Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:47

Nabucco gələn ildən reallaşa bilər


İlham Əliyev və Jose Manuel Barrozo
İlham Əliyev və Jose Manuel Barrozo
Azərbaycan ilin sonuna qədər "Cənub qaz dəhlizi" məsələsində danışıqları bitirib, layihənin icrasına başlamağa ümid edir.

Brüsseldə keçirilən 22-ci Crans Montana Forumuna qatılan Azərbaycan prezidenti İlham Əliyev belə deyib.

Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso ilə görüşdə enerji təhlükəslizyi və Cənub qaz dəhlizi – Nabucco layihəsini müzakirə edib.

Görüşdən sonra keçirilən mətbuat konfransında İlham Əliyev deyib ki, Enerji təhlükəslizyi həmişə bizim Avropa Birliyi ilə münasibətlərimizin gündəliyində olub.

Barossonun yanvarda Azərbaycana səfərindən sonra biz bu istiqamətdə daha sürətlə məsafə qət eləmişik.

Səfərdən öncə də bizim yaxşı fikir alış-verişimiz var idi. Amma bu səfər və Cənud qaz dəhlizi ilə bağlı memorandumun imzalanması çox vacib məqam olub.

Azərbaycan prezidenti deyib: "Biz Cənub qaz dəhlizini dəstəkləyirik və ümid edirik ki, ilin sonuna qədər tranzit ölkələri və potensial alıcılarla müzakirələri sona çatdıracağıq. Və bununla da Azərbaycana bütün resurslarını reallaşdırmağa imkan verən və Avropa istehlakçıları üçün etibarlı qaz təchizatı mənbələri yaradacaq nəhəng layihənin icrasına başlaya biləcəyik. Bizim özümüzə və digər alıcılara 100 ildən çox kifayət edəcək qədər nəhəng qaz ehtiyatlaırmız var. Və bu gün biz bu istiqamətdə önəmli qərarlar vermək ərəfəsindəyik".


İLHAM ƏLİYEV SARKİSYANIN İDDİALARINA DA CAVAB VERDİ

İlham Əliyev mətbuat konfransında Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanda ermənifobiyanın olması və Madrid prinsiplərinə sadiq olmaması ilə bağlı açıqlamalrına da münasibət bildirib. AzadlıqRadiosunun müxbiri Rikard Jozwiakın sualına cavab verən prezident deyib ki:

"Bu təəssüf doğurur. Çünki Xocalıda, azərbaycanlı dinc sakinlərə qarşı hərbi əməliyyatlara rəhbərlik edən bir şəxsin indi Armeniafobiyadan danışması qıcıq doğurur. Azərbaycanlılar işğalın qurbanı olublar, bizim torpaqlarımız işğal edilib, ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə aparıblar və Dağlıq Qarabağın administrativ sərhədlərindən kənarda yaşayan bir neçə yüz min azərbaycanlı da öz torpaqlarından qovulub. Təbii ki, bu insanlar evlərinə qayıtmaq istəyir, bu onların fundamental haqqıdır. Azərbaycanın ərazi bütpvüyü heç bir ölkə tərəfindən sual altına alınmır və BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunan Azərbaycan ərazilərinindən çıxmasını tələb edən 4 qətnamə qəbul edib. Təbii ki, Ermənistan və Azərbaycanın münaqişəyə yanaşmaları fərqlidir. Çünki Azərbaycan Ermənistanın bir santimetr torpağını da işğal etməyib, amma Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib. Biz bu təcavüzün qurbanıyıq. Və ona görə də bizim cəmiyyətimizin mövqeyi erməni cəmiyyətinin mövqeyindən fərqlənir. Ona görə də, biz Avropa Birliyinin prezidenti Barossodan, dünya liderlərindən eşidəndə ki, status-kvo dəyişməlidir, bu həvəsləndirici məqamdır. Status-kvonun əyişməsi indiki vəziyyətin dəyişməsidir, işğal faktının dəyişməsidir. Madrid prinsiplərinə gəldikdə isə, Azərbaycan bir neçə il əvvəl elan edib ki, bu prinsipləri danışıqların baza prinsipləri kimi qəbul edir. Və biz ümid edirik ki, Ermənistanda da eyni adımı atacaq. Və bir tərəfdən Azərbaycanın ərazi bütövlyünü bərpa edən, eyni zamanda Dağlıq Qarabağda yaşayanların yüksək səviyyədə özünüidarə hüququnu tanıyan prinsiplər qəbul edilərsə sülhə yol açmış olar. Biz regionumuzda sülh istəyirik, biz vətəndaşlarımız fundamental haqlarından istifadə edib öz torpaqlarına qayıtmasını istəyirik. Bundan sonra Cənubi Qafqazda vəziyyət dəyişə bilər. Bu regionda tamamilə yeni, müsbət, dinamik ab-hava yarada bilər, və bütün millətlərin rifahına xidmət edər".

Crans Montana Forumu İsveçrə iş adamları və Avropa Birliyi tərəfindən dəstəklənən tədbirdir. “Böyük inqilab başladı” deviziylə keçirilən forumda Azərbaycan qonaq ölkə qismində qatılır. Azərbaycandan bir sıra rəsmilər və QHT nümayəndələri də forumda iştirak edir.

İlham Əliyev Brüsselə səfəri çərçivəsində bu gün AB prezidenti German van Rompey, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo, Avropa Parlamentinin sədri Yerji Buzek və AB-nin genişlənmə, Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşür. Günün sonua isə İlham Əliyevə Avropanın Şərq istiqamətində mayakı mükafatı verilməsi nəzərdə tutulur. Növbəti forumun Azərbaycanda, gələn ilin iyununda keçirilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG