Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:43

«İnsanları İrana daha çox evlənmək adı ilə aparırlar»


«Dini kəbinin heç bir hüquqi qüvvəsi yoxdur»
«Azərbaycan Miqrasiya Mərkəzi» İctimai Birliyinin hüquqşünası Cabbar Həsənov, «Təmiz dünya» İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova və Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova İrana ərə gedən qızlar barədə fikirlərini bölüşürlər.

Cabbar Həsənov:

«Bizdə qüvvədə olan qanunvericiliyə əsasən, dini kəbinin heç bir hüquqi qüvvəsi yoxdur. İndiki halda nikahlar mütləq dövlət qeydiyyatına keçirilməlidir. Dini kəbin kəsdirənlər qanuni çərçivədə ailə münasibətlərinə girməmiş sayılırlar. Bunun nəticəsində bir çox problemlər ortaya çıxır və insanlar çıxılmaz vəziyyətə düşürlər…».

Mehriban Zeynalova:

«Son zamanlar bizi narahat edən məsələlərdən biri evlənmək adı ilə qadınların İrana aparılaraq insan alverinin qurbanına çevrilməsidir. Məsələn, insanları Türkiyəyə daha çox iş adı ilə aparırlarsa, İrana evlənmək adı ilə aparırlar. Son ildə bir neçə qadının İrana aparılaraq istismara məruz qalması aşkarlanıb. Valideynlərin övladlarını düşünmədən əcnəbiyə ərə verməsi, hətta bəzən onun nikaha daxil olmaması sonradan qadını tam hüquqsuz vəziyyətə salır. Onun istismarı üçün münbit şərait yaranır.
Mehriban Zeynalova
Burda bir çox hüquqi aspektlər var. Bəzən cinsi istismarın qurbanı olan şəxslər baş vermiş hadisələr barədə yaxınlarına və ətrafdakılara məlumat verməkdən çəkinir. Ailə üzvləri də elə düşünür ki, bunlar həqiqətən də ailə qurub, ailə şəraitində yaşayırlar…».

Mətanət Əzizova:

«Qadın İran vətəndaşı ilə ailə qurur və nikahı İranda rəsmiləşdirir. Sonra ailə alınmırsa, hüquqları pozulmuş olur. İran qanunlarına əsasən, uşaq atanın yanında qalmalıdır. Və yaxud əmlak bölgüsü məsələsində fərq var. Əksər qadınlar uşaqlarını ordan Azərbaycana gətirə bilmir. Valideynlər uşaqlarını öz əlləri ilə İrana aparırlar və toy edirlər. Sonradan valideynlər Azərbaycana qayıdır və bir müddət keçəndən sonra öyrənir ki, qızı artıq yoxdur, insan alverinin qurbanına çevrilib...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG