Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:38

Harada dincəlmək olar?


Arxiv şəkil
Arxiv şəkil
«İşdən sonra» proqramında yazıçı Əli Əkbər, telejurnalist Aynur Talıbova və BMT-nin Turizmin İnkişafı Layihəsinin milli koordinatoru Faiq Qürbətov bu suala cavab

Əli Əkbər:
Əli Əkbər
«Azərbaycanda dincəlməyin deyə müraciət ilk deyil, keçən ildə də imzalanmışdı. Və o imzalanandan sonra Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev mətbuat konfransında bildirmişdi ki, 50 faiz endirim etmələri üçün bütün otellərə tapşırıq verilib. Bundan sonra Azərbaycan xalqının Gürcüstana, xaricə getmələrinə ehtiyac qalmadığını bildirdi. Əlbəttə bizim də ən böyük arzumuz odur ki, öz ölkəmizdə dincələk. Azərbaycanda istirahət etmək üçün kifayət qədər məkan var. Amma biz sevinsək də sevcincimiz çox uzun sürmədi. Biz qısa müddət sonra qiymətlərin nəinki 50 faiz endirildiyinin,hətta daha da yüksədiyinin şahidi olduq. Vəziyyət yenə də bərbaddır. Bir azərbaycanlı ailəsi bu gün Azərbaycanın heç bir istirahət zonasında münasib qiymətə dincələ bilməz».

Aynur Talıbova:
Aynur Talıbova
«Nazir müsahibələrinin birində etiraf edib ki, qiymətlər mənim əlimdə deyil. Biz heç bir şey edə bilmirik. Nazir öz nazirliyini nəzərdə tutur hər halda və başqalarının yerinə danışa biləcəyini zənn etmirəm. Son zamanlar çox uzun tətillər yaşamağa başlamışıq. 2 günlük bayram bəzən 10 günlük tətilə çevrilir. Və tətillər başlayan kimi ölkədə heç kim qalmır. Və böyük əksəriyyət Gürcüstana üz tutur. Bunun da bir neçə səbəbi var. Qış və yay turizmi nöqteyi-nəzərindən infrastrukturun olması və ən önəmlisi qiymət faktorudur».

Faiq Qürbətov:
Faiq Qürbətov
«Qiymətlər istehlakçılarının əlindədir. Çünki bazarın belə bir qanunu var ki, tələb təklif məsələsi. Ümumiyyətlə niyə azərbaycanlılar xaricə getməsinlər? Niyə məhz azərbaycanlılar öz ölkələrində istirahət etməlidirlər? Qiymətlərin tənzimlənməsi məsələsi istehlakçılarla istehsalçılar arasında baş verməlidir. Mən inanmıram ki, sabah otellər qiymət bahalığından boş qaldığı halda onlar qiymətləri endirməsinlər. Bayramlarda o məşhur otellərdə yer tapmaq mümkün deyil. Onlar da buna rəğmən öz qiymətlərini endirmirlər».

Verlişi tam dinləmək üçün:

XS
SM
MD
LG