Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:50

Polkovnik Budanov öldürülüb (Video)


Polkovnik Budanov öldürülüb
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00
Direct-ə keçid

Çeçenistanda törətdiyi cinayətlərə görə 10 il azadlıqdan məhrumetmə cəzası almış polkovnik Yuri Budanov naməlum şəxs tərəfindən öldürülüb. O, Çeçenistanda, 18 yaşlı Elza Kunqayevanı işgəncə verib öldürməkdə ittiham edilmişdi. Amma 2009-cu ildə vaxtından


Çeçenistanda törətdiyi cinayətlərə görə 10 il azadlıqdan məhrumetmə cəzası almış polkovnik Yuri Budanov öldürülüb. O, Çeçenistanda, 18 yaşlı Elza Kunqayevanı işgəncə verib öldürməkdə ittiham edilmişdi. Amma 2009-cu ildə vaxtından əvvəl azadlığa çıxmışdı.

Rusiya KİV-lərinin məlumatına görə, onu iyunun 10-da naməlum şəxs güllələyib. Mediada çeçenlərin bu qətlli törətdiyi də iddia olunur. Rusiya Prokurorluğunun İstintaq Komitəsinin sözçüsü Vladimir Markin isə deyib ki, hələlik həmin iddia ilə bağlı heç bir sübut yoxdur.

Qətl günortaya yaxın Komsomol prospektində, paytaxtın mərkəzində baş verib. Naməlum adamlar ona xarici avtomobildən atəş açıblar. Bəzi xəbərlərə görə, Budanova 6 atəş açılıb, onlardan 4-ü polkovnikin başına dəyib.

İlkin məlumatlara görə, hadisəni iki nəfər törədib.

İTAR-TASS yazır ki, hadisə zamanı bir nəfər maşında gözləyib, başqası isə silahdan bir neçə dəfə Budanova atəş açıb. Hadisənin törədənlərin hərbi formada olduqları deyilir. Hadisədən sonra onların Mitsubishi Lancer maşını ilə ərazidən qaçdıqları bildirilir.

Hüquq-mühafizə orqanları deyiblər ki, hadisə zamanı qatillərin istifadə etdiyi avtomobilin yeri artıq müəyyən edilib.

Müstəntiqlər Komsomol prospektində qətlin baş verdiyi ərazidə qurulmuş müşahidə kameralarını da izləyirlər.

Vəkil Stanislav Markelov və jurnalist Anastiya Baburova Budanovun vaxtından əvvəl azad olmasına etiraz olaraq keçirdikləri mətbuat konfransından sonra öldürülmüşdülər.

İkinci çeçen müharibəsi zamanı polkovnik Yuri Budanov 160-cı tank alayına rəhbərlik edirdi. O, gənc qızın qətlindəın başqa, Çeçenistanda müxtəlif cinayətlərdə və qətllərdə şübhəli bilinirdi.



XS
SM
MD
LG