Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:41

Həbs olunan milli fəalların harada saxlandıqları məlum deyil


Tehrandakı etiraz aksiyalarından görüntü
Tehrandakı etiraz aksiyalarından görüntü
Bir neçə gündür ki, Təbrizdə yaşayan azərbaycanlı fəallar Səid MuğanlıSəid Nəimi həbs olunub. Səid Muğanlının bacısı Aliyə Muğanlı AzadlıqRadiosuna deyib ki, qardaşının harada saxlanması barədə ailəyə məlumat verilmir:

«8 nəfər qardaşımı çöldən tutub gətiriblər evə. Evdə axtarış keçiriblər, xeyli kitab və şəxsi əşyaları ilə birlikdə özünü də aparıblar. Bizə xəbər verən yoxdur ki, hardadır, niyə saxlayıblar, vəziyyəti necədir? Yeni aparılanda bir dəfə zəng edib, deyib Təbrizdəyəm. Bundan sonra əlaqə saxlamayıb».

Aliyə Muğanlının sözlərinə görə, Səid Muğanlı müxtəlif şairlərin şerlərini türk dilinə çevirərək nəşr edən dərgilərdən birində çalışıb. Nəşr olunan kitablar həm İranda, həm də Türkiyədə satılıb.

Səid Muğanlı bir neçə il əvvəl də həbs olunub və 3 ay həbsdə saxlanılıb.

«Bir iftar məclisində olarkən tutmuşdular. 3 ay saxladılar. Deyirdilər niyə öz dilinizdə danışırsınız, kitablar çap edirsiniz? Bunlar iftara yığışmağı da, danışmağı da cinayət bilirlər», Aliyə Muğanlı belə deyir.

«Mediaforum» saytı yazır ki, milli kimlik tələb etdiyinə görə bir ay əvvəl Təbrizdə tutulan MirKamal Sədrinin də harada saxlandığı məlum deyil.

ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları MirKamal Sədrini «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə qarşı kütləvi etirazların 5-ci ildönümü ilə əlaqədar ötən ay yazılı vərəqələr yayarkən tutublar.

Təbrizli fəalın ailəsi hüquq müdafiəçilərinə bildiriblər ki, onlar təhlükəsizlik qüvvələrinin təhdidini nəzərə alaraq MirKamal Sədrinin tutulması haqda xəbəri gizli saxlamaq məcburiyyətində qalıblar.
XS
SM
MD
LG