­dı.

Çə­tin vaxt­la­rıy­dı. Mən Du­bay­dan gə­lən­də on­la­ra pal-pal­tar gə­ti­rir­dim. Ba­bam da Fa­ti­məy­lə qa­lır­dı. Mə­həm­mə­di, Fa­ti­mə­nin oğ­lu­nu çox is­tə­yir­dim. O, mə­nə hey­ran­lıq­la ba­xır­dı, saat­lar­la qu­ca­ğım­dan düş­mür­dü. Şey­tan idi, mə­ləy idi, bil­mi­rəm, am­ma mən ona vu­rul­muş­dum, çox is­tə­yir­dim. Elə gör­mək is­tə­yi­rəm onu...

Söh­bə­ti­mi­zin bu ye­rin­də ofi­siant de­ser­ti gə­tir­di, ya­nın­da er­kən ye­tiş­miş üzüm də var­dı.

Zü­ley­xa:

- Biz üzüm is­tə­mə­dik axı.

- Pat­ro­nu­muz gön­dər­di, - de­yə ofi­siant res­to­ran sa­hi­bi­ni gös­tər­di. Nə­cib bəy Zü­ley­xa xa­nı­ma uzaq­dan tə­zim elə­di.

- Du­bay­da­kı xoş­bəxt hə­ya­tım uzun sür­mə­di və ge­cə­lə­rin bi­rin­də mə­ni yer­li po­lis həbs elə­di. Bu həbs­dən çox, tə­ca­vüz idi. Elə bil, bi­zi iz­lə­yir­miş­lər. Hal­bu­ki, evin sa­hi­bə­si hər şe­yə ca­vab­deh idi. Onun da gü­dük­çü­lə­ri var­dı, da­im göz­də-qu­laq­da idi­lər. Po­lis­lər qə­fil bas­qın elə­di­lər. (O, "bas­dır­dı­lar", - de­di). Ev­də baş­qa­la­rı da var­dı. Ha­mı­mı­zı tu­tub, ma­şı­na dol­dur­du­lar və çı­ğı­rı­şa-çı­ğı­rı­şa po­lis şö­bə­si­nə gə­tir­di­lər. Dü­zü, mən o gün­lə­ri xa­tır­la­maq is­tə­mi­rəm, da­ha doğ­ru­su, o gün­lər­dən, xa­ti­rə­lər­dən qaç­maq müm­kün de­yil, çün­ki mə­nim keç­miş hə­ya­tım­dır, bəl­kə də ən dü­şün­dü­rü­cü­sü­dür. Fi­kir­lə­şi­rəm ki, Gül­zar xa­nım bi­lə­rək­dən mə­ni ələ ve­rib. Gö­rü­nür, ona sərf elə­mir­mi­şəm. Çün­ki on­dan çox fa­iz is­tə­yir­dim. Tək­cə mən yox, baş­qa­la­rı da. O, bi­zi al­da­dır­dı... Be­lə-be­lə iş­lər...

Zü­ley­xa xa­nım da­yan­dı, si­qa­ret qu­tu­su­na əli­ni at­dı, am­ma qu­tu bo­şuy­du. Çan­ta­sı­na bax­dı, ba­şı­nı yel­lə­di. Ofi­siant onun na­ra­hat­lı­ğı­nı gö­rüb özü­nü ye­tir­di. Zü­ley­xa xa­nı­mın si­qa­ret ax­tar­dı­ğı­nı gö­rün­cə:

- Hə­mən gə­ti­rə­rəm, - de­di və si­qa­ret da­lın­ca qaç­dı.

Biz ofi­sian­tı, Zü­ley­xa de­miş, qar­so­nu göz­lə­dik. Ona qə­dər isə hər iki­miz Bo­ğa­zi­çi­nin sey­ri­nə dal­dıq.

Qar­son­la bir­gə si­qa­ret də gəl­di.

- Mən "Vol­ter" is­tə­dim, bu nə­dir? - de­yə Zü­ley­xa ona acıq­lan­dı.

O­fi­siant də­fə­lər­lə üzr is­tə­yib ye­ni­dən ge­ri qaç­dı və la­zım ola­nı gə­tir­di. Mən fi­kir ver­dim ki, si­qa­ret qu­tu­su­nun üs­tün­də­ki ya­zı­lar ox­şar ol­du­ğun­dan qar­son onu səhv sa­lıb.

