Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:33

Vəkil Osman Kazımovun avtomobili soyulub


Vəkil Osman Kazımov
Vəkil Osman Kazımov
«30-40 polisin gücləndirilmiş iş rejimində işlədiyi yerdə maşından oğurluq edilməsi şübhəli görünür». Bunu AzadlıqRadiosuna vəkil Osman Kazımov deyib. Onun sözlərinə görə avqustun 18-də Nsimi rayon məhkəməsinin qarşısında maşınının axra şüşəsini sındıraraq çantasını aparıblar. Çantada bəzi çinayət materiallarının surətləri, 250 manat və 100 dollar pul olub:

«2 aprel mitinqinə görə saxlanılanların məhkəməsi idi. Maşını məhkəmənin qarşısındakı küçədə saxlamışdım. Ətraf dolu idi polislə. Gücləndirilmiş rejimdə işləyirdilər və əraziyə heç kimi buraxmırdılar. Ona görə də günün günorta çağı belə bir hadisənin baş verməsindən polisin xəbər tutmaması təəccüblüdür».

Osman Kazımov hadisə ilə ilə bağlı Nəsimi polis idarəsinin 20-cü bölməsinə rəsmi müraciət etdiyini və təhqiqat aparıldığını bildirir.

20-ci bölmədən AzdlıqRadiosuna faktı təstiqləsələr də ətraflı məlumat üçün DİN mətbuat xidmətinə müraciət etməyi məsləhət gördülər. DİN mətbuat xisdmətindən isə məsələyə münasibət öyrənmək mümkün olmadı.

Osman Kazımov 2 aprel mitinqinə görə saxlanılanlardan Ülvi Quliyevin vəkilidir.
XS
SM
MD
LG