Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:53

BMT-nin xüsusi nümayəndəsi Liviyaya gedib


BMT-nin xüsusi nümayəndəsi Liviya rəhbəri Muammar Qaddafi rejimi ilə danışıqlarda atəşkəsin elan olunmasının vacibliyini vurğulayıb. BMT-nin sözçüsü Martin Nesirky-nin sözlərinə görə, Liviya rəsmiləri xüsusi nümayəndə Abdul-Ilah al-Khatibə deyiblər ki, onlar danışıqlara hazırdılar. Amma onların atəşkəslə bağlı mövqeləri barədə məlumat verilmir.
Liviyada yaranmış münaqişə nəticəsində 1000-dən çox adamın öldüyü deyilir.

Abdull-İllah al-Khatib Tripoliyə mayın 15-də gedib. O, Liviyanın xarici işlər naziri Abdelati Laabidi və rejimə dəstək verən tayfa liderləri ilə görüşüb. Amma o hələ də Qaddafi ilə görüşməyə nail olmayıb.
XS
SM
MD
LG