Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:51

Liviya müxalifəti müvəqqəti hökumətini paytaxta köçürür


Tripolidə Muammar Qaddafini oğli Seif al-İslamı belinı alıb qaçan kimi təsvir edən poster, 25 avqust 2011
Tripolidə Muammar Qaddafini oğli Seif al-İslamı belinı alıb qaçan kimi təsvir edən poster, 25 avqust 2011

Liviya müxalifətinin yaratdığı Milli Keçid Şurası ölkənin şərqindəki əsas qalası sayılan Bengazidən ölkənin paytaxtı Tripoliyə köçürülür. Bu barədə Şuranın Maliyyə naziri naziri Ali Tarhuni jurnalistlərə dünən axşam məlumat verib. Onun dediyinə görə şuranın sədri Mustafa Abdul Jalil bildirib ki, Tripolidə təhlükəsizlik problemləri həll olunan kimi paytaxta köçəcəklər: “Mən elan edirəm ki, bu andan etibarən icra hakimiyyəti azad Tripolidə fəaliyyətinə başlayır”.

Bundan biz az əvvəl BMT Liviyanın dondurulmuş 1,5 milyard dollar vəsaitindən humanitar, sosial xidmətlər və bərpa məqsədi ilə istifadə olunmasına icazə verib.

ABŞ-ın dövlət katibi Hillary Clinton “yeni Liviya” ya dəstək sözü verib. O, Milli Keçid Şurasının “tolerant, vahid demokratik” ölkə qurmaq vədini yerinə yetirməyə çağırıb. Yazılı açıqlamasında Clinton Liviyadakı qrupları sülhə çağırıb. Bildirib ki, yeni Liviyada qisasa və intiqama yer ola bilməz.

Müxalifətçilər 4 gün əvvəl paytaxt Tripolini ələ keçiriblər. Qaddafi isə gizlənib. İndi üsyançılar paytaxta nəzarəti gücləndirməyə çalışırlar.

Bu gün səhər Tripolinin rayonlarının birində Qaddafiyə sadiq qüvvələrlə üsyançılar arasında ağır döyüşlər getdiyi barədə məlumat yayılıb. Əsas döyüşlər isə paytaxtdan 360 km şərqdə Qaddafinin doğulduğu Sirt ətrafında gedir.

Üsyançıların komandanlığı bu şəhərə ağır artilleriya və tanklar göndərib. Gecə NATO təyyarələrinin də şəhəri havadan bombalaması haqqında xəbərlər var.

Üsyançılar 40 ildən çoxdur ölkəni idarə etmiş Qaddafini devirmək üçün 6 aydır mübarizə aparır. Onlar indi Qaddafinin başına mükafat qoyublar. Elan ediblər ki, diktatoru onun yaxın ətrafından kimsə öldürsə, ya da tutsa, pul mükafatından baş.qa, həmin adama amnistiya verəcəklər.

69 yaşlı diktatoru Beynəlxalq Cinayət Məhkəməsi də insanlığa qarşı cinayət törətməkdə ittiham edir.

Son məlumatlara görə, ölkənin qərbindəki Zuvara şəhəri uğrunda da döyüşlər gedir. Bu şəhər Tunislə sərhəddə yerləşir. Qaddafi tərəfdarlarının nəzarət etdiyi sonuncu keçid məntəqəsi də bu şəhərdədir. Güman olunur ki, Qaddafi buradan Tunisə qaça bilər. Bundan başqa, ölkənin qərbindəki Zelten, cənubundakı al-Camil, cənub-qərbdə isə al-Ajilat şəhərlərində Qaddafi tərəfdarlarının güclü nöqtələri qalır.
XS
SM
MD
LG