Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:19

HRW: Azərbaycan hökuməti tənqidçilərini susdurur


Mayın 4-də Azərbaycan məhkəməsi bir müxalif mövqeli social media fəalına narkotik saxlama saxta ittihamıyla iki il yarım iş kəsib. Mayın 3-də bir insan haqları müdafiəçisi 2010-cu il noyabr parlament seçkilərinə guya müdaxilə etdiyinə görə həbs olunub. Qərargahı Nyu-Yorkda yerləşən Human Rights Watch hüquq-müdafiə təşkilatı mayın 5-də bu barədə bəyanat yayıb.

“Azərbaycan hökuməti ölkədə tənqidi səsləri susdurmaq istəyir. Məqsəd Şimali Afrika və Yaxın Şərqdəki etirazların Azərbaycana yayılmasının qarşısını almaqdır,” bəyanatda belə deyilir.

“Son iki nümunə hökumətin tənqidi səsləri necə susdurmaq istəməsini göstərir. Avropa Şurasının üzvü olan bir dövlətin belə açıq-aşkar repressiya aparması adamı şoka salır”, bunu isə Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktor əvəzi Rachel Denber deyir.

BİRİNCİ DƏFƏ DEYİL Kİ...

Mayın 4-də Sumqayıt şəhər məhkəməsi AXCP gənclər təşkilatının üzvü, 20 yaşlı
Rachel Denber
Cabbar Savalanlıya 2 il yarım iş kəsib. Savalanlının ittiham olunduğu narkotik saxlama ittihamını yerli hüquq müdafiəçiləri də əsassız, qondarma sayır, onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyirlər. Savalanlı sosial şəbəkələrin fəal istifadəçisi olub, şəbəkələrdə hakimiyyət əleyhinə, onların istefasını tələb edən şərhlər yerləşdirib.

Human Rights Watch xatırladır ki, hakimiyyət narkotik saxlama ittihamından tənqidçilərinə qarşı birinci dəfə deyil ki, istifadə edir. 2010-cu ildə jurnalist Eynulla Fətullayev də eyni ittihamla 2.5 cəza alıb. Ondan əvəlsə Azadlıq qəzetinin yazarı Mirzə Sakit həmin ittihamla üç iləcən həbs cəzası çəkib.

Savalanlının vəkili Anar Qasımov Human Rights Watch-a deyib ki, məhkəmədən sonra yerli polis rəsmisi onu “dövlətin maraqları əleyhinə işlədiyi üçün” mümkün təzyiqlə hədələyib.

O, DƏRHAL AZAD OLUNMALIDIR

Mayın 3-də isə Nəsimi Rayon Məhkəməsi hüquq müdafiəçisi Vidadi İsgəndərova qarşı iki aylıq həbs qəti imkan tədbiri seçib. O, 2010-cu il parlament seçkilərinə- səsvermə hüququna və seçki komissiyalarının işinə müdaxilədə ittiham olunur. Təşkilat xatırladır ki, İsgəndərov fırıldaqçı tikinti şirkətlərinin aldatdığı sakinlərin, həmçinin polis zorakılığına məruz qalanların hüquqlarını müdafiə edib. Ötən illərdə DİN rəsmiləri ona qarşı bir neçə dəfə diffamasiya ittihamı qaldırsalar da, o, məhkum olunmayıb. Seçkilərdən sonra isə İsgəndərov polisə və prokurorluğa özünün namizəd olduğu Ağdaş-Göyçay seçki dairəsində seçki saxtakarlıqlarını göstərən video materiallar təqdim edib. Ancaq hakimiyyət bu iddiaları araşdırmayıb.

Human Rights Watch qeyd edir ki, İsgəndərov aprel ayı ərzində iki dəfə müxalifətin aksiyalarında saxlanıb. Onun ikinci həbsi başa çatan gün hakimiyyət hüquq müdafiəçisinə qarşı yeni ittiham irəli sürüb.

“İsgəndərova qarşı yeni ittihamların vaxtı açıq-aydın göstərir ki, bu, onu fəallığına görə cəzalandırmağa yönəlmiş cəhddir. O, dərhal azad olunmalıdır,” Rachel Denber belə deyir.
XS
SM
MD
LG