Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:23

Məhəmməd Rza Ləvai. Aramızda mən boyda sərhəd


I

Təbəssümün allahımdır, oğlum
Və göz yaşların cəbrayıl tökür ovcuma
Bu peyğəmbərlərin vəhy səhrasına
Həzin-həzin ağlarsan hər gecə yorğan altda
Hardasa yağmur utanıb yerə girər!
Tom and cery silinər televiziyadan
Hər gecə Əhməd Kayanın mahnılarını
Bağrına basıb yatarsan
Və hər səhər Fars kanalları dişləyər yuxularını
Gündə min dəfə ata məni atıb tutarsan
Aramızda mən boyda sərhəd varmış oğlum bağışla
Nə sən bu sərhəddi keçə bildin nə mən
Səni bayraq yondum Təbrizə bir axşam
Qaldır türk bayrağını qaldır
Təbəssümünü yay şəhərə
Təbəssümünə tutular düşmən yandırarsan
Və dostlar təbəssümünü içib keflənərlər
Təbəssümün allahımdır oğlum

II

Təbəssümün
Bıçaq yarasıdır üzümdə
Ya türmədə yediyim şallaqdır
Təbəssümün sökər şeirimi sökər
Aç sərhədlərini ay təbrizli təbəssüm
Çək qucağına Bakını
Ya da İstanbula əmr et məni
Onsuz da dünya məhkəmədir
Və təbəssümün sonuncu mudafiəm!

III

Bu qovğa nədir?
Təbəssümünü şəhid gətirirlər şəhərə
Rahat yat ay qəhrəman təbəssüm…


kultaz
XS
SM
MD
LG