Zü­ley­xa xa­nım si­qa­ret yan­dır­dı və bir qul­lab vu­ran­dan son­ra söh­bə­ti­nə da­vam elə­di:

- Məh­kə­mə mə­nə bir ay iş kəs­di, da­ha doğ­ru­su, bir ay həbs­xa­na­da sax­la­nı­la­ca­ğım, son­ra isə və­tə­nə gön­də­ri­lə­cə­yim, si­zin dil­lə de­sək, ekstra­di­si­ya edi­lə­cə­yim ba­rə­də qə­rar çı­xar­dı. Heyifsilə­nib-elə­mə­dim də, san­ki bu hə­yat mə­nim al­nı­ma ya­zıl­mış­dı və mən bu­nu ön­cə­dən bi­lir­dim. Və­tə­nə qa­yıt­maq da is­tə­mir­dim. Və­tən mə­nim­çün yox idi. Yox, o mə­na­da yox, əl­bət­tə, var­dı, am­ma mən onu gör­mək is­tə­mir­dim, çün­ki onun mən­dən xo­şu gəl­mir­di. An­la­yır­san be­lə şey­lə­ri? Ya­zı­çı­san axı.

- An­la­yı­ram, - de­dim.

- Bir şey mə­nim da­dı­ma yet­di. Du­bay­la Azər­bay­can ara­sın­da ekstra­di­si­ya haq­qın­da mü­qa­vi­lə ol­ma­dı­ğın­dan mə­ni sər­hə­də qə­dər gə­ti­rə­cək­di­lər, yə­ni öl­kə­dən bir­də­fə­lik çı­xa­ra­caq­dı­lar, son­ra ha­ra is­tə­səm ge­də bi­lər­dim. Bu ba­rə­də mə­nə hö­kumə­tin tut­du­ğu və­kil de­miş­di. Am­ma hə­lə ona çox var­dı. Fə­lək hə­lə çox şey­lə­ri ba­şı­mın üs­tün­də fır­la­dır­dı.

"Fər­ha­ni" həbs­xa­na­sı şə­hə­rin kə­na­rın­day­dı. Bu­ra­da ta­le­yi mə­nim ta­le­yi­mə bən­zər qa­dın­lar çox idi. On­lar müx­tə­lif öl­kə­lər­dən çö­rək da­lın­ca gəl­miş­di­lər və çox­la­rı da mə­nim ki­mi al­da­na­raq Du­bay­da qal­ma­ğa məc­bur ol­muş­du­lar.

Du­bay fa­hi­şə­lə­rin ümid ye­riy­di. Am­ma bu ümid­lər in­di həbs­xa­na di­var­la­rı ara­sın­da so­lur­du. Qa­dın­la­rın heç də ha­mı­sı həbs­xa­na hə­ya­tı ilə ba­rış­maq is­tə­mir­di, on­la­rın bə­zi­lə­ri dep­res­sio­na dü­şür­dü, bə­zi­lə­ri in­ti­har elə­mək ba­rə­də fi­kir­lə­şir­di, am­ma ürək­lə­ri gəl­mir­di. Hə­yat­dan əl çək­mək elə də asan de­yil.

İlk gün­lər mən də hə­ya­ta ina­mı­mı itir­miş­dim, am­ma get­dik­cə özü­mü ələ al­ma­ğa baş­la­dım. Bə­zi­lə­ri­ni hə­ya­ta ya­xın­la­rı və öv­lad­la­rı, bə­zi­lə­ri­ni sev­dik­lə­ri və düş­mən­lə­ri bağ­la­yır­dı. Mə­ni hə­ya­ta bağ­la­yan tel­lər zə­if ol­sa da, bu­ra­da ömür­lük qal­maq fik­rim yo­xuy­du və han­sı yol­la­sa bu­ra­dan çıx­maq is­tə­yir­dim.

