Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:52

2 aprel aksiyası ilə bağlı 6 nəfər barəsində istintaq yekunlaşıb


Arxiv foto
Arxiv foto
İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar təqsirləndirilən bir qrup şəxs barəsində istintaq yekunlaşıb.

Bu haqda APA-ya açıqlamasında Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev məlumat verib. O, qeyd edib ki, iş üzrə təqsirləndirilənlərdən 6 nəfər barəsində cinayət işinin istintaqı tamamlanıb. Onlar Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif AlışlıElnur İsrafilovdur.

İş baxılması üçün iki günə məhkəməyə göndəriləcək.

Digər 8 nəfərlə bağlı materiallar başqa icraata verilib və həmin iş üzrə istintaq tədbirləri davam edir.

Aprelin 2-də baş vermiş hadisələrlə əlaqədar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
XS
SM
MD
LG