Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:18

ABŞ Qaddafinin pullarını üsyançılara verə bilər


Liviyalı üsyançı üzərində "Qaddafi - həyat üçün təhlükəlidir" qeydi olan siqaret qutusu ilə.
Liviyalı üsyançı üzərində "Qaddafi - həyat üçün təhlükəlidir" qeydi olan siqaret qutusu ilə.
Üç aya yaxındır ki, Liviya lideri Muammar Qaddafi ilə üsyançılar arasında döyüşlər davam edir.

Onilliklər boyu özünə böyük var-dövlət toplamış Qaddafiyə sadiq qüvvələrin maliyyə sıxıntısı keçirməsi haqda bir məlumat olmasa da, üsyançılar Qərb ölkələrindən “nəğd pul yardımı” xahiş edirlər.

Mayın 5-də İtaliyada Liviya üzrə Beynəlxalq Əlaqələndirmə Qrupunun toplanıtısından üsyançılara xoş xəbər gəldi.

Bildirildi ki, ABŞ, Avropa ölkələri və bir sıra Yaxın Şərq dövlətinin üzv olduğu Liviya üzrə Əlaqələndirmə Qrupu üsyançılar üçün

“Müvəqqəti Maliyyələşdirmə Fondu”

yaradır.

Küveyt həmin fonda 180 milyon dollar köçürməyə boyun olub. Başqa ölkələr də yardım söz veriblər.

Amma bu vədlərin hamısı yerinə yetirilsə belə, üsyançıların öz təcili ehtiyacları üçün istədikləri 2-3 milyard dolları yəqin ki toplamaları mümkün olmayacaq.

Amma bundan təxminən 10 dəfə artıq vəsait Amerika banklarında yatır. ABŞ prezidenti Obamanın göstərişi ilə Qaddafi və ona yaxın şəxslərin Amerika banklarındakı 30 milyard dollardan çox pulu dondurulub.
NATO təyyarələri üsyançılara havadan dəstək verməkdə davam edir.

İndi ABŞ deyir ki, dondurulan pullardan üsyançılara yardım edilə bilər

Amma bu elə də asan məsələ deyil.

Əvvəla bəzi Avropa və Asiya ölkələrindən fərqli olaraq Amerika hələ ki üsyançıların hökumətini rəsmən tanımayıb.

Beynəlxalq sanksiyalar üzrə ixtisaslaşan vaşinqtonlu vəkil Erich Ferrari deyir ki, hətta ABŞ üsyançıların hökumətini tanısa belə, dondurulan pulları asanlıqla üsyançılara ötürmək mümkün olmayacaq.

Çünki burada Amerika üçün böyük risk var.

“Təsəvvür edin ki, ABŞ bütün pulları verir üsyançılara. Bəs, birdən Qaddafi hakimiyyətdə qalsa? Bu vəziyyətdə siz pulları faktiki qeyri-dövlət qurumuna verirsiz, halbuki həmin pullar Liviyaya məxsusdur”.

Amma ekspertlər bu fikirdədirlər ki, hətta üsyançılar Qaddafini məğlub edib Liviyada hakimiyyəti ələ keçirsələr belə, yenə də Amerikada dondirulan pullara tezliklə sahib ola bilməyəcəklər.

Amerikanın Maliyyə Nazirliynidə çalışmış Hal Eran deyir ki, hakimiyyətə gəldikdən
Qəddafinin oğlu Seyf əl-İslam
sonra üsyançılar idarəçilik qabiliyyəti nümayiş etdirməli, bankarda etibarlı adamların çalışdığını sübut etməlidirlər ki, dondurulmuş pullar Liviyaya qaytarılsın.

Bundan başqa pul indidən verilsə,

Qaddafi hələ də hakimiyyətdə olduğunu bildirib məhkəməyə müraciət edə bilər

Bəs, əgər Qaddafi qaçsa necə? Hal Eranın cavabı belədir.

“O zaman məsələ asanlaşa bilər. Hakimiyyətə gələn üsyançılar hüquqi problem çıxdığı an deyə bilərlər ki, Qaddafi həmin pulları xalqdan oğurlayıb və biz həmin pulları Liviya xalqına qaytarmaq istəıyirik”.
XS
SM
MD
LG