Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:08

Türkmənistan prezidentini heç belə görən olmamışdı (VİDEO)


Türkmənistan prezidenti Berdymukhammedov
Türkmənistan prezidenti Berdymukhammedov
Ad günündə gitaranı götürüb səhnəyə çıxan Prezident Berdymukhammedov ölkəsinin ən öndə gedən müğənnilərini belə qısqandıracaq mahnılar oxuyub.

Çoxlarına elə gələ bilər ki, beş milyon əhalisi, zəngin təbii ehtiyatları olan bir ölkəyə prezidentlik etmək dövlət işlərindən başqa heç nəyə vaxt tapmamaq deməkdir. Üstəlik həm də formalaşmış avtokratik ənənələrə malik olan Türkmənistanda prezidentin birdə-birə əlinə gitara alıb səhnəyə atılması yəqin heç kimin ağlına da gəlməzdi.

Amma Türkmənistanın 54 yaşlı prezidenti Gurbanguly Berdymukhammedov iyunun 29-da öz ad günündə ağzına qədər dolu sarayda gitaranı, qarmonu götürüb adlı-sanlı sənət adamlarını belə qısqandıracaq bacarıqlarını ortaya qoydu:



Dövlət televiziyası prezidentin ifa etdiyi “Sənə mənim ağ qızıl gülüm” adlı bu mahnının müəllifi kimi də dövlət başçısının özünü təqdim edir. Amma mahnı Dovlet Amanlykovun hələ 2009-cu ildə ifa edib YouTube saytına yerləşdirdiyi “Mənim toy günüm” adlı mahnıya çox bənzəyir:



Amma hər necə olsa da Türkmənistanda prezidentin ağ qızılgüldən, sevgidən bəhs edən mahnısı təkcə salondakılara deyil, elə onu dinləyən hər kəsə əməlli-başlı sürpriz olub.
XS
SM
MD
LG