Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:06

Liviyada üsyançılar iki mühüm şəhəri aldıqlarını bildirirlər


Liviya
Liviya
Liviyanın Daxili İşlər Naziri Nassr al-Mabrouk Abdullah bu gün ailəsi ilə birlikdə Misirə gəlib. Nazir və 9 nəfər ailə üzvünün Misirə gəlməyini Qahirə aeroportundan da təsdiqləyiblər.

Misir rəsmiləri onun turist kimi ölkəyə gəldiyini desələr də, iddialara görə, nazir Qaddafi rejimindən qaçıb canının qurtarıb.


***

Liviyada üsyançılar paytaxt Tripoliyə gedən yolların üstündəki iki mühüm şəhərə daxil olduqlarını bildiriblər.

Üsyançıların sözçüsü Abdulsalam Othman deyib ki, onlar Tripolinin qərbindəki Sorman şəhərinə və cənubdakı Garyan şəhərinə tam nəzarət edirlər. Paytaxtdan 50 km qərbdəki Zawiya şəhərində döyüşlər davam edir.

Bunlara da nəzər salın
Hökumətin sözçüsü üsyançıların bu xəbərini təkzib edib. Bu arada Liviya lideri Muammar Gaddafi öz tərəfdarlarını üsyançıların əlində olan şəhərləri azad etmək üçün döyüşə çağırıb: «Bu bombardmanların da, Körfəzdəki eşşəklərin də sonu çatacaq. Ancaq Liviya xalqı və Fateh inqilabı daim yaşayacaq. Həmişə irəliyə. Müqavimət göstərin, silahlarınıza sarılın. Liviyanı xainlərdən azad etmək üçün döyüşə. Ata - babalarımızın torpaqlarını təmizləmək üçün milyonlarına marşına hazır olun».

Son bir neçə gündə ölkənin qərbində, Tunislə sərhəd yaxınlığındakı dağlıq ərazilərdə üsyançıların Zawiya şəhərinə doğru irəliləməsi bir neçə aydır dalana dirənmiş vəziyyətdən irəliyə doğru ilk mühüm addım sayıla bilər.
XS
SM
MD
LG