Müx­tə­lif pe­şə sa­hib­lə­ri ara­sın­da biz çox­luq təş­kil edir­dik. Həbs­xa­na rəi­si Mah­mud adın­da hey­və­rə­nin bi­riy­di, adam on­dan iy­rə­nir­di. O, fa­hi­şə­lə­ri tez-tez ota­ğı­na ça­ğı­rır və is­tə­di­yi­ni al­ma­yın­ca əl çək­mir­di. Mə­nə xü­su­si mü­na­si­bə­ti var­dı. Ay­rı­ca otaq ayır­mış­dı və bü­tün şə­rai­ti ya­rat­mış­dı.
Bil­mək is­tə­yir­sən ki, onun­la ya­tır­dım, ya yox. Ca­vab bir­dir: "Hə". Baş­qa ne­cə ola bi­lər­di ki? Gö­zəl­lik mü­sa­bi­qə­si də baş­la­mış­dı. Onun­la yat­ma­ğa ra­zı ol­ma­say­dım, mə­ni mü­sa­bi­qə­yə bu­rax­ma­ya­caq­dı. Hə, de­di­yim həbs­xa­na­da gö­zəl­lik mü­sa­bi­qə­si ke­çi­ri­lir­di. Am­ma qa­pa­lı. Mü­səl­man öl­kə­si­dir axı. Nə­dir, inan­mır­san?

- Bəs de­din axı, sə­ni ora­da bir ay sax­la­ma­lıy­dı­lar? Am­ma elə da­nı­şır­san ki, elə bil, il­lər­lə ora­da qal­mı­san.

- Ah, unut­muş­dum. Ora­sı­nı de­mə­dim axı. Mah­mud, əc­laf, mə­ni tür­mə­dən bu­rax­maq is­tə­mir­di. Ona gö­rə də üs­tü­mə ay­rı bir ci­na­yət işi yaz­dı. Gu­ya, mən nə­za­rət­çi po­lis­lə­rə rüş­vət tək­lif elə­mi­şəm. Ora­da isə be­lə mə­sə­lə­lə­rə pis ba­xır­lar. Hə­min iş üz­rə məh­kə­mə uza­nır­dı. Çün­ki məh­kə­mə həbs­xa­na­da ke­çi­ri­lə­cək­di. Bu isə Mah­mud­dan ası­lıy­dı. Ona gö­rə də yed­di ay­dan çox ora­da qa­la­sı ol­dum. Mah­mu­da ba­xa-ba­xa əti­mi də ta­mam tök­düm.

Bir şey pis idi ki, o, mə­ni yo­rur­du, boş vax­tı olan ki­mi ya­nı­ma qa­çır­dı. Por­no-ki­no­lar­dan öy­rən­di­yi bü­tün po­za­la­rı sı­naq­dan ke­çi­rir­di, mə­nim üs­tüm­də eks­pe­ri­ment­lər apa­rır­dı.

Mü­sa­bi­qə­yə Du­bay­da­kı bir ne­çə həbs­xa­na­dan "gö­zəl­lər" gəl­miş­di. Şərt­lə­rə gö­rə, yax­şı oxu­ma­lı, rəqs elə­mə­li və han­sı dil­də olur-ol­sun şe­ir oxu­ma­lıy­dın. Mən də şe­ir oxu­dum. Öz şei­ri­mi, da­ha doğ­ru­su, ağ­lı­ma gə­lən mis­ra­la­rı şe­ir əvə­zi­nə sı­rı­dım on­la­ra. Biz­də ha­mı oxu­ma­mış şair­dir axı. Əsa­sı­nı, yə­qin, bi­lir­sən. Gö­zəl bə­dən qu­ru­lu­şu, am­ma lüt-ür­yan mün­sif­lə­rin qa­ba­ğın­da da­yan­ma­lı­san və bi­rin­ci ye­ri tut­maq is­tə­yir­sən­sə, on­la­rın ha­mı­sı­na o mə­sə­lə... Mün­sif­lər də ki, özün bi­lir­sən də... Ha­mı­sı var­lı-hal­lı. Ora elə-be­lə adam gəl­mir­di. Gə­rək ci­bin və port­ma­na­tın do­lu olay­dı.

Mah­mud əv­vəl­cə bu şər­tə ra­zı ol­ma­dı, yə­ni on­la­rın mə­nim­lə növ­bə ilə yat­maq­la­rı­na... Am­ma mə­ni ta­mam iti­rə­cə­yin­dən qorx­du və ta­le­yi­nə bo­yun əy­di.

