Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:34

Suriyada 29 adam öldürülüb


Suriyada etiraz aksiyası
Suriyada etiraz aksiyası
Suriya ordusunun bazar günü ölkənin müxtəlif şəhərlərində keçirdiyi reydlər zamanı azı 29 adam ölüb.

Yerli hüquq müdafiəçiləri onlardan 20-nin bazar günü ordu yeridilmiş Deyr əl Zur şəhərində, 9-nun isə Homs şəhərində öldürüldüyünü deyirlər.

Həmçinin artıq 1 həftədir ki, ordu yeridilmiş Hama şəhərində hərbi əməliyyatlar davam etdirilir.

Şəhərdə telefon və internet əlaqəsi kəsilib.

BMT-nin baş katibi Ban Ki-Moon Suriya prezidenti Bashar Assada telefon açaraq hərbi əməliyyatların təcili dayandırılmasını tələb edib.

Həmçinin Türkiyə hökuməti bəyan edib ki, artıq Suriyada baş verənləri müşahidəçi kimi izləyə bilməz.

Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlunun bazar ertəsi Dəməşqə yollanacağı gözlənilir.
XS
SM
MD
LG