Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:26

Vladimir Doroxin: «Dağlıq Qarabağ danışıqlarında ümidlər zamanıdır»


Vladimir Doroxin
Vladimir Doroxin
«Dağlıq Qarabağ danışıqları ilə bağlı çoxlu görüşlər və məyusluqlar olub. İndi isə ümidlər zamanıdır».

Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iyunun 8-də keçirdiyi mətbuat konfransında deyib. Səfir qeyd edib ki, iyunun 11-də Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin Moskva görüşü, ayın sonunda isə üç ölkə prezidentinin Kazan görüşü ümidvericidir.

Səfir Azərbaycanla Rusiya arasında qaz anlaşmasına da toxunub: «Azərbaycan nə qədər qaz satsa Rusiya almağa hazırdır. Satılacaq qazın həcmində aşağı hədd var. Amma yuxarı hədd yoxdur. İki ölkə arasında bu il üçün qaz müqaviləsi 2 milyard kub metrdir. Amma əgər Azərbaycan öz qazını «Nabucco»ya satmaq istəsə buyursun, bu onun öz işidir».

Vladimir Doroxin Qəbələ RLS–lə bağlı da Rusiyanın mövqeyini açıqlayıb. Onun sözlərinə görə RLS-lə bağlı iki ölkə arasında imzalanan saziş 2012-ci ilin dekabrınadək qüvvədədir. Və bu obyekt Rusiyanın maraqlarını tam təmin edir.

HƏMÇİNİN OXU:

R.Kobia: «ARDNŞ prezidentinin açıqlaması Bakının yekun qərarı deyil»
Qaz siyasətində yananlar
Richard Morningstar Şahdəniz layihəsi və İrana sanksiyalar barədə
Avropa komissarı: «Azərbaycanın «Nabucco» ilə bağlı qərarını gözləyirik»
XS
SM
MD
LG