Mü­sa­bi­qə­də qa­lib gəl­mə­yim hə­ya­tı­mı ta­mam də­yiş­di. Mə­nim çıl­paq şə­kil­lə­rim in­ter­net­də yer­ləş­di­ril­di, Du­bay­da çı­xan in­gi­lis­dil­li qə­zet­lə­rin bi­rin­də qı­sa mə­lu­mat ver­mək­lə ki­fa­yət­lən­di­lər. Xa­ric­də isə mə­lu­mat­lar gen-bol ya­yıl­mış­dı. Çün­ki mü­sa­bi­qə­nin təş­ki­lat­çı­la­rın­dan bi­ri Al­ma­ni­ya­nın han­sı­sa fe­mi­nist qu­ru­muy­du.

Bu mü­sa­bi­qə ərəb öl­kə­lə­rin­də bö­yük hay-kü­yə sə­bəb ol­du. İs­lam fa­nat­la­rı həbs­xa­na rəh­bər­li­yi­ni və bi­zi ölüm­lə hə­də­lə­mə­yə baş­la­dı­lar. Hət­ta bir ne­çə də­fə həbs­xa­na­ya bas­qı da yap­dı­lar, ora­nı yan­dır­maq cəhd­lə­ri də ol­du. Al­la­hım mə­ni bu də­fə də dar­da qoy­ma­dı. Nə­dir, elə bi­lir­sən, fa­hi­şə­lə­rin al­la­hı ol­mur?

Tə­bii, son söz­lər mə­nə ün­van­lan­mış­dı və mən müd­rik adam­lar ki­mi su­sur­dum.

- Bir gün həbs­xa­na­da ha­mı bir-bi­ri­nə dəy­di. Bi­zə tap­şır­dı­lar ki, otaq­la­rı­mı­zı sə­li­qə­yə sa­laq və gə­lə­cək qo­naq­la­rın ya­nın­da ar­tıq-əs­kik da­nış­ma­yaq. Son­ra­dan bil­dim ki, gə­lən qo­naq Tür­ki­yə­nin Du­bay­da­kı kon­su­lu Or­hun bəy­dir. O, həbs­xa­na­da sax­la­nı­lan soy­daş­la­rı­na baş çək­mə­yə gəl­miş­di. De­yə­sən, bu­ra­da sax­la­nı­lan qa­dın­lar­dan kim­sə kə­na­ra mək­tub ötü­rə, və­ziy­yə­ti­nin pis ol­du­ğu­nu çat­dı­ra bil­miş­di. Biz hə­min qa­dı­nın kim­li­yi­ni so­na qə­dər öy­rə­nə bil­mə­dik.

Həbs­xa­na­da sax­la­nı­lan qa­dın­la­rın və­ziy­yə­ti­nin çox yax­şı ol­du­ğu­nu gös­tər­mək üçün tür­ki­yə­li el­çi­ni mə­nim də ka­me­ra­ma gə­tir­di­lər. Əs­lin­də, o, mə­nə gö­rə həbs­xa­na­ya gə­lib­miş. Or­hun bəy mə­nim şək­li­mi gö­rən ki­mi aşiq ol­muş­du və son­ra­lar bu­nu eti­raf et­di. O, ya­ra­şıq­lı bir in­san idi. Saç­la­rı çal­laş­mış­dı, ya­şı 50-ni haq­la­mış olar­dı. Mah­mud­la da­nı­şıb ki, mə­ni sat­sın, yə­ni pa­ra əvə­zi­nə, vax­tın­dan əv­vəl azad­lı­ğa bu­ra­xıl­ma­ğım haq­qın­da mə­sə­lə qal­dı­rıl­sın. Öz qiy­mə­ti­mi hə­lə də bil­mi­rəm. Hər hal­da, az məb­ləğ ol­maz, yə­qin.

