Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:37

Qaddafinin qüvvələri Benghazidən geri çəkilir


Tripolidə raket zərbələri ilə dağıdlmış və Gaddafinin qərargahı olduğu deyilə binanın qalıqları, 21 mart 2011
Tripolidə raket zərbələri ilə dağıdlmış və Gaddafinin qərargahı olduğu deyilə binanın qalıqları, 21 mart 2011
BMT Təhlükəsizlik Şurası martın 21-də qapalı toplantıda Liviya ətrafında vəziyyəti müzakirə edəcək.

Adının çəkilməsini istəməyn diplomatlardan biri deyib toplantını Liviyadan gələn məktub və Rusiyanın xahişi ilə Çinin təmsilçiləri çağırıblar.

Liviya lideri Muammar Qaddafi həmin məktubunda onun rejiminə qarşı beynəlxalq koalisya qüvvələrinin başladığı hərbi əməliyyatalara görə BMT Təhlükəsizlik Şurasının məsuliyyət daşıdığını qeyd edir. Həmin əməliyyat Şuranın ötən həftə qəbul etdiyi qərarla başlayıb.

***

Qaddafi rejiminə qarşı yaradılan beynəlxalq koalisya qüvvələri məlumat verib ki, Liviya müxalifətinin yaratdıqları Milli Şuranın yerləşdiyi Benghazi şəhəri ətrafından Gaddafinin ordusu geri çəkilib. Komandalıqda hesab edirlər ki, Gaddafiyə tabe olan silahlı qruplar ya döyüşmək istəmirlər, ya da buna imkanları qalmayıb, ona görə geri çəkilirlər.

Koalisiya qüvvələri BMT-nin təsdiq etdiyi uçuşlara qadağa zonasının genişləndirildiyini bildirir.

Buna baxmayaraq, Gaddafiyə bağlı qüvvələr müxalifətin əlində olan Liviya paytaxtı Tripoliyə yaxın Misrata şəhərinə hücumlarını davam etdirirlər. Müxalifət martın 21-də Gaddafi qüvvələrinin bu şəhərə hücumları zamanı 11 nəfərin həlak olduğunu bildirir.

***

Qaddafi rejiminə qarşı BMT sanskiyalarını icra edən koalisiya qüvvələri hərbi əməliyyatlarını davam etdirirlər. Fransa, Britaniya, ABŞ, İtaliya, Kanada və başqa ölkələrin qoşulduqları koalisya artıq "No-Fly Zone" qadağasının həyata keçdiyini bildirir.

Qaddafi rejiminin elan etdiyi atəşkəs bəyanatını ABŞ rədd edib. Vaşinqtonda hesab edirlər ki, bunlar yalnız sözdüq, əslində Qaddafiyə tabe olan silahlı qüvvələr dinc sakinlərə qarşı əməliyyatlarını davam etdirirlər.

Hazırda Qaddafinin özününü harda olduğu bəlli deyil.

Həmçinin bax:
Liviya rəsmiləri bazar günü paytaxt Tripoliyə atılan raketin Qaddafinin şəxsi qərargahının yerləşdiyi binanı dağıtdığını deyirlər. ABŞ hərbi dəniz donanmasının rəsmisi vitse-admiral William Gortney deyir ki, hava zərbələri Qaddafinin özünü hədəfə almır

- Bu hücumlar yalnız rejimin əlində olan havadan müdafiə sistemlərinin məhvinə yönəlib. - Deyən Gortneyin sözlərinə görə Qaddafinin əlində olan SA-5 tipli yer-hava raketləri koalisiya qüvvələrinə hücum edəb bilər.

Liviya müxalifətinin əlində olan Benghazi şəhəri yaxınlığında da Qaddafinin tankları və başqa hərbi texnikasına havadan hücunlar endirildiyi bildirlir.

Ərəb Liqası Liviyaya qarşı hərbi əməliyyatları tənqid edib. Liqanın rəhbəri Amir Moussa Misirdə bildirib ki, hazırda aparılan hərbi əməliyyatlar indiyə qədər onların müdafiə etdikləri qərarların hüdudlarını aşır. Ərəb ölkələrinin tənqidi Qərb koalisiyasında diplomatik dəstəklə bağlı narahatçılıq yaradıb.

Koalisiya düşərgəsindən dərhal bəyanat səslənib ki, Qərb qüvvələri heç bir mülki obyektə hücum etmirlər.

Hücumlardan əvvəl Ərəb Liqası Liviyaya qarşı beynəlxalq sanskiyaların lehinə çıxış edirdi. Fransa prezidenti Sarkozy isə hətta belə bir bəayanat vermişdi ki, sanksiyaların həyata keçirilməsində Misirin hərbi təyyarələri də birbaşa iştirak edəcək.
XS
SM
MD
LG