Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:36

«B. Hacıyevin həbsi hökumətin fərqli fikri susdurmaq cəhdidir»


Bəxtiyar Hacıyev (solda) məhkəmə proseslərindən birində, 19 aprel 2011
Bəxtiyar Hacıyev (solda) məhkəmə proseslərindən birində, 19 aprel 2011
«Gənc fəal Bəxtiyar Hacıyevin həbsi, döyülməsi və indi isə azadlıqdan məhrum edilməsi Azərbyacan hökumətinin fərqli fikri susdurmaq cəhdlərinin nümunəsidir».

Bunu mayın 20-də «Human Rights Watch» insan hüquqları müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Rachel Denber deyib. Təşkilat gənc fəalın həbsində «siyasi motiv» görür.

Bəyanatda qeyd olunur ki, hökumət ona qarşı ittihamları dərhal aradan qaldırmalı, onu azad etməli və həbsxanada üzləşdiyi münasibəti araşdırmalıdır.

«Human Rights Watch» Avropa Parlamentinin sədri Jerzy Buzekdəni gənc fəalın azadlığa buraxılmasına kömək etməyə çağırır.

«Jerzy Buzek Azərbaycan hökumətini tənqidi boğmağa son qoymağa və sadəcə baza hüquqlarından istifadə etdiyinə görə saxladığı adamları azadlığa buraxmağa təkid etməlidir».

Rachel Denber qeyd edib ki, «Avropa Birliyi də bildriməlidir ki, Azərbaycanla yalnız o zaman iqtisadi və siyasi əlaqələri dərinləşdirəcək ki, hökumət insan haqları sahəsində vəziyyəti yaxşılaşdırsın».

Bəxtiyar Hacıyev mayın 18-də Gəncənin Nizami rayon məhkəməsi tərəfindən iki il müddətinə azadlıqdan məhrum edilib.

Gənc fəal qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə ittiham olunur. Amma özü və vəkilləri onun əslində internetdə müxalifət mövqeli fəaliyyətinə görə təqiblərə məruz qaldığını bildirirlər.
XS
SM
MD
LG