Mə­nim həbs­xa­na­dan çıx­ma­ğım və Du­bay­dan get­mə­yim Mah­mu­da da sərf edir­di. Gö­zəl­lik mü­sa­bi­qə­si­nin qa­li­bi olan bir fa­hi­şə­dən ca­nı­nı qur­tar­maq­la is­lam­çı­la­rın hə­də­lə­rin­dən də azad olar­dı. Həm də onun mə­nim ba­rəm­də uy­dur­du­ğu ci­na­yət işi qon­dar­may­dı. Bu­nu çox­la­rı bi­lir­di. Or­hun bəy mü­sa­bi­qə­yə tə­sa­dü­fi ta­ma­şa­çı ki­mi gəl­mə­miş­di. Onun Du­bay zən­gin­lə­ri və yük­sək rüt­bə­li­lə­ri­lə ge­niş əla­qə­lə­ri var­dı. Ata­sı­nın he­sa­bı­na. Ata­sı bir za­man­lar bu­ra­da hər­bi at­ta­şe ol­muş­du. O bi­ri tə­rəf­dən isə Azər­bay­can özü­nün kon­sul­luq sə­la­hiy­yət­lə­ri­ni mü­vəq­qə­ti Tür­ki­yə­yə ver­miş­di. Çün­ki ye­ni­cə müs­tə­qil ol­muş­du və xa­ric­də el­çi­lik­lə­ri yo­xuy­du.

Bü­tün bun­la­rı mən son­ra­dan bil­dim, da­ha doğ­ru­su, Or­hun bəy özü mə­nə da­nış­dı. Yox­sa ki, mən bu dip­lo­ma­tik mə­sə­lə­lə­ri ha­ra­dan bi­lir­dim?!

Həbs­xa­na­dan bı­ra­xı­lan ki­mi, yə­ni öl­kə əra­zi­sin­dən hə­lə çıx­ma­mış kon­su­lun ma­şı­nı mə­ni sə­fir­li­yə gə­tir­di. Şər­tə gö­rə, mən bu­ra­dan ekstra­di­si­ya olun­ma­lıy­dım, ön­cə İs­tan­bu­la apa­rıl­ma­lı, son­ra Ba­kı­ya gön­də­ril­mə­liy­dim. Biz ge­cə rey­si­lə İs­tan­bu­la gəl­dik. Ah, gö­zə­lim İs­tan­bul! Yə­qin an­la­yır­san ki, mən Ba­kı­ya qa­yıt­ma­dım. Or­hun bəy bu mə­sə­lə­ni ne­cə həll elə­di, öy­rə­nə bil­mə­dim. O, cid­di mə­sə­lə­lə­ri mə­nim­lə mü­za­ki­rə et­mir­di.

Or­hun bəy əv­vəl­cə mə­ni İs­tan­bul­da tut­du­ğu ev­də sax­la­yır­dı. İs­tə­mir­di ki, kim­sə onun bir fa­hi­şə ilə ya­şa­dı­ğı­nı bil­sin. Çün­ki mü­sa­bi­qə ba­rə­də mə­lu­mat­lar bu­ra da çat­mış­dı. Hə­lə bəl­kə Ba­kı­da da bu­nu bi­lir­di­lər.

- Yox, biz sə­nin ba­rən­də Tür­ki­yə mət­bua­tın­dan xə­bər tut­muş­duq. Mo­del olan­dan son­ra, - de­dim.

- Mən­sə elə bi­lir­dim ki... Nəy­sə... Or­hun bə­yin heç ki­mi yo­xuy­du. Ar­va­dıy­la 11 il ya­şa­mış­dı, am­ma son­ra­dan ay­rıl­mış­dı­lar, va­ri­si də yox idi. Bir il ay­rı ya­şa­dıq­dan son­ra o, mə­ni ata­sın­dan qal­ma ma­li­ka­nə­yə gə­tir­di. Ata­sı or­du­da ge­ne­ral ol­muş­du.

Sən ma­li­ka­nə­ni gör­mə­mi­sən, çox gö­zəl­dir, Mər­mə­rə­nin düz sa­hi­lin­də yer­lə­şir. Vaxt gə­lər, mən sə­nə ora­nı gös­tə­rə­rəm. Bur­dan ma­li­ka­nə­yə 3-4 ki­lo­metr an­caq olar.

