Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:35

Vidadi İsgəndərliyə 3 il həbs cəzası verildi


Vidadi İsgəndərli
Vidadi İsgəndərli
Avqustun 27-də Göyçay rayon Məhkəməsində hüquq müdafiəçisi Vidadi İsgəndərliyə hökm oxunub. O, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hakim məhkəmə zalında video və fotoçəkilişlərə, audioyazıya icazə verməyib.

Hökmün elanı 1 saat davam edib. Hökm oxunarkən V.İsgəndərli etiraz əlaməti olaraq arxasını məhkəməyə çevirib.

Hökmün oxunuşu başa çatdıqdan sonra V.İsgəndərli məhkəmə zalında «rədd olsun diktatura!» və başqa şüarlar səsləndirib. Zalda əyləşənlər də ona qoşularaq şüarlar səsləndiriblər. Polis zaldakıları çölə çıxardıb.

Məhkəmənin qarşısı
Hüquq müdafiəçisi bu il aprelin 17-də İctimai Palatanın mitinqi zamanı saxlanılıb.

V.İsgəndərli bu il noyabrın 7-də Milli Məclisə keçirilən seçki zamanı namizədliyini irəli sürmüşdü. O, səsvermə məntəqələrində səsverməni pozmaqda, məntəqə üzvləri ilə kobud rəftar etməkdə təqsirləndirilirdi.

Prokuror məhkəmədən ona 4 il cəza istəmişdi.

***
V.İsgəndərlinin anası, 86 yaşlı Həbibə İsgəndərli oğluna hökm oxunduğunu bilmirmiş. O, AzadlıqRadiosuna bildirib ki, oğlunun yolunu gözləyir.

Kəmalə İsgəndərli
Kəmalə İsgəndərli isə deyib ki, həyat yoldaşı haqq yolundadır.

İctimai Palatanın Göyçay rayon təşkilatı isə bəyanat verib. Bəyanatda bildirilir ki, bu həbs siyasi sifarişdir, V.İsgəndərlinin siyasi fəaliyyəti ilə bağlıdır.

MÖVZU İLƏ ƏLAQƏDAR OXU
Təqsirləndirilən şəxs hakimə və prokurora hökm oxuyub
Zərərçəkmiş: «Mən üzə dayanmağa xəcalət çəkirəm»
Hüquq müdafiəçisi: «Məni hakimiyyət tutdurub»
XS
SM
MD
LG