Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:37

Borc içində...


Borc içində
Gözlə
Embed

No media source currently available

0:00 0:52:02 0:00
Direct-ə keçid

"İşdən Sonra" da əhalinin banklara olan borcları müzakirə edilir

Azərbaycanda kredit faizləri ən azı bu il aşağı düşməyəcək
«İşdən sonra» proqramında Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov və ekspertlər Nazim Məmmədovla Samir Əliyev vətəndaşların banklara olan borcları və bankların fəaliyyəti barədə fikirlərini bölüşürlər.

Xədicə İsmayılova:

- Eldar müəllim, deyirlər ki, banklarda «şapka» məsələsi var. Kommersiya bankları bunları şəxsi söhbətlərdə etiraf edirlər. Banklar Assosiasiyasının prezidenti olaraq Siz nə deyirsiniz? Vətəndaşlara kredit vermək üçün banklar Mərkəzi Bankdan kreditlər alanda, «şapka» tələbi ilə üzləşirlərmi?

Eldar İsmayılov:

- «Şapka» rus sözüdür. Onu mən dəqiq deyə bilmərəm nə ilə üzləşirlər.

Xədicə İsmayılova:

- Yəni rüşvət verməli olurlarmı?

Eldar İsmayılov:

- Açığı, mən o prosesdə iştirak etmirəm. Verib vermədiklərini deyə bilmərəm. Özləri bilər.

Xədicə İsmayılova:


- Sizə şikayət edən olubmu bununla bağlı?

Eldar İsmayılov:

Nazim Məmmədov
- Xeyr. 5 ildir mən bu vəzifədəyəm. Bir dəfə də olsun müraciət edən olmayıb. Bilirsiniz, Azərbaycandır da, Qafqazdır. Bütün ölkələrdə bir-birinə hörmət-zad ola bilər. Amma o «şapka» məsələsi 15-20 ilin söhbəti idi. Mənə elə gəlir ki, indi o başqa bir formalara keçib.

Xədicə İsmayılova:


- Başqa hansı formalara keçib, Eldar müəllim?

Eldar İsmayılov:

- Nə bilim, maraqlar ola bilər. Kimsə kimə isə deyir ki, mən iştirak edirəm sənin biznesində, mən sənə kömək edirəm. Bu formalar özü də təbii formalardır da. Kommersiya bankları çox vaxt elə-belə kredit verirdilər və iştirak edirdilər. İndi ola bilər ki, hansısa biznesdə onların maraqları uzlaşır.

Nazim Məmmədov:


- Eldar müəllim çox ziyalı adamdır. Mən onu şəxsən tanıyıram. Bank sahəsində kifayət qədər savadı və obyektivliyi ilə seçilən adamdır. İstədiyimiz odur ki, iqtisadi məsələlərdə siyasət axtarmayaq. İqtisadi məsələlərin iqtisadi əsasları varsa, bunu həll etmək lazımdır. Bizim Mərkəzi Bankla heç bir düşmənçiliyimiz yoxdur. Ancaq bizimlə təmasda olan kifayət qədər insanlar Azərbaycanda olan reallıqları deyirlər. Biz bunları səsləndirməklə bir daha deyirik ki, bu məsələləri nə qədər tez həll etmiş olsaq, bir o qədər Azərbaycan iqtisadiyyatına xeyir vermiş olacağıq.

Eldar İsmayılov:

Samir Əliyev
- Düz buyurursunuz ki, inkişafın sonu yoxdur. Mən bu proseslərə qiymət verəndə, həmişə gözümün qabağında torpaqlarımız durur. Kimsə çox qazandı, az qazandı, bu, ikinci dərəcəlidir. Biz müzakirə etməliyik. Düzdür. Millətin puludur, dövlətin puludur, bunu necə faydalı istifadə edək, nə qədər nisbilik saxlayaq Azərbaycanda, dövlət qurumları, kommersiya qurumlarını necə saxlayaq - bu məsələləri düşünmək lazımdır. O biri sektorlara nisbətən Milli Bank çox irəli gedib. Orada da düşünən adamlar var.

Samir Əliyev:

- Mərkəzi Bankın son məlumatına əsasən, kredit qoyuluşu azalıb. 9.1 milyarddan 8.3 milyarda düşüb və vaxtı keçmiş kreditlərin həcmi artıb. Ölkədə inflyasiya ikirəqəmlidir. Yəni, 10-11 faiz inflyasiya olan ölkədə kredit faizləri 4-5 faiz ola bilməz. Bütün bu amillər onu göstərir ki, Azərbaycanda kredit faizləri ən azı bu il aşağı düşməyəcək, əksinə arta bilər...

XS
SM
MD
LG