Or­hun bəy mə­ni çox se­vir­di, ona gö­rə də öl­məz­dən ön­cə mə­nim ar­zu­la­rı­mı hə­ya­ta ke­çir­miş, "Ba­har çi­çək­lə­ri" gö­zəl­lik sa­lo­nu­nu aç­dır­mış, sən ba­yaq onu gör­dün, gö­zəl­di, elə­mi? - ba­şım­la təs­diq­lə­dim, - və­rə­sə­lik hü­qu­qu­nu da mə­nə ver­miş­di. Onun ürək­tut­ma­sı var­dı və ge­cə­lə­rin bi­rin­də ürək­tut­ma­sın­dan ke­çin­di. Çox qorx­muş­dum. Onun ölü­sün­dən yox, tək qal­ma­ğım­dan. İlk gün­lər nə edə­cə­yi­mi bil­mir­dim. Sağ ol­sun dost­lar, mə­ni bu və­ziy­yət­dən çı­xar­dı­lar.

- Dost­la­rın ara­sın­da Sər­dar Kü­çük­bəy də var­dı, yə­qin? - de­yə söz at­dım.

- Yox, biz onun­la son­ra­lar ta­nış ol­mu­şuq. Özü də mən Or­hun bə­yə sə­da­qət­liy­dim.

"Or­hun bə­yə sə­da­qət­li­ydim". Zü­ley­xa­nın bu fik­ri, yə­ni keç­miş za­man­da da­nış­ma­sı çox mə­sə­lə­yə ayı­dın­lıq gə­tir­di. Am­ma bu mə­nim ve­ci­mə de­yil­di. Qa­tar çox­dan get­miş­di.

- İn­di mən İs­tan­bul zən­gin­lə­rin­dən bi­ri­yəm. Çox is­tər­dim ki, Ba­kı­ya ge­dim, köh­nə məh­lə­mi­zi gö­rüm. Am­ma qor­xu­ram, - Zü­ley­xa ani pau­za­dan son­ra de­di.
- Sə­nin mə­həl­lən ar­tıq yox­dur, qon­şu­lar da kö­çüb. Ora­nı çox­dan sö­küb­lər. İn­di bi­zim mə­həl­lə­miz­də göy­də­lən­lər uca­lır.
Mə­nim bu söz­lə­ri­m­dən o xey­li pəj­mür­də ol­du.

- Duş­xa­na­nı da sö­küb­lər, yə­qin? - öz-özü­nə pı­çıl­da­dı, son­ra və san­ki qor­xa-qor­xa, - bəs Yu­sif? On­dan nə xə­bər var, - de­yə so­ruş­du.
- Yu­sif şə­hid ol­du, - de­dim.
- De­mə­li, mən düz elə­mi­şəm, ca­van bir şə­hi­din dün­ya­dan na­kam get­mə­si­nə im­kan ver­mə­mi­şəm, - de­di və nə­dən­sə gül­dü.

Mən din­mə­dim. Bu ne­cə gü­lüş idi? Onun əsəb­dən­mi, se­vinc­dən­mi gül­mə­yi­ni ayırd et­mə­yə ça­lış­dım. O da mə­nim ba­xış­la­rı­mı tut­du, san­ki özü­nü yı­ğış­dır­dı və yə­qin ki, kön­lü­mü ələ al­maq üçün qə­fil­dən:
- Biz­dən də ya­zı­çı çı­xar­mış, - de­yə gül­dü.
- Ba­kı­ya ni­yə qa­yıt­ma­dın?

- Mə­ni or­da göz­lə­yən yox idi. Həm də mən şöh­rət­liy­dim. İs­tə­mir­dim ki, nü­fu­zu­ma xə­ləl gəl­sin. Mən ora­da­kı qə­zet­lə­rin qı­naq və gü­lünc ye­ri ola bi­lər­dim.
Biz bir müd­dət da­nış­ma­dıq, san­ki da­nış­ma­ğa sö­zü­müz yo­xuy­du. Bəl­kə elə ona gö­rə də Zü­ley­xa ayaq­yo­lu­na get­di.
Mən in­di İs­tan­bu­lun ən gö­zəl yer­lə­rin­dən bi­rin­də otu­rub, ət­ra­fı seyr edir­dim. Dü­nən­ki konf­ran­sı xa­tır­la­yır­dım.

davamı
XS
SM
MD
LG