Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:03

Türkiyədə parlament seçkisini hakim AKP udub


Türkiyədə hakim partiya parlament seçkisini udub
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Türkiyədə iyunun 12-də keçirilən parlament seçkisini hakim AKP udub. Bu partiya qələbəsini bayram edərkən, ölkənin kürdlər yaşayan ərazilərində seçkinin nəticələrindən narazı qalanlarla polis arasında qarşıdurma baş verib. "Reuters" agentliyinin çəkdiklər


Seçki qutularının təxminən 99,98 faizindən alınan ilkin nəticələr aşağıdakı kimidir:

1. AKP (Ədalət və İnkişaf Partiyası) - hakim partiya 49.9%
2. CHP (Cumhuriyyət Xalq Partiyası) - ana müxalifət partiyası: 25.9%
3. MHP (Milliyətçi Hərəkat Partiyası) - müxalifət partiyası 12.9%
4. Müstəqillər - 6,65%
5. Səadət Partiyası - 1.24
6. Xalqın Səsi Partiyası - 0.76
5. Böyük Birlik Partiyası - 0.73 %


Sonuncu 2007-ci ilin seçkisinə baxanda hakim AKP səslərinin sayını 3,34, CHP 5,03 faiz artırıb. MHP isə 1,27 faiz səs itirib.

Türkiyə mediasının xəbərinə görə Baş nazir Recep Tayyip Erdoğanın Ədalət və İnkişaf Partiyası artıq üçüncü seçkidir ki, dalbadal udur. Bu partiya 2002-ci ilin seçkisində 34,28, 2007-ci ilin seçkisində 46,58, bu seçkidə isə 50 %-dən çox səs alır. Bugünnkü seçkinin nəticələri AKP-yə hökuməti təkbaşına formalaşdırmağa imkan verir. Amma bu səs AKP-yə nəzərdə tutulan Konstitusiya dəyişikliyini təkbaşına həyata keçirməyə imkan vermir. Hakim partiya bunun üçün ya, kiçik partiyalarla əməkdaşlığa gedib parlamentdə onların da dəstəyini qzanmalı, ya da məsələ referenduma çıxarılmalıdır.

Türkiyənin siyasi tarixində bir partiyanın dalbadal üç seçkini udması nadir hadisədir. Sonuncu dəfə 45 il əvvəl Adnan Menderesin Demokrat Partiyası belə bir qələbəyə imza ata bilmişdi.

-------------------------------------------------------

İyunun 12-də keçirilən Türkiyə parlamentinə seçkilər üçün səsvermə artıq başa çatıb. Yaxın saatlardan ilkin nəticələr elan ediləcək. Türkiyənin Mərkəzi Seçki Komissiyası Bakı vaxtilə axşam saat 11-ə qədər nəticələr barədə məlumatların yayılmasına qadağa qoyub.

Başqa qadağalara görə Türkiyə vaxtilə gecə saat 12-ə qədər bütün ölkə boyu heç bir halda spirtli içki satılmamalıdır. Bütün əyləncə yerləri bağlıdır, yeməkxanalar yalnız yemək verə bilərlər.

Ölkənin kürdlər yaşayan şərq əyalətlərində seçki günü təhlükəsizliyi qorumaq üçün bölgəyə çox sayda polis qüvvəsi yeridilib. Hüquq-mühafizə orqanları havadan da vəziyyətə nəzarət ediblər.

Türkiyə Cümhuriyyətinin 24-cü dönəm parlamentində yer qazanmaq uğrunda 15 siyasi partiya mübarizə aparacaq. Ümumilikdə seçkilərə 203-ü müstəqil namizəd olmaqla, 7660 depudatlığa namizəd qatılıb.

-------------------------------------------------------


Baş nazir Rəcəb Təyyib Ərdoğanın rəhbərliyi altında 2002-ci ildən hakimiyyətdə olan «Ədalət və İnkişaf Partiyası»nın (AKP) növbəti qələbəni əldə edəcəyi gözlənilir. Aparılan sorğu seçicilərin hakim partiyaya 45-47 faizinin səsini vəd edir. Bu isə ona təkpartiyalı hökuməti formalaşdırmaq imkanı verəcək. Konstitusiya islahatlarının problemsiz keçirilməsi üçün «Ədalət və İnkişaf Partiyası»nın 550 yerlik parlamentdə yerlərin üçdə ikisinə və ya 367 deputat mandatına sahib olması vacibdir. Əks halda konstitusiyaya düzəlişlər referenduma çıxarılmalı olacaq.
XS
SM
